• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 10-da Təhsil Nazirliyində “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” mövzusunda ikigünlük beynəlxalq elmi konfransın plenar iclası keçirilib.

Əsas təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu olan konfransın plenar iclasında Azərbaycan, Belarus, Ukrayna, Rusiya, Fransa və Latviyanın müvafiq ali məktəblərinin rektorları, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və Şəhidlər xiyabanı ziyarət olunub.
Sonra konfrans iştirakçıları Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin işi ilə tanış olublar.
Plenar iclası giriş sözü ilə açan təhsil naziri, Təşkilat Komitəsinin sədri Misir Mərdanov iştirakçıları salamlayıb, konfransın əhəmiyyəti haqqında fikirlərini bildirib. Konfransın işinə uğurlar arzulayan nazir ölkəmizdə təhsil sahəsinin inkişafı üçün atılan ardıcıl addımlar və son illər ərzində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Göstərilən dövlət qayğısından bəhs edən Misir Mərdanov Azərbaycan təhsilinin bütün pillələrində ciddi keyfiyyət dəyişikliyinə nail olunduğunu, dünya təhsil sisteminə inteqrasiya istiqamətində əhəmiyyətli işlər görüldüyünü nəzərə çatdırıb.
Konfrans iştirakçılarına ünvanlanmış təbriklər səsləndikdən sonra Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Minsk vilayət Təhsilin İnkişafı İnstitutunun rektoru Svetlana Sitnikova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Belarus Diplomdansonrakı Təhsil Akademiyasının rektoru Oleq Tavqen, İvanovsk vilayət Təhsilin İnkişafı İnstitutunun rektoru Marina Dmitriyeva, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov və başqaları məruzələrlə çıxış ediblər.
Plenar iclasın sonunda konfrans iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.


10 il əvvəl