• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 7-də "Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzində "İteca Caspian" MMC və onun tərəfdaşı "İTE. Group PLC" şirkətinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılış mərasimi olub.

Group PLC" şirkətinin təşkilatçılığı, Təhsil Nazir­li­yi­nin dəstəyi ilə keçirilən 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sər­gisinin açılış mərasimi olub.
Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov artıq dördüncü ildir ki, keçirilən sərginin Azərbaycan təhsilinin inkişafı və beynəlxalq təhsil məkanına inteq­rasiyası, xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən təklif olunan təhsil xidmət­ləri ilə tanışlıq, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğuna etibarlı zə­ma­nət baxımından çox mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək təşki­lat­çılara minnətdarlığını bildirib.
Sərginin coğrafiyasının və əhatə dairəsinin ildən-ilə genişləndiyini müsbət hal kimi dəyərləndirən nazir builki sərgidə əvvəlki illərdəkindən daha çox-dünyanın 15 ölkə­sindən 90-dan artıq təşkilat və şirkətin iştirak etdiyini bildirib. Builki sərgidə ilk dəfə olaraq qardaş Türkiyədən Ankara, İstanbul və İzmirin 15 təhsil müəssisəsini özün­də birləşdirən Türk Milli Universitetlər Qrupunun iştirak etdiyini vurğulayan Misir Mərdanov Koreya, Böyük Britaniya universitetlərinin də sərgidə çoxluq təşkil etdiklərini diqqətə çatdırıb. Sərgidə artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Türkiyənin yaxından köməyi ilə yaradılmış və təhsil müəssisələri üçün müxtəlif avadanlıqlar, partalar, yazı taxtaları istehsal edən şirkətin öz məhsullarını nümayiş etdirdiyini bildirən təhsil naziri, eyni zamanda ölkəmizin bu mötəbər beynəlxalq tədbirdə çox az-cəmi 2 ali təhsil müəssisəsi ilə təmsil olunmasını təəssüf doğuran hal saydığını, zaman keçdikcə bu vəziyyətin dəyişəcəyinə əmin ol­du­ğunu söyləyib.
Sərginin əsas təşkilatçısı olan "İteca Caspian" MMC şirkətinin direktoru Fərid Məmmədov sərgi haqqında məlumat verib, "Təhsil və karyera" sərgisinin təşkilinə göstərdiyi fəal dəstəyə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib və təşəkkür sertifikatı təqdim edib. F.Məmmədov deyib ki, xarici ölkələrin təhsil strukturları, universitetləri və kollec­ləri sərgidə fəal şəkildə iştirak edir və ilbəil sərgiyə marağın artması müşahidə olu­nur.
Sərginin ekspozisiyasında məktəbəqədər və orta təhsil, ali təhsil müəssisə­lə­ri­­­ni­n proqramları, distansion maarifləndirmə sistemləri, xaricdə təhsil və tələbələrin mübadiləsi üzrə proqramlar, elmi dərəcələrin əldə edilməsi üzrə təhsil, karyeranın planlaşdırılması və inkişaf etdirilməsi üzrə konsultasiyalar, fakültativ təhsil və turizm üzrə proqramlar, dil kursları və yay məktəbləri, yeni informasiya texnologiyaları, multimedia sistemləri, video və televiziya avadanlıqları, kompüterlər təqdim olunur.
Sərginin ekspozisiyasının genişləndirilməsi üçün yeni mərhələlərin mənimsə­nil­məsi ənənəsi qorunub saxlanılır. Belə ki, "məktəblər üçün avadanlıqlar" və "peşə-texniki məktəbləri üçün avadanlıqlar" kimi yeni bölmələr çərçivəsində sinif otaqları üçün avadanlıqlar, o cümlədən məktəbli geyimləri, kürsülər, fizika və kimya kabinet­ləri üçün avadanlıqlar, eləcə də Almaniyadan gətirilmiş istehsal tədrisi üzrə dəzgahlar nü­ma­yiş etdirilir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi iki ildir ki, ardıcıl olaraq sərginin karyera bölməsində gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının və birliklə­rinin iştirakını təşkil edir. Bu baxımdan sərgidə əlavə peşəkar bacarıqların əldə olun­ması imkanlarını və konsaltinq, təlimlər, əmək bazarının müasir tələblərinə uyğun­laşma üzrə seminarlar təqdim edən şirkətlərin rolu xüsusilə artmaqdadır.
Sərgi zamanı təlimlər, təkmilləşdirmə kursları təşkil ediləcək və Türkiyə ali təhsil müəssisə­lərinin birində pulsuz təhsil almaq üçün xüsusi lotereya oynanılacaq. Sərginin ikinci günü, İsveçrədən gəlmiş şirkət tərəfindən otel idarəetməsi üzrə semi­nar keçiriləcək.
Sonra sərgiyə baxış keçirilib, sərgidə təmsil olunan təhsil müəssisələrinin nü­ma­­­­yən­dələri iştirakçılara geniş məlumat veriblər.


10 il əvvəl