SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
26-27 fevral tarixlərində Lənkərandakı 6 nömrəli orta məktəbdə «British Council» təşkilatı Təhsil Nazirliyinin dəstəyi ilə rayonun ümumtəhsil müəssisələrində çalışan 25 nəfər ingilis dili müəllimi üçün onlayn proqramlar üzrə təlimlər keçirib.
Təlimlərin açılışına həsr olunmuş tədbirdə «British Council» təşkilatının nümayəndələri, Lənkəran rayon Təhsil Şöbəsinin rəhbərliyi, 6 nömrəli məktəbin direktoru və digər təhsil işçiləri iştirak ediblər.
Təlimlərin məqsədi müəllimlərə «British Council» təşkilatının ingilis dilinin təlimi və tədrisi üzrə www.teachingenglish.org.uk, www.learnenglish.org.uk internet səhifələrindən istifadə bacarıqlarının aşılanması və bunun nümunələr tətbiq etməklə öyrədilməsindən ibarət olub.
Təlimdə iştirak edən müəllimlərə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən göndərilmiş ingilis dilində oxu kitabları təqdim edilib. Məlumat üçün bildirək ki, müəllimlər əldə etdikləri təlim materiallarından istifadə edərək müvafiq internet resurslarından digər müəllimlərin də bəhrələnməsinə yardımçı olacaq və interaktiv dərs nümunələri hazırlayacaqlar.
Təqdim edilmiş sorğu vərəqlərinin nəticələrinə əsasən, iştirakçılar tərəfindən təlimlər yüksək qiymətləndirilib və belə təlimlərin mütəmadi olaraq keçirilməsi arzu edilib.
Sonda təlimlərdə iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub.
Onu da qeyd edək ki, ingilis dili üzrə növbəti onlayn təlimlər martın 5-də Bərdə rayonunda keçiriləcəkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl