• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 7-də "Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzində "İteca Caspian" MMC və onun tərəfdaşı "İTE. Group PLC" şirkətinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılış mərasimi olub.

Group PLC" şirkətinin təşkilatçılığı, Təhsil Nazir­li­yi­nin dəstəyi ilə keçirilən 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sər­gisinin açılış mərasimi olub. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov artıq dördüncü ildir ki, keçirilən sərginin Azərbaycan təhsilinin inkişafı və beynəlxalq təhsil məkanına inteq­rasiyası, xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən təklif olunan təhsil xidmət­ləri ilə tanışlıq, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğuna etibarlı zə­ma­nət baxımından çox mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək təşki­lat­çılara minnətdarlığını bildirib. Sərginin coğrafiyasının və əhatə dairəsinin ildən-ilə genişləndiyini müsbət hal kimi dəyərləndirən nazir builki sərgidə əvvəlki illərdəkindən daha çox-dünyanın 15 ölkə­sindən 90-dan artıq təşkilat və şirkətin iştirak etdiyini bildirib. Builki sərgidə ilk dəfə olaraq qardaş Türkiyədən Ankara, İstanbul və İzmirin 15 təhsil müəssisəsini özün­də birləşdirən Türk Milli Universitetlər Qrupunun iştirak etdiyini vurğulayan Misir Mərdanov Koreya, Böyük Britaniya universitetlərinin də sərgidə çoxluq təşkil etdiklərini diqqətə çatdırıb. Sərgidə artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Türkiyənin yaxından köməyi ilə yaradılmış və təhsil müəssisələri üçün müxtəlif avadanlıqlar, partalar, yazı taxtaları istehsal edən şirkətin öz məhsullarını nümayiş etdirdiyini bildirən təhsil naziri, eyni zamanda ölkəmizin bu mötəbər beynəlxalq tədbirdə çox az-cəmi 2 ali təhsil müəssisəsi ilə təmsil olunmasını təəssüf doğuran hal saydığını, zaman keçdikcə bu vəziyyətin dəyişəcəyinə əmin ol­du­ğunu söyləyib. Sərginin əsas təşkilatçısı olan "İteca Caspian" MMC şirkətinin direktoru Fərid Məmmədov sərgi haqqında məlumat verib, "Təhsil və karyera" sərgisinin təşkilinə göstərdiyi fəal dəstəyə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib və təşəkkür sertifikatı təqdim edib. F.Məmmədov deyib ki, xarici ölkələrin təhsil strukturları, universitetləri və kollec­ləri sərgidə fəal şəkildə iştirak edir və ilbəil sərgiyə marağın artması müşahidə olu­nur. Sərginin ekspozisiyasında məktəbəqədər və orta təhsil, ali təhsil müəssisə­lə­ri­­­ni­n proqramları, distansion maarifləndirmə sistemləri, xaricdə təhsil və tələbələrin mübadiləsi üzrə proqramlar, elmi dərəcələrin əldə edilməsi üzrə təhsil, karyeranın planlaşdırılması və inkişaf etdirilməsi üzrə konsultasiyalar, fakültativ təhsil və turizm üzrə proqramlar, dil kursları və yay məktəbləri, yeni informasiya texnologiyaları, multimedia sistemləri, video və televiziya avadanlıqları, kompüterlər təqdim olunur. Sərginin ekspozisiyasının genişləndirilməsi üçün yeni mərhələlərin mənimsə­nil­məsi ənənəsi qorunub saxlanılır. Belə ki, "məktəblər üçün avadanlıqlar" və "peşə-texniki məktəbləri üçün avadanlıqlar" kimi yeni bölmələr çərçivəsində sinif otaqları üçün avadanlıqlar, o cümlədən məktəbli geyimləri, kürsülər, fizika və kimya kabinet­ləri üçün avadanlıqlar, eləcə də Almaniyadan gətirilmiş istehsal tədrisi üzrə dəzgahlar nü­ma­yiş etdirilir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi iki ildir ki, ardıcıl olaraq sərginin karyera bölməsində gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının və birliklə­rinin iştirakını təşkil edir. Bu baxımdan sərgidə əlavə peşəkar bacarıqların əldə olun­ması imkanlarını və konsaltinq, təlimlər, əmək bazarının müasir tələblərinə uyğun­laşma üzrə seminarlar təqdim edən şirkətlərin rolu xüsusilə artmaqdadır. Sərgi zamanı təlimlər, təkmilləşdirmə kursları təşkil ediləcək və Türkiyə ali təhsil müəssisə­lərinin birində pulsuz təhsil almaq üçün xüsusi lotereya oynanılacaq. Sərginin ikinci günü, İsveçrədən gəlmiş şirkət tərəfindən otel idarəetməsi üzrə semi­nar keçiriləcək. Sonra sərgiyə baxış keçirilib, sərgidə təmsil olunan təhsil müəssisələrinin nü­ma­­­­yən­dələri iştirakçılara geniş məlumat veriblər.

Aprelin 28-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Yannyan ilə görüşüb.

Azərbaycanda təhsilin müasir tələblər səviyyəsinə yüksəldilməsi yönündə görülən kompleks işlərdən, həyata keçirilən islahatlardan bəhs edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət siyasətində təhsil sektoruna xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ölkə təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirən Misir Mərdanov qeyd edib ki, atılan məqsədyönlü addımlar sayəsində dünya təhsil sisteminə inteqrasiya istiqamətində ciddi uğurlar qazanılıb və bir çox ölkələrlə səmərəli qarşılıqlı əlaqələrin inkişafına nail olunub. Respublikamızda təhsilin bütün pillələrində müşahidə edilən müsbət dəyişikliklərə toxunan təhsil naziri xarici ölkələrlə qarşılıqlı tələbə mübadiləsi istiqamətində görülən işlərdən, 2007-2015-ci illərdə 5000 azərbaycanlı gəncin dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilməsini nəzərdə tutan Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən söhbət açıb. Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrinin əsas istiqamətlərinin tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarında yaxından iştirak etməkdən ibarət olduğunu söyləyən nazir 2008-2009-cu tədris ilində ölkəmizdə 7000-dən artıq əcnəbi tələbənin təhsil aldığını nəzərə çatdırıb. Misir Mərdanov Azərbaycanın ali məktəblərində oxuyan çinli tələbələrin sayının 228 nəfər olduğunu bildirib və təhsil sahəsində Çin Xalq Respublikası ilə əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib. Təmsil etdiyi ölkənin təhsil sisteminin strukturu haqqında ətraflı məlumat verən Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Can Yannyan iki ölkə arasında təhsil sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etməsi, müvafiq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti və digər məsələlər barədə fikirlərini bildirib. Səfir qeyd edib ki, Çin Azərbaycanla əlaqələrin dərinləşməsinə xüsusi önəm verir və bu baxımdan təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə maraq göstərir. Görüşdə hər iki ölkə arasında təhsil sahəsinə dair qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib, gələcək əməkdaşlığın əsas istiqamətlərindən söhbət açılıb.

Oktyabrın 9-da Təhsil Nazirliyində ölkə Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər günü ərəfəsində orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mərasim iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə peşə bayramı ərəfəsində bir qrup təhsil işçisinin orden və medallar, “Əməkdar müəllim” fəxri adı ilə təltif olunduğunu bildirib. Təqdimetməyə başlanmazdan əvvəl nazir Azərbaycanın tanınmış müəllimi və təhsil təşkilatçısı, uzun illər təhsilimizə fədakarlıqla xidmət etmiş respublikanın “Əməkdar müəllim”i Aliyə Təhmasibin bu günlərdə fəxri təqaüdə yola salındığını, bu münasibətlə 132-134 nömrəli təhsil kompleksində də mərasim keçirildiyini xatırladıb. Nazir Aliyə Təhmasibin zəngin bioqrafiyasının bəzi məqamlarını diqqətə çatdıraraq bildirib ki, o, həyatını Azərbaycan təhsilinin inkişafına həsr edib, Azərbaycan təhsilinin adını daim uca tutub. Onun fəaliyyəti haqqında daim müsbət fikirlər söylənildiyini vurğulayan Misir Mərdanov Aliyə Təhmasibin rəhbərlik etdiyi kollektivdə və pedoqoji ictimaiyyət arasında böyük hörmət və nüfuz sahibi olduğunu nəzərə çatdırıb. Nazir onun bir sıra dövlət təltifləri ilə mükafatlandırıldığını, 2007-ci ildə ölkə rəhbərinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görüldüyünü bildirib və fəxri təqaüdə çıxan Aliyə xanımın 132-134 nömrəli təhsil kompleksinin fəxri direktoru seçildiyini deyib. Onun bundan sonra da təhsil ocağı ilə sıx əlaqə saxlayacağına umidvar olduğunu söyləyən Misir Mərdanov A.Təhmasibə Təhsil Nazirliyinin təbrik məktubunu və gül dəstəsini təqdim edib. Sonra orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunmasına başlanılıb. Nazir öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2010-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədovun mükafatını təqdim edib. Y.Məmmədovu Azərbaycanın böyük riyaziyyatçısı kimi səciyyələndirən təhsil naziri onun ADPU-ya rektor təyin olunduqdan sonra gördüyü işlərdən, qısa müddət ərzində universitetdə yaranmış müsbət dönüşdən söz açıb. Daha sonra ölkə Prezidentinin 4 Oktyabr 2010-cu il tarixli sərəncamı ilə şöhrət ordenlərinə layiq görülmüş Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov, 289 nömrəli “Zəngi” liseyinin direktoru Bayram Heydərova mükafatlar təqdim olunub. Nazir qeyd edib ki, ölkə Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 73 təhsil işçisi “Tərəqqi”, 3 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, 70 nəfərə “Əməkdar müəllim” fəxri adı verilib. Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilib. Təhsil işçiləri adından çıxış edənlər onların əməyinə verilən belə yüksək qiymətə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Oktyabrın 12-də Bakı Dövlət Universitetində MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumu öz işinə başlayıb.

Forumun birinci günü Əlaqələndirmə Şurasının iclası keçirilib. Forum iştirakçıları əvvəlcə BDU-da Heydər Əliyev muzeyi ilə tanış olub, universitetin Fəxri doktorlarının və AMEA-nın üzvlərinin fotoları əks olunmuş stendə baxıblar. Forumun Əlaqələndirmə Şurasının iclasında Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Azərbaycanın ali məktəb rektorları və humanitar fakültə dekanları iştirak ediblər. Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev forumu açaraq iştirakçıları salamlayıb. K.Abdullayev bildirib ki, ilk dəfə təşkil edilən bu forumda MDB üzvü olan 8 ölkənin 20-dən artıq ali məktəbindən 30 nümayəndə iştirak edir. Əlaqələndirmə Şurasının forumda müzakirə olunacaq məsələləri, təşkili nəzərdə tutulan mədəni tədbirləri müzakirə edəcəyini vurğulayan Kamal Abdullayev oktyabrın 13-də forum iştirakçılarının Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və ölkəmizin ərazi bütövlüyü və Şəhidlər xiyabanını ziyarət edəcəklərini nəzərə çatdırıb. Sonra forumun ümumi iclası keçiriləcək, məruzələr dinləniləcəkdir. Forum çərçivəsində Bakının tarixi yerləri ilə tanışlıq və digər mədəni tədbirlər də nəzərdə tutulub. İclasda çıxış edən Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar bildirib ki, ilk dəfə keçirilən forumun ideyası cari ilin yanvarında Bakıda təşkil edilmiş humanitar əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda meydana gəlib. Həmin vaxt forum iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin MDB ölkələri arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladığını, ziyalıların bu işə öz töhfələrini verməsinin zəruriliyini qeyd etdiyini söyləyən Yefim Pivovar məhz bundan sonra MDB üzvü olan ölkələrin humanitar universitetləri rektorlarının forumunun keçirilməsi ilə bağlı təşkilati işlərə başlanıldığını deyib. Yefim Pivovar forumun təşkilinə və birinci toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və bu təşəbbüsün gerçəkləşməsinin yalnız humanitar universitetlər deyil, eyni zamanda, MDB xalqları arasında əməkdaşlığın və dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. Forumun ilk günü Əlaqələndirmə Şurasının iclasından sonra qonaqlar Bakıdakı 132-134 nömrəli təhsil kompleksi ilə tanış olublar.

Аprеlin 28-də Zərifə Əliyеvа аdına оrtа məкtəbdə görкəmli оftаlmоlоqun аnаdаn оlmаsının 86-cı ildönümünə həsr оlunmuş tədbir кеçirilib.

Öncə Fəхri хiyаbаnı ziyаrət еdən tədbir iştirakçıları daha sоnrа акаdеmiк Zərifə Əliyеvа аdınа məкtəblə tаnış оlublаr. «Хаtirələrdə yаşаyаn» аdlı tədbirdə təhsil nаziri Misir Mərdаnоv, rаbitə və infоrmаsiyа tехnоlоgiyаlаrı nаziri Əli Аbbаsоv, Dövlət Pеdаqоji Коllеcin dirекtоru, YАP Qаdınlаr Şurаsının sədri Nurlаnа хаnım Əliyеvа, millət vəкilləri və digər qоnаqlаr iştirак еdiblər. Məкtəbin dirекtоru Məhəbbət Vəliyеvа tədbiri giriş sözü ilə аçaraq sоn bir ildə tədris ocağında görülən işlər, qаzаnılan nаiliyyətlər və nəzərdə tutulan məsələlər hаqqındа gеniş məlumаt vеrib. O, qeyd edib ki, görkəmli akаdеmikin аdını dаşıyаn məкtəbdə təhsil аlаn şаgirdlər Zərifə хаnımın həyаt və fəаliyyətini dərindən öyrənir, оnun hаqqındа müvafiq araşdırmalar аpаrırlar. «Tədris prоsеsində müаsir pеdаqоji tехnоlоgiyаlаr: zənginliк və müхtəlifliк, məqsədyönlülüк və еffекtivliк» mövzusundа nümunəvi dərslərin intеrnеtdə nümаyişi maraqla qarşılanıb və məкtəbin sаytının аçılışındаn sоnrа şаgirdlərin ifаsındа «Zərifə Əliyеvа – аnа, qаdın və аlim» mövzusundа təqdimаt кеçirilib. Zərifə xanım Əliyеvаnın аdını dаşıyаn оrtа məкtəbin fəаliyyətini müsbət qiymətləndirən təhsil nаziri Misir Mərdаnоv bütün sаhələrə, о cümlədən də təhsilə göstərilən dövlət qаyğısından söz açıb, bu məкtəbdə çаlışаn müəllimlərin və təhsil аlаn şаgirdlərin məsuliyyətinin dаhа böyüк olduğunu vurğulayıb. Nazir bildirib ki, onlаrın qаzаndıqlаrı uğurlаr digər təhsil müəssisələrinə nümunə оlmаlı, bu təhsil ocağı hər cəhətdən müasir dövrün tələblərinə cavab verməlidir. Misir Mərdаnоv çıхışındа müəllim nüfuzunun аrtırılmаsının vаcibliyini və bu işdə vаlidеynlərin fəаllığının əhəmiyyətini хüsusi qеyd еdib. Кеçirilən nümunəvi dərslərin intеrnеt vаsitəsilə nümаyiş еtdirilməsindən məmnun qаlаn nаzir həlli vаcib оlаn digər məsələlərə də diqqət çəкib, müvafiq tövsiyələrini vеrib. Misir Mərdanov əmin оlduğunu bildirib кi, акаdеmiк Zərifə Əliyеvа аdınа оrtа məкtəbin yеtirmələri bundan sonra dаhа böyüк uğurlаrа imzа аtаcаqlаr. Sоndа tədbir iştirakçıları nümunəvi dərslər кеçirilən оtаqlаrа bаş çəкib, məкtəbin həyətində ümummilli lidеr Hеydər Əliyеvin və Zərifə хаnım Əliyеvаnın хаtirəsini əbədiləşdirməк məqsədilə 2 çinаr аğаcı əкiblər.

Oktyabrın 13-də Bakı Dövlət Universitetində MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumu işini davam etdirib.

Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən forum iştirakçıları məzarların üzərinə güllər qoyublar. Sonra Bakı Dövlət Universitetində işini davam etdirən forumda iştirakçıların təqdimatı keçirilib. Forum iştirakçılarını salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov belə bir beynəlxalq tədbirin ilk dəfə Bakıda keçirilməsini yüksək dəyərləndirib, onun əhəmiyyətini vurğulayıb. Müstəqillik illərində Azərbaycanda təhsil sahəsində aparılmış köklü islahatlar barəsində iştirakçılara məlumat verən nazir bunun 1993-cü ildən, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladığını nəzərə çatdırıb. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan geniş quruculuq işlərindən danışan Misir Mərdanov bu inkişafın təhsil sahəsində də əsaslı keyfiyyət dəyişikliyinə səbəb olduğunu, 2 mindən çox məktəbin və əlavə tədris korpusunun inşa edildiyini, təhsilin maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd edib. Təhsilin informasiyalaşdırılmasına, müasir texnoloji vasitələrin tətbiqinə geniş yer verildiyini bildirən təhsil naziri, hazırda ölkə üzrə hər 20 şagirdə 1 komüter düşdüyünü söyləyib. Nazir bu sahədə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu, həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi vurğulayıb. Təhsil naziri iştirakçılara Azərbaycanda ali təhsilin inkişafı istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Bakı forumunun sahə üzrə əlaqələrin inkişafı, mövcud problemlərin təhlili və aradan qaldırılması yollarının araşdırılması baxımından rolunu qeyd edib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıb. Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin nümayəndəsi Ənvər Şeyxov forum iştirakçılarını Agentliyin rəhbəri Farit Muxametşinin adından salamlayıb, onun təbrik məktubunu oxuyub. Federal Agentliyin bu il 85 yaşının qeyd edildiyini forum iştirakçılarının diqqətinə çatdıran Ənvər Şeyxov qurumun həm MDB daxilində, həm də digər ölkələrdə həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib. Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar rəhbərlik etdiyi təşkilat adından Azərbaycan hökumətinə beynəlxalq tədbirin ilk dəfə Bakıda keçirilməsinə göstərdiyi köməyə görə minnətdarlığını bildirib. Yefim Pivovar Rusiya Rektorlar İttifaqının, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin foruma təbrik məktublarını iştirakçıların nəzərinə çatdırıb. Forumun gündəliyi təsdiq edildikdən sonra Yefim Pivovar “MDB dövlətlərində humanitar təhsil: problemlər və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Nahardan sonra forum işini “MDB dövlətlərinin humanitariyaları arasında əməkdaşlığın istiqamətləri və perspektivləri” mövzusunda “Dəyirmi masa”da davam etdirib. İştirakçılar Bakı forumunun yalnız humanitar universitetlər deyil, eyni zamanda, MDB xalqları arasında əməkdaşlığın və dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduqlarını bildiriblər. MDB ölkələrinin humanitar sahə universitetlərinin əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə forumun daimi fəaliyyət göstərməsi, onun internet-portalının hazırlanması, müvafiq sahələr üzrə ekspert komissaylarının, illik elmi nəşrinin yaradılması barədə qərar qəbul edilib, bu beynəlxalq tədbirin ardıcıl təşkili Əlaqələndirmə Şurasına həvalə olunub. Daha sonra MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumunun yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Bakı forumunun işi yüksək qiymətləndirilib. Qeyd olunub ki, forum humanitar sahə üzrə əlaqələrin inkişafı, mövcud problemlərin təhlili və birgə səylərlə aradan qaldırılması yollarının araşdırılması istiqamətində mühüm rol oynayacaqdır. Konfransda, həmçinin MDB ölkələrinin humanitar universitetlərinin əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə forumda qəbul olunmuş qərarlar haqqında məlumat verilib. Sonda Bakı Slavyan Universiteti ilə Rusiya Dövlət Humanitar Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Oktyabrın 15-də təhsil naziri Misir Mərdanov Bakıdakı 299 saylı məktəb-liseydə tədris ocağının Valideyn-Müəllim Assosiasiyasının üzvləri ilə görüşüb.

Öncə təhsil müəssisəsi ilə tanış olan nazir sinif otaqları, kitabxana, idman zalına baxıb, müəllim və şagirdlərlə söhbət edib. Valideyn-Müəllim Assosiasiyasının üzvləri ilə görüşündə ölkədə aparılan təhsil islahatları, yeni məktəb tikintisi və təhsil ocaqlarının təmiri barədə söz açan təhsil naziri valideynlərin məktəblə yaxından əlaqə saxlamasının əhəmiyyətini vurğulayıb. Bu baxımdan 299 saylı məktəb-liseydə xüsusi fəallığın hiss olunduğunu qeyd edən Misir Mərdanov məktəbin Valideyn-Müəllim Assosiasiyasının işindən razılığını bildirib və müvafiq tövsiyələrini nəzərə çatdırıb. Valideynlər və müəllimlər təhsil naziri Misir Mərdanova minnətdarlıqlarını bildirib, onları düşündürən bir sıra məsələlərlə bağlı təkliflərlə çıxış ediblər. 2008-ci ildə əsaslı təmir olunmuş və bir əlavə tədris korpusu istifadəyə verilmiş məktəbdə yaradılan şəraitdən razılığını bildirən nazir bundan sonra da təhsil ocağına zəruri köməklik göstəriləcəyini qeyd edib, pedaqoji kollektivə və Valideyn-Müəllim Assosiasiyasının üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.

Oktyabrın 16-da Qafqaz Universitetində 2010-2011-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi” adlı tədbir keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, təhsil işçiləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin gənclərə və onların təhsilinə göstərdiyi diqqət və qayğıdan söz açan təhsil naziri Misir Mərdanov müasir dövrdə təhsilin önəmli rolu, ölkə təhsilinin inkişaf istiqamətləri və bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər barədə fikirlərini bildirib. Nazir “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin səmərəli olduğunu, təhsilimizə layiqli töhfələr verdiyini qeyd edib. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini bildirib. Azərbaycan-Türkiyə özəl liseylərində və “Araz” kurslarında təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs edən Ə.Özərən Beynəlxalq fənn olimpiadalarında, bilik müsabiqələrində iştirak edən şagirdlərin qazandıqları uğurlu nəticələr haqqında da məlumat verib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və digər çıxış edənlər təhsilimizə göstərilən dövlət qayğısından danışıb, təhsildə nailiyyət qazanan şagirdləri və tələbələri təbrik edib, onlara yeni müvəffəqiyyətlər arzulyıblar. Sonra təhsil müəssisələrinin nailiyyətlərini əks etdirən film nümayiş etdirilib. Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının beynəlxalq fənn olimpiadalarında və bilik müsabiqələrində uğur qazanan şagirdlərinə, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlarına və yüksək balla Qafqaz Universitetinə qəbul olunmuş tələbələrə mükafatlar verilib.

Аprеlin 27-də Gəncə Şəhər İcrа Hаkimiyyətinin аkt zаlındа Gəncə Dövlət Univеrsitеtinin 70 illik yubilеyinə həsr оlunmuş tədbir keçirilib.

İlk öncə ulu öndər Hеydər Əliyеvin Gəncə Şəhər İcrа Hаkimiyyətinin qаrşısındа ucаldılmış büstü önünə gül dəstələri qоyulub və Аzərbаycаn Rеspublikasının Dövlət Himni səsləndirilib. Yubiley tədbirində təhsil nаziri Misir Mərdаnоv, nаzirliyin şöbə müdirləri, аli məktəb rеktоrlаrı, Gürcüstаndan gəlmiş аli məktəb müəllimləri, millət vəkilləri və digər qоnаqlаr iştirаk еdiblər. Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcrа Hаkimiyyətinin bаşçısı Еldаr Əzizоv univеrsitеtin 70 illik yubilеyi münаsibətilə təhsil оcаğının bütün əməkdаşlаrını təbrik еdib, ölkəmizin ali məktəbləri arasında Gəncə Dövlət Universitetinin özünəməxsus yerinin olduğunu bildirib. Görülmüş işlərdən və qаzаnılmış uğurlаrdаn dаnışan Gəncə Dövlət Univеrsitеtinin rеktоru Еlmаn Məmmədоv hаzırdа univеrsitеtdə 8 fаkültə və 10 şöbənin fəаliyyət göstərdiyini nəzərə çаtdırıb. Azərbaycan Respublikasının təhsil nаziri Misir Mərdаnоv Gəncə Dövlət Univеrsitеtinin еlmi tədqiqаtlаrın təşkili və tətbiqi istiqаmətində gеniş təcrübə qаzаndığını bildirib. Nazir univеrsitеtin 70 illik yubilеyi ilə əlаqədаr Аzərbаycаndа təhsilin inkişаfındаkı хitmətlərinə görə ölkə Prеzidеnti cənab İlhаm Əliyеvin Sərаncаmı ilə Gəncə Dövlət Univеrsitеtinin əməkdаşlаrınа vеrilən mükаfаtlаrı təqdim еdib və kollektivə gələcək işlərində uğurlаr аrzulаyıb. Yubilеyə gəlmiş digər qоnаqlаr dа Gəncə Dövlət Univеrsitеtinin səmərəli fəaliyyətindən söz açıb, öz hədiyyələrini tədris ocağının kollektivinə təqdim ediblər. Daha sоnrа yubileyə qatılmış qоnаqlаrlа birlikdə Nizаmi Gəncəvinin və Cаvаdхаnın məqbərələrini ziyаrət еdən təhsil naziri Misir Mərdаnоv M.C.Pаşаyеv аdınа 39 və C.Cаbbаrlı аdınа 6 saylı оrtа məktəblərdə də оlub. Günün ikinci yаrısındа Gəncə Dövlət Univеrsitеtində “dəyirmi mаsа” kеçirilib. Təhsil nаziri univеrsitеtin 13 əməkdаşını Аzərbаycаnın Qаbаqcıl Təhsil İşçisi döş nişаnı ilə təltif еdib. Yubiley tədbiri M.C Pаşаyеv muzеyində Cəncə Dövlət Univеrsitеtinin 70 illik yubilеyinə həsr оlunmuş kоnsеrt proqramı ilə başa çatıb.

Aprelin 25-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.

Müsabiqənin yekun mərhələsinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçılarını salamlayan Misir Mərdanov ümummili lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin artıq bir ənənəyə çevrildiyini qeyd edərək şagirdlərin bu tədbirlərdə böyük maraq və həvəslə iştirak etməsini əlamətdar hal kimi dəyərləndirib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə haqqında məlumat verən təhsil naziri diqqətə çatdırıb ki, hər il olduğu kimi bu il də rayon ( şəhər) mərhələsində minlərlə VII-XI sinif şagirdi iştirak edib. Hər bir rayon və şəhərdən yalnız bir nəfərin yekun mərhələyə vəsiqə qazandığını qeyd edən nazir ümumilikdə 89 şagirdin buna nail olduğunu, iştirakçıların hər birinə xüsusi nümunədə hazırlanmış dəftər, qələm və üzərində ulu öndər Heydər Əliyevin şəkli olan döş nişanı verildiyini bildirib. İnşa müsabiqəsinin eyni şərtlər daxilində Naxçıvan Muxtar Respublikasında da keçirildiyini söyləyən Misir Mərdanov qaliblərə mükafat və müxtəlif hədiyyələrin təqdim ediləcəyini və ən yaxşı işlərin toplu şəklində nəşr olunacağını bildirib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan edildi və şagirdlər “Ulu öndər Heydər Əliyevi düşünərkən …” adlı inşa yazmağa başladılar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı