• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzində beynəlxalq uşaq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Böyük Vətən Müharibəsində qələbənun 65 illik yubileyinə həsr olunmuş “Heç kim unudulmur, heç nə yaddan çıxmır” layihəsi və “Xilas olunmuş dünya da xatırlayır...” mövzusunda keçirilmiş beynəlxalq uşaq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, Böyük Vətən Müharibəsində qələbənun 65 illik yubileyinə həsr olunmuş “Heç kim unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində cari ilin fevral-iyun aylarında keçirilən ən yaxşı şeir, mahnı və rəsm müsabiqələrində Bakı şəhərindəki 40-dan çox ümumtəhsil məktəb, lisey və gimnaziyanın və respublikanın müxtəlif regionlarından “Rus dilinin intensiv tədrisi” layihəsi üzrə seçilmiş pilot məktəblərin şagirdləri də iştirak ediblər. “Xilas olunmuş dünya da xatırlayır...” mövzusunda keçirilən beynəlxalq uşaq rəsm müsabiqəsində Azərbaycandan 50 şagird iştirak edib. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi tərəfindən nəşr etdirilmiş müsabiqə qaliblərinin rəsmlərindən ibarət albomda qalib gəlmiş 27 nəfər azərbaycanlı şagirdin rəsm əsəri də əksini tapıb. Mərasimdə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, Bakıdakı Rusiya məlumat-mədəniyyət mərkəzinin direktoru və Təhsil Nazirliyinin əməkdaşları çıxış edib, müsabiqə laureatlarına, qalib məktəblərin rus dili müəllimlərinə qiymətli hədiyyələr və mükafatlar təqdim olunub. Tədbir şagirdlərin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Respublikamıza lazım olan kadr potensialının gücləndirilməsi məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində müxtəlif sahələr üzrə 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub.

Dövlət Proqramının icrasına başlanmasından ötən dövr ərzində azərbaycanlı gənclər Fransa, Türkiyə, Rusiya, Cənubi Koreya, Almaniya, ABŞ və digər ölkələrin ali məktəblərində dövlət hesabına təhsil almaq hüququ qazanıb. 2007-ci ildə Təhsil Nazirliyinin KNOUS təşkilatı ilə imzaladığı müqavilə çərçivəsində 13, 2008-ci ildə isə 27 tələbə Fransa ali məktəblərinə göndərilib və gələcəkdə onların sayının artırılması nəzərdə tutulub. Beləliklə, bu gün Fransanın ali məktəblərində 40 nəfər azərbaycanlı tələbə Dövlət Proqramı çərçivəsində təhsil alır. Onu da qeyd edək ki, növbəti tədris ilində Fransanın ali məktəblərinə göndəriləcək azərbaycanlı tələbələri müəyyənləşdirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub. Ötən il Rusiya ali məktəblərinə müstəqil şəkildə qəbul olunan 8 azərbaycanlı gəncin adı da Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısına daxil edilib. Onlardan 4-ü aspirantura, 2-si mütəxəssis və 2-si bakalavr pilləsində təhsil alır. Beləliklə, bu ölkədə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin sayı 27 nəfərə çatıb. 2007-ci ildə əksəriyyəti tibb, xüsusilə də diplomdan sonrakı tibb ixtisasları olmaqla Dövlət Proqramı çərçivəsində Türkyəyə göndərilən 9 tələbə ilə yanaşı, 2008-ci ildə daha 15 azərbaycanlı gənc qardaş ölkənin ən nüfuzlu ali məktəblərində mühəndislik, idarəetmə, tibb və s. ixtisaslar üzrə təhsil almaq imkanı əldə edib. Ötən il Cənubi Koreyada təhsil almaq üçün elan olunmuş müsabiqənin nəticələrinə uyğun olaraq 3 nəfər azərbaycanlı gənc KAİST universitetində oxumaq hüququ qazanıb. Hazırda bu ölkədə 8 gəncimiz Dövlət Proqramı çərçivəsində təhsilini davam etdirir. Növbəti tədris ilində daha 10 nəfər azərbaycanlı gəncin bu ölkədə təhsil almağa göndərilməsi nəzərdə tutulub. Hazırda Koreyanın KAİST universitetində təhsil alacaq gənclərin seçilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub. Dövlət Proqramının icrasının ilk ilində Almaniya ali məktəblərinin tələbəsi adına layiq görülən gənclərin sayı 5 nəfər olub. 2008-ci ildə isə Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlığı çərçivəsində Almaniyaya 12 nəfər azərbaycanlı göndərilib. Bununla yanaşı, Alamaniyanın ali məktəblərinə ötən il müstəqil şəkildə 9 nəfər tələbə müxtəlif ixtisaslar üzrə qəbul olunub. Beləliklə, 2007-ci ildən bu günə qədər beynəlxalq münasibətlər, tibb, mühəndislik, iqtisadiyyat ixtisasları üzrə 26 gənc bu ölkədə təhsillərini uğurla davam etdirir. Növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsil alması üçün bu ilin mart ayında DAAD-ın Almaniyadan gəlmiş ekspertləri tərəfindən ilkin seçim aparılıb. Müvafiq prosedurlar yekunlaşdıqdan sonra qaliblərin siyahısı elan olunacaq. Hazırda dövlət hesabına ABŞ-da 10 nəfər azərbaycanlı gənc təhsil alır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fulbright proqramı ilə əməkdaşlıq nəticəsində növbəti tədris ili üçün keçirilmiş müsabiqədə uğur qazanmış 7 nəfərin də yaxın zamanlarda ABŞ ali məktəblərinin magistraturasında təhsil almağa göndərilməsi nəzərdə tutulub. Bunlarla yanaşı, Kanadada 1, Avstraliyada 3, Avstriyada 1, Böyük Britaniyada 30, Yeni Zellandiyada 1, İsveçdə 3, Belçikada 1, İsveçrədə 2, Yaponiyada 1, Niderlandda 8, Çexiyada 1 azərbaycanlı tələbə təhsil alır. Dövlət Proqramının icrasına başlandığı müddətdə ilk dəfə növbəti tədris ili üçün Niderland Krallığı Maastrixt İdarəçilik Məktəbinin Menecment , MBA (Biznesin İdarəçiliyi üzrə Magistr) ixtisaslarının magistratura pilləsində təhsil alacaq azərbaycanlı gənclərin seçimi məqsədilə Təhsil Nazirliyi tərəfindən müsabiqə elan olunub. Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində hal-hazırda 187 nəfər azərbaycanlı tələbə xarici ölkələrdə təhsil alır. Artıq Dövlət Proqramına uyğun olaraq xaricdə təhsil alan 7 nəfər azərbaycanlı gənc müxtəlif ölkələrin ali məktəblərini uğurla başa vurub.

Oktyabrın 30-da “Ankara məktəbi” məktəb-liseyində seminar keçirilib.

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində reallaşdırılan “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentin icra planına və Təhsil Nazirliyinin 2010-2012-ci illəri əhatə edən strateji planına əsasən keçirilən “Rayon (şəhər) təhsil şöbələri (idarələri) üçün strateji planlaşdırma prosesi və strateji planların hazırlanması” adlı təlimati seminarın məqsədi yerlərdə strateji planlaşdırma mexanizminin və yeni hesabatvermə sisteminin tətbiqi vasitəsilə idarəetmə sisteminin təkmilləşdirilməsidir. Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi, ölkənin digər rayon (şəhər) təhsil şöbələri (idarələri) və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən strateji planlaşdırma prosesi üzrə müəyyənləşdirilən 66 məsul şəxs iştirak edib.   Seminarda Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov, həmin şöbənin aparıcı məsləhətçiləri V.Əbdülrəhimov və N.Əliyev, İqtisadiyyat şöbəsi plan-maliyyə sektorunun müdiri V.Əsgərov, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri E.Rüstəmov, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin koordinatoru R.İsayeva çıxış edib, fikir və təkliflərini bildiriblər. Seminar iştirakçılarına strateji planlaşdırmanın məqsədi, bu prosesin həyata keçirilməsi üçün yerlərdə müvafiq işçi qrupunun yaradılması və həmin prosesə maraqlı tərəflərin cəlb edilməsi, strateji planın elementləri, fəaliyyət və büdcə planlarının hazırlanması barədə təqdimatlar vasitəsilə ətraflı məlumat verilib, bu istiqamətdə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.   Həmçinin, müvafiq sənədlər toplusu (Təhsil Nazirliyinin 2010-2012-ci illər üçün Strateji Planı, “Rayon (şəhər) təhsil şöbələri (idarələri) üçün strateji planlaşdırma prosesi və strateji planların hazırlanması” adlı təqdimat və rayon (şəhər) təhsil şöbələri (idarələr) üçün strateji planın çərçivəsi) təqdim edilib. Seminarın sonunda rayon (şəhər) təhsil şöbələrin (idarələrin) 2011-2012-ci illər üçün strateji planlarının ilkin layihəsinin 30 noyabr 2010-cu il tarixinə qədər Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilməsi iştirakçıların nəzərinə çatdırılıb.

Aprelin 22-də Təhsil Nazirliyində “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mərasim iştirakçılarını salamlayan təhsil nazirinin müavini İradə Hüseynova bildirib ki, müsabiqə ötən ilin 16-17 dekabr tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Odlar Yurdu Universitetinin bazasında keçirilmiş ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı çərçivəsində təşkil edilib. Nazir müavini konfransın 16 bölməsində 320 tələbənin məruzə ilə çıxış etdiyini və tələbələrin məruzələrində əks olunmuş elmi-tədqiqat işilərinin bölmə sədrləri və ekspertlər tərəfindən 100 ballıq sistem üzrə qiymətləndirildiyini nəzərə çatdırıb. İ.Hüseynova həmin qiymətlər əsasında təşkilat komitəsi tərəfindən orta balların müəyyənləşdirildiyini, konfrans iştirakçılarının reytinq cədvəlinin tərtib olunduğunu və hər bölmənin qalibi ilə yanaşı, reytinq cədvəlinin 2-ci və 3-cü pillələrində qərarlaşan tələbələrin də yüksək bilik və hazırlıq səviyyəsi ilə fərqləndiyini qeyd edib.  Qeyd edək ki, müsabiqə cari ilin fevral-mart aylarında keçirilib. Müsabiqəyə konfrans iştirakçılarının reytinq cədvəlində ilk üç yerə sahib olan tələbələr buraxılıb. Həmin tələbələr arasından müsabiqə qaliblərini seçmək məqsədilə Təhsil Nazirliyinin yaratdığı münsiflər heyəti müsabiqəyə buraxılmış hər bir tələbə ilə müsahibə aparıb və 16 qalib müəyyənləşdirilib.Qaliblərin adları təhsil nazirinin 9 aprel 2009-cu il tarixli 397 nömrəli əmri ilə elan olunub. Təhsil Nazirliyinin hər il keçirdiyi “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin ali məktəb tələbələrinin elmə olan marağını daha da artırdığını vurğulayan Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, ADPU-nun dekanı, professor Mirzəli Murquzov və Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, dosent Məmməd Əliyev ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkili istiqamətində əldə olunan uğurlardan söz açdılar, bu sahənin işinin yaxşılaşdırılmasına dair təkliflərini bildirdilər. Sonda “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qaliblərinə Təhsil Nazirliyinin diplomları təqdim olundu, onlara təhsildə və gələcək elmi axtarış yollarında uğurlar arzulandı. Müsabiqədə uğur qazanmış tələbələrin ali məktəb rəhbərləri tərəfindən rəğbətləndirilməsi məsələsinin vacibliyi önə çəkildi. Qeyd edildi ki, konfrans iştirakçılarının reytinq cədvəli əsasında ali məktəb rəhbərləri tələbə elmi-tədqiqat işinin təşkili sahəsində mövcud olan nailiyyətləri və nöqsanları da müəyyənləşdirə biləcəklər .

Aprelin 18-də İsmayıllı rayonunda Xəlilli, Culyan kənd orta, və Ağbulaq kənd əsas məktəblərinin açılış mərasimi olub.

Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğısından danışan nazir, həmçinin son illər İsmayıllı rayonunda təhsil sahəsinqə qazanılan nailiyyətləri müsbət qiymətləndirib. Sonra rayon mədəniyyət evində təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirib ki, son beş ildə rayonda 12 yeni məktəb binası tikilib, 23 məktəb Təhsil Nazirliyinin hesabına əsaslı təmir edilib və builki məzunların 242-si müxtəlif ali məktəblərə qəbul olunub. Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov tədris ili ərzində rayonun iki müəlliminə ölkə Prezidenti tərəfindən “Əməkdar müəllim” adının verilməsini, İsmayıllının pilot rayonlarından biri seçildiyini, burada məktəblərin təchizatının xeyli yaxşılaşmasını, şagirdlərin dərslik və dərs vəsaitləri ilə təminatının qənaətbəxş olmasını qeyd edib və keçirilən sınaq imtahanlarının nəticələri barədə məlumat verib. Misir Mərdanov eyni zamanda İsmayıllı rayon təhsil işçilərinin qarşısında duran vəzifələrdən də danışıb. Açılış mərasimində millət vəkilləri Ərəstun Cavadov, Novruzəli Aslanov, Təhsil Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil işçiləri, müəllim və valideynlər də iştirak ediblər.

Aprelin 17-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb.

Nazir qonaqları səmimi salamladıqdan sonra missiyanın ölkəmizdə olduğu müddətdə Təhsil Nazirliyində keçirdiyi görüşlərin, apardığı müzakirələrin əhəmiyyətli olacağını vurğulayıb. Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak ölkəmizdə təhsilin inkişafında böyük rol oynayacaq Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin səmərəliliyindən söz açıb və kadrların müasir dünyanın tələbləri səviyyəsində yetişdirilməsinin vacibliyini qeyd edib. Sonra çıxış edən Dünya Bankının təhsil üzrə eksperti cənab Xuan Moreno səfərin qısa müddətli olmasına baxmayaraq, səmərəli keçdiyini bildirib. Layihə İdarəetmə Qrupunun, komponent və alt komponent koordinatorlarının işindən razılığını ifadə edən cənab Moreno Azərbaycanda təhsil sektorunun statistikası üzrə hazırlanan hesabatı da olduqca maraqlı və uğurlu sənəd kimi qiymətləndirib. Eyni zamanda qonaq əlavə təhsil sahəsində xeyli irəliləyiş əldə olunmasını, məktəbəqədər təhsil sahəsində uğurlu addımlar atılmasını, qiymətləndirmə və təhsilin idarəolunmasının məlumat sistemləri üzrə aparılan islahatları yüksək dəyərləndirib. Misir Mərdanov qonaqlara ölkəmizdə təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində aparılan işlər, bununla bağlı yaradılan yeni qurum barədə məlumat verib. Nazir bildirib ki, ölkənin təhsil sistemi ilə bağlı bütün resurslar həmin qurumda yerləşəcək, burada DATA sistemi yaradılacaq. Bu ilin sonunadək 500 məktəbin geniş zolaqlı internet şəbəkəsinə qoşulacağını vurğulayan nazir hələlik bu məsələnin 200 məktəbdə öz həllini tapmasından da söz açıb.Misir Mərdanov eləcə də məktəbəqədər və əlavə təhsil sahəsi üzrə mövcud olan problemlərə də toxunub.  Sonda nazir birgə əməkdaşlıqdan razılığını ifadə edərək Dünya Bankının nüməyəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Noyabrın 10-da Təhsil Nazirliyində “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” mövzusunda ikigünlük beynəlxalq elmi konfransın plenar iclası keçirilib.

Əsas təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu olan konfransın plenar iclasında Azərbaycan, Belarus, Ukrayna, Rusiya, Fransa və Latviyanın müvafiq ali məktəblərinin rektorları, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və Şəhidlər xiyabanı ziyarət olunub. Sonra konfrans iştirakçıları Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin işi ilə tanış olublar. Plenar iclası giriş sözü ilə açan təhsil naziri, Təşkilat Komitəsinin sədri Misir Mərdanov iştirakçıları salamlayıb, konfransın əhəmiyyəti haqqında fikirlərini bildirib. Konfransın işinə uğurlar arzulayan nazir ölkəmizdə təhsil sahəsinin inkişafı üçün atılan ardıcıl addımlar və son illər ərzində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Göstərilən dövlət qayğısından bəhs edən Misir Mərdanov Azərbaycan təhsilinin bütün pillələrində ciddi keyfiyyət dəyişikliyinə nail olunduğunu, dünya təhsil sisteminə inteqrasiya istiqamətində əhəmiyyətli işlər görüldüyünü nəzərə çatdırıb. Konfrans iştirakçılarına ünvanlanmış təbriklər səsləndikdən sonra Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Minsk vilayət Təhsilin İnkişafı İnstitutunun rektoru Svetlana Sitnikova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Belarus Diplomdansonrakı Təhsil Akademiyasının rektoru Oleq Tavqen, İvanovsk vilayət Təhsilin İnkişafı İnstitutunun rektoru Marina Dmitriyeva, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov və başqaları məruzələrlə çıxış ediblər. Plenar iclasın sonunda konfrans iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 9-da Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak etmişlər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışı bildirən lenti kəsdilər və bina ilə yaxından tanış oldular. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostendlər, dövlət atributlarına aid xüsusi guşə yaradılmışdır. Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, tikintisinə 2009-cu ilin yanvarında başlanılmış məktəb binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur. Dördmərtəbəli, min şagird yeri olan binada yeni avadanlıq və dərs ləvazimatı ilə təmin edilmiş 26 sinif otağı, 3 laboratoriya, fənn kabinetləri, habelə zəngin kitab fonduna malik kitabxana, 2 kompyuter otağı, akt zalı, şagirdlər üçün istirahət zalları, 100 nəfərlik yeməkxana, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Ölkəmizin orta məktəbləri arasında ilk dəfə burada şagirdlər üçün diskussiya zalları yaradılmışdır. Təhsil ocağında məktəblilərin fiziki hazırlığının təşkilinə də diqqət yetirilmişdir. Müasir idman qurğuları ilə təmin edilmiş idman zalında həndbol, mini futbol, basketbol və digər idman növləri ilə məşğul olmaq üçün bütün şərait yaradılmışdır. Burada 250 tamaşaçı yeri olan üzgüçülük hovuzu da vardır. Məktəbdə ibtidai hərbi hazırlıq kabineti də fəaliyyət göstərəcəkdir. Bina havalandırma, videomüşahidə və yanğın həyəcanı sistemi ilə təchiz edilmişdir. Prezident İlham Əliyev və xanımı sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış oldular.  Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi.   AzərTAc.

Aprelin 16-da Təhsil Nazirliyində Litva Respublikasına səfər etmiş nümayəndə heyətinin təqdimat-məruzəsi dinlənilib

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq bildirib ki, nümayəndə heyəti Litva Respublikasının məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirilməsi islahatları üzrə təcrübəsi ilə yaxından tanış olub. Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin Litva Respublikasının təhsil sisteminin öyrənilməsi ilə bağlı 30 mart-6 aprel 2009-cu il tarixlərində həmin ölkəyə olan tədris səfərinin hesabatı” mövzusunda təqdimat-məruzə edib.O öz təqdimatında Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (2009-2014-cü illər) “Məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirilməsi islahatlarının qiymətləndirilməsi” alt komponenti çərçivəsində Litva Respublikasının təcrübəsinin öyrənilməsindən söz açıb, bu ölkənin təhsil sistemi,ümumtəhsil məktəbləri, məktəb şəbəkəsinin optimallaşdırılmasının strateji prinsipləri haqqında məlumat verib. O.Kərimov eləcə də Litva Respublikasının Şilut rayonu üzrə məktəb şəbəkəsinin optimallaşdırılması təcrübəsindən və bu barədə görülmüş işlərdən bəhs edib. Görüşdə iştirak edən Dünya Bankının təhsil üzrə eksperti cənab Xuan Moreno məktəblərin rasionallaşdırılması tədbirlərinə uyğun olaraq öz təkliflərini irəli sürüb, rasionallaşdırma nəticəsində qənaət edilmiş vəsaitin xərclənmə istiqamətlərindən söz açıb. Sonda iştirakçılar məruzə ətrafında müzakirələr aparıblar.

Aprelin 15-də təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb

Nazir qonağı səmimi salamlayıb və bu təşkilatın ölkəmizdə apardığı layihələrdən razılığını ifadə edib. Xanım Nikol lə Os de Lalüvye ölkəmizdə ingilis dilinin tədrisi layihəsi üzrə həyata keçirilən tədbirlər və ingilis dili müəllimlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında danışıb. Qonaq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində aparılan işlərə dəstək göstərməyə hazır olduqlarını bildirib və müvafiq təkliflərlə çıxış edib. Xanım Lalüvye vurğulayıb ki, “British Council” pilot olaraq azərbaycanlı gənclərin həmin proqram çərçivəsində Böyük Britaniyanın ali məktəblərinin magistratura pilləsində təhsil almasını həyata keçirmək niyyətindədir. Bununla bağlı müvafiq təcrübəyə yiyələndiklərini önə çəkən qonaq ilkin olaraq 20 tələbənin seçilməsinin məqsədəmüvafiqliyini qeyd edib.  Qonağın fikirlərini yüksək dəyərləndirən Misir Mərdanov seçim prosesinin “British Council” tərəfindən keçirilməsinin daha məqsədə uyğun olduğunu vurğulayıb və verilən təkliflərin yaxın zamanda nazirliyə təqdim edilməsinin vacibliyini bildirib. Görüşdə Azərbaycan hökuməti ilə razılaşdırıldıqdan sonra müvafiq təkliflər əsasında memorandum imzalanması, birgə seçim prosedurlarının hazırlanması və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan bir sıra digər məsələlər üzrə faydalı müzakirələr aparılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı