• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 10-da Təhsil Nazirliyində “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda müşavirə keçirilib.

Müşavirədə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, Nazirlər Kabinetinin şöbə müdirinin müavini Qurban Əmirov və ali məktəb rəhbərləri iştirak ediblər.
Müşavirə iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Nazir Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən 2010-2011-ci tədris ilindən etibarən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanıldığını bildirib. Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin müvafiq əməkdaşları ilə birlikdə vaxtaşırı müzakirələrin aparıldığını, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı normativ sənədlərin hazırlandığını söyləyən təhsil naziri bakalavriat və magistratura səviyyələrində dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul planı barədə məlumat verib.
Dövlət sifarişi üzrə kadr hazırlığının maliyyələşdirilməsi məqsədilə Təhsil Nazirliyinə ayrılmış vəsaitin 33 ali məktəbin hesabına köçürüldüyünü qeyd edən nazir yeni maliyyələşmə mexanizminin tətbiqi sayəsində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün ali təhsil müəssisələri üçün bərabər imkanlar yarandığını, abituriyentlərin, tələbələrin seçim imkanlarının artdığını nəzərə çatdırıb. Yeni maliyyələşmə mexanizminin tətbiqi baxımından ali təhsil müəssisələrinə Təhsil və Maliyyə nazirlikləri tərəfindən müvafiq köməkliklərin göstərildiyini vurğulayan Misir Mərdanov 2010-2011-ci tədris ilində dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olan və təhsil haqlarından azad edilən məcburi köçkün tələbələrin təhsil haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi ilə bağlı müvafiq sənədlərin hazırlandığını bildirib.
Yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində bir sıra ali məktəblərdə dövlət sifarişi üzrə tələbə qəbulunun gözləniləndən az olduğuna, ödənişli əsaslarla tələbə qəbulunun isə artdığına diqqət çəkən nazir deyib ki, ali təhsil müəssisələrində büdcədənkənar vəsaitlərdən əməkhaqqına ayrılan vəsaitin artırılması nəzərdə tutulub. Yeni maliyyələşmə mexanizminin tətbiqinin ilkin nəticələrini sadalayan Misir Mərdanov daha sonra özəl ali məktəblərdə dövlət sifarişi üzrə kadr hazırlığı məsələləri barədə fikirlərini bildirib, təklif və tövsiyələrini nəzərə çatdırıb.
Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı vaxtaşırı Təhsil Nazirliyində keçirilən müzakirələrin əhəmiyyətinə toxunan maliyyə naziri Samir Şərifov ali məktəblərdə büdcədənkənar gəlirlərdən, dövlət sifarişi əsasında kadr hazırlığına görə əldə edilən vəsaitdən istifadənin daha səmərəli təşkilinin vacibliyini vurğulayıb. Bu baxımdan ötən ilin sonlarında Təhsil və Maliyyə nazirliklərinin məsul əməkdaşının iştirakı ilə keçirilmiş ali məktəblərin baş mühasiblərinin seminar-müşavirəsini xatırladan nazir ali təhsil müəssisələrinin perspektiv inkişafı üçün bundan sonra da hər cür köməkliyin göstəriləcəyini bildirib.
Sonda müzakirə olunan məsələ ətrafında fikir mübadiləsi aparılıb, ali məktəb rektorlarının təklifləri dinlənilib.    


10 il əvvəl