SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 22-də Təhsil Nazirliyində “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mərasim iştirakçılarını salamlayan təhsil nazirinin müavini İradə Hüseynova bildirib ki, müsabiqə ötən ilin 16-17 dekabr tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Odlar Yurdu Universitetinin bazasında keçirilmiş ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı çərçivəsində təşkil edilib. Nazir müavini konfransın 16 bölməsində 320 tələbənin məruzə ilə çıxış etdiyini və tələbələrin məruzələrində əks olunmuş elmi-tədqiqat işilərinin bölmə sədrləri və ekspertlər tərəfindən 100 ballıq sistem üzrə qiymətləndirildiyini nəzərə çatdırıb. İ.Hüseynova həmin qiymətlər əsasında təşkilat komitəsi tərəfindən orta balların müəyyənləşdirildiyini, konfrans iştirakçılarının reytinq cədvəlinin tərtib olunduğunu və hər bölmənin qalibi ilə yanaşı, reytinq cədvəlinin 2-ci və 3-cü pillələrində qərarlaşan tələbələrin də yüksək bilik və hazırlıq səviyyəsi ilə fərqləndiyini qeyd edib.
Qeyd edək ki, müsabiqə cari ilin fevral-mart aylarında keçirilib. Müsabiqəyə konfrans iştirakçılarının reytinq cədvəlində ilk üç yerə sahib olan tələbələr buraxılıb. Həmin tələbələr arasından müsabiqə qaliblərini seçmək məqsədilə Təhsil Nazirliyinin yaratdığı münsiflər heyəti müsabiqəyə buraxılmış hər bir tələbə ilə müsahibə aparıb və 16 qalib müəyyənləşdirilib.Qaliblərin adları təhsil nazirinin 9 aprel 2009-cu il tarixli 397 nömrəli əmri ilə elan olunub.
Təhsil Nazirliyinin hər il keçirdiyi “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin ali məktəb tələbələrinin elmə olan marağını daha da artırdığını vurğulayan Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, ADPU-nun dekanı, professor Mirzəli Murquzov və Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, dosent Məmməd Əliyev ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkili istiqamətində əldə olunan uğurlardan söz açdılar, bu sahənin işinin yaxşılaşdırılmasına dair təkliflərini bildirdilər.
Sonda “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qaliblərinə Təhsil Nazirliyinin diplomları təqdim olundu, onlara təhsildə və gələcək elmi axtarış yollarında uğurlar arzulandı. Müsabiqədə uğur qazanmış tələbələrin ali məktəb rəhbərləri tərəfindən rəğbətləndirilməsi məsələsinin vacibliyi önə çəkildi. Qeyd edildi ki, konfrans iştirakçılarının reytinq cədvəli əsasında ali məktəb rəhbərləri tələbə elmi-tədqiqat işinin təşkili sahəsində mövcud olan nailiyyətləri və nöqsanları da müəyyənləşdirə biləcəklər .
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl