SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 25-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.
Müsabiqənin yekun mərhələsinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçılarını salamlayan Misir Mərdanov ümummili lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin artıq bir ənənəyə çevrildiyini qeyd edərək şagirdlərin bu tədbirlərdə böyük maraq və həvəslə iştirak etməsini əlamətdar hal kimi dəyərləndirib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqə haqqında məlumat verən təhsil naziri diqqətə çatdırıb ki, hər il olduğu kimi bu il də rayon ( şəhər) mərhələsində minlərlə VII-XI sinif şagirdi iştirak edib. Hər bir rayon və şəhərdən yalnız bir nəfərin yekun mərhələyə vəsiqə qazandığını qeyd edən nazir ümumilikdə 89 şagirdin buna nail olduğunu, iştirakçıların hər birinə xüsusi nümunədə hazırlanmış dəftər, qələm və üzərində ulu öndər Heydər Əliyevin şəkli olan döş nişanı verildiyini bildirib.
İnşa müsabiqəsinin eyni şərtlər daxilində Naxçıvan Muxtar Respublikasında da keçirildiyini söyləyən Misir Mərdanov qaliblərə mükafat və müxtəlif hədiyyələrin təqdim ediləcəyini və ən yaxşı işlərin toplu şəklində nəşr olunacağını bildirib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan edildi və şagirdlər “Ulu öndər Heydər Əliyevi düşünərkən …” adlı inşa yazmağa başladılar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl