SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bu günlərdə Gürcüstanın Batumi şəhərində Almaniyanın Konrad Adenauer Fondu və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Demokratiya sizinlə başlayır” layihəsi çərçivəsində müəllimlərin konfransı keçirilib.
Konfransda Azərbaycanı Bakıdakı 5, 238, 279 və 308 nömrəli, Gəncədəki 21 nömrəli, Astaradakı 1 və 2 nömrəli, Maşxan kənd, Qusar rayonundakı 6 nömrəli, Göyçaydakı 3 nömrəli tam orta məktəblərində çalışan 10 nəfər müəllim və Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Sevil Məmmədova təmsil ediblər.
Gürcüstan və Ermənistandan dəvət olunmuş təhsil işçilərinin, beynəlxalq mütəxəssislərin də qatıldığı tədbirdə layihə çərçivəsində görülmüş işlər, ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr, əldə edilmiş uğurlarla bağlı Azərbaycan nümayəndələrinin təqdimat və çıxışları dinlənilib.
Üç gün davam edən konfransda layihə ilə bağlı problemlər və qarşıda duran vəzifələr də ətraflı müzakirə olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl