SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 17-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb.
Nazir qonaqları səmimi salamladıqdan sonra missiyanın ölkəmizdə olduğu müddətdə Təhsil Nazirliyində keçirdiyi görüşlərin, apardığı müzakirələrin əhəmiyyətli olacağını vurğulayıb.
Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak ölkəmizdə təhsilin inkişafında böyük rol oynayacaq Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin səmərəliliyindən söz açıb və kadrların müasir dünyanın tələbləri səviyyəsində yetişdirilməsinin vacibliyini qeyd edib.
Sonra çıxış edən Dünya Bankının təhsil üzrə eksperti cənab Xuan Moreno səfərin qısa müddətli olmasına baxmayaraq, səmərəli keçdiyini bildirib. Layihə İdarəetmə Qrupunun, komponent və alt komponent koordinatorlarının işindən razılığını ifadə edən cənab Moreno Azərbaycanda təhsil sektorunun statistikası üzrə hazırlanan hesabatı da olduqca maraqlı və uğurlu sənəd kimi qiymətləndirib. Eyni zamanda qonaq əlavə təhsil sahəsində xeyli irəliləyiş əldə olunmasını, məktəbəqədər təhsil sahəsində uğurlu addımlar atılmasını, qiymətləndirmə və təhsilin idarəolunmasının məlumat sistemləri üzrə aparılan islahatları yüksək dəyərləndirib.
Misir Mərdanov qonaqlara ölkəmizdə təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində aparılan işlər, bununla bağlı yaradılan yeni qurum barədə məlumat verib. Nazir bildirib ki, ölkənin təhsil sistemi ilə bağlı bütün resurslar həmin qurumda yerləşəcək, burada DATA sistemi yaradılacaq. Bu ilin sonunadək 500 məktəbin geniş zolaqlı internet şəbəkəsinə qoşulacağını vurğulayan nazir hələlik bu məsələnin 200 məktəbdə öz həllini tapmasından da söz açıb.Misir Mərdanov eləcə də məktəbəqədər və əlavə təhsil sahəsi üzrə mövcud olan problemlərə də toxunub.
Sonda nazir birgə əməkdaşlıqdan razılığını ifadə edərək Dünya Bankının nüməyəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl