SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 12-də Bakı Dövlət Universitetində MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumu öz işinə başlayıb.
Forumun birinci günü Əlaqələndirmə Şurasının iclası keçirilib.
Forum iştirakçıları əvvəlcə BDU-da Heydər Əliyev muzeyi ilə tanış olub, universitetin Fəxri doktorlarının və AMEA-nın üzvlərinin fotoları əks olunmuş stendə baxıblar.
Forumun Əlaqələndirmə Şurasının iclasında Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Azərbaycanın ali məktəb rektorları və humanitar fakültə dekanları iştirak ediblər.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev forumu açaraq iştirakçıları salamlayıb. K.Abdullayev bildirib ki, ilk dəfə təşkil edilən bu forumda MDB üzvü olan 8 ölkənin 20-dən artıq ali məktəbindən 30 nümayəndə iştirak edir. Əlaqələndirmə Şurasının forumda müzakirə olunacaq məsələləri, təşkili nəzərdə tutulan mədəni tədbirləri müzakirə edəcəyini vurğulayan Kamal Abdullayev oktyabrın 13-də forum iştirakçılarının Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və ölkəmizin ərazi bütövlüyü və Şəhidlər xiyabanını ziyarət edəcəklərini nəzərə çatdırıb.
Sonra forumun ümumi iclası keçiriləcək, məruzələr dinləniləcəkdir. Forum çərçivəsində Bakının tarixi yerləri ilə tanışlıq və digər mədəni tədbirlər də nəzərdə tutulub.
İclasda çıxış edən Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar bildirib ki, ilk dəfə keçirilən forumun ideyası cari ilin yanvarında Bakıda təşkil edilmiş humanitar əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda meydana gəlib. Həmin vaxt forum iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin MDB ölkələri arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladığını, ziyalıların bu işə öz töhfələrini verməsinin zəruriliyini qeyd etdiyini söyləyən Yefim Pivovar məhz bundan sonra MDB üzvü olan ölkələrin humanitar universitetləri rektorlarının forumunun keçirilməsi ilə bağlı təşkilati işlərə başlanıldığını deyib.
Yefim Pivovar forumun təşkilinə və birinci toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və bu təşəbbüsün gerçəkləşməsinin yalnız humanitar universitetlər deyil, eyni zamanda, MDB xalqları arasında əməkdaşlığın və dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
Forumun ilk günü Əlaqələndirmə Şurasının iclasından sonra qonaqlar Bakıdakı 132-134 nömrəli təhsil kompleksi ilə tanış olublar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl