• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 9-da Təhsil Nazirliyində ölkə Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər günü ərəfəsində orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mərasim iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə peşə bayramı ərəfəsində bir qrup təhsil işçisinin orden və medallar, “Əməkdar müəllim” fəxri adı ilə təltif olunduğunu bildirib.
Təqdimetməyə başlanmazdan əvvəl nazir Azərbaycanın tanınmış müəllimi və təhsil təşkilatçısı, uzun illər təhsilimizə fədakarlıqla xidmət etmiş respublikanın “Əməkdar müəllim”i Aliyə Təhmasibin bu günlərdə fəxri təqaüdə yola salındığını, bu münasibətlə 132-134 nömrəli təhsil kompleksində də mərasim keçirildiyini xatırladıb. Nazir Aliyə Təhmasibin zəngin bioqrafiyasının bəzi məqamlarını diqqətə çatdıraraq bildirib ki, o, həyatını Azərbaycan təhsilinin inkişafına həsr edib, Azərbaycan təhsilinin adını daim uca tutub. Onun fəaliyyəti haqqında daim müsbət fikirlər söylənildiyini vurğulayan Misir Mərdanov Aliyə Təhmasibin rəhbərlik etdiyi kollektivdə və pedoqoji ictimaiyyət arasında böyük hörmət və nüfuz sahibi olduğunu nəzərə çatdırıb. Nazir onun bir sıra dövlət təltifləri ilə mükafatlandırıldığını, 2007-ci ildə ölkə rəhbərinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görüldüyünü bildirib və fəxri təqaüdə çıxan Aliyə xanımın 132-134 nömrəli təhsil kompleksinin fəxri direktoru seçildiyini deyib. Onun bundan sonra da təhsil ocağı ilə sıx əlaqə saxlayacağına umidvar olduğunu söyləyən Misir Mərdanov A.Təhmasibə Təhsil Nazirliyinin təbrik məktubunu və gül dəstəsini təqdim edib.
Sonra orden və medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunmasına başlanılıb.
Nazir öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2010-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədovun mükafatını təqdim edib. Y.Məmmədovu Azərbaycanın böyük riyaziyyatçısı kimi səciyyələndirən təhsil naziri onun ADPU-ya rektor təyin olunduqdan sonra gördüyü işlərdən, qısa müddət ərzində universitetdə yaranmış müsbət dönüşdən söz açıb.
Daha sonra ölkə Prezidentinin 4 Oktyabr 2010-cu il tarixli sərəncamı ilə şöhrət ordenlərinə layiq görülmüş Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov, 289 nömrəli “Zəngi” liseyinin direktoru Bayram Heydərova mükafatlar təqdim olunub.
Nazir qeyd edib ki, ölkə Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 73 təhsil işçisi “Tərəqqi”, 3 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, 70 nəfərə “Əməkdar müəllim” fəxri adı verilib.
Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilib.
Təhsil işçiləri adından çıxış edənlər onların əməyinə verilən belə yüksək qiymətə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.


10 il əvvəl