SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 15-də təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb
Nazir qonağı səmimi salamlayıb və bu təşkilatın ölkəmizdə apardığı layihələrdən razılığını ifadə edib.
Xanım Nikol lə Os de Lalüvye ölkəmizdə ingilis dilinin tədrisi layihəsi üzrə həyata keçirilən tədbirlər və ingilis dili müəllimlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında danışıb. Qonaq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində aparılan işlərə dəstək göstərməyə hazır olduqlarını bildirib və müvafiq təkliflərlə çıxış edib. Xanım Lalüvye vurğulayıb ki, “British Council” pilot olaraq azərbaycanlı gənclərin həmin proqram çərçivəsində Böyük Britaniyanın ali məktəblərinin magistratura pilləsində təhsil almasını həyata keçirmək niyyətindədir. Bununla bağlı müvafiq təcrübəyə yiyələndiklərini önə çəkən qonaq ilkin olaraq 20 tələbənin seçilməsinin məqsədəmüvafiqliyini qeyd edib.
Qonağın fikirlərini yüksək dəyərləndirən Misir Mərdanov seçim prosesinin “British Council” tərəfindən keçirilməsinin daha məqsədə uyğun olduğunu vurğulayıb və verilən təkliflərin yaxın zamanda nazirliyə təqdim edilməsinin vacibliyini bildirib.
Görüşdə Azərbaycan hökuməti ilə razılaşdırıldıqdan sonra müvafiq təkliflər əsasında memorandum imzalanması, birgə seçim prosedurlarının hazırlanması və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan bir sıra digər məsələlər üzrə faydalı müzakirələr aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl