• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 1-də Bakıdakı 23 saylı orta məktəbdə «British Council» beynəlxalq təşkilatı və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş 7 pilot məktəbin 55 ingilis dili müəlliminin iştirak etdiyi bir həftəlik təlim kursunun başa catması ilə əlaqədar təqdimat mərasimi kecirilib.

Tədbiri giriş sözü ilə «British Council» un proqramlar üzrə meneceri Gülşən Hüseynova acaraq bildirib ki, bu təşkilat Böyük Britaniyanın digər ölkələrlə təhsil və mədəniyyət əlaqələrini inkişaf etdirən beynəlxalq bir qurumdur. Təşkilatın Təhsil Nazirliyi ilə birgə ilk dəfə müəllimlər üçün yeni və dinamik ingilis dili təlim kursu hazırladığını qeyd edən G. Hüseynova kursun birinci mərhələsinin artıq 2008-ci ilin iyul ayında kecirildiyini nəzərə çatdırıb. O deyib ki, «British Council» təşkilatının trenerləri tərəfindən paytaxtın 23, 134, 6, 7 saylı orta məktəblərində, Ankara və Pişəvəri adına humanitar liseylərdə çalışan 55 müəllimin I və V siniflərdə tədris etdikləri ingilis dili dərslərinin müşahidələri aparılıb. Növbəti tədris ilində II və VI siniflər üçün yeni proqramın təqdim olunması məqsədilə aprelin 27-dən mayın 1-dək ikinci mərhələnin həyata keçirildiyini söyləyən Gülşən Hüseynova bu işdə Böyük Britaniyadan dəvət edilmiş tanınmış ingilis dili mütəxəssisi Julietta Schoenmannın xüsusi rolunun olduğunu diqqətə çatdırıb. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunun əhəmiyyətindən söz açıb və yeni olan bu təşəbbüs sayəsində qabaqcıl təlim metodlarının təqdim olunduğunu qeyd edib. Təməli qoyulmuş bu işin yaxın gələcəkdə bütün məktəbləri əhatə etməsinin vacibliyini vurğulayan Misir Mərdanov ingilis dili üzrə savadlı kadrların hazırlanması ilə yanaşı, rus dilinin tədrisində də müasir təlim metodlarının tətbiqinə ehtiyac olduğunu nəzərə çatdırıb. Məktəb rəhbərlərindən və xarici dil müəllimlərindən bu işə məsuliyyətlə yanaşmağı tələb edən nazir səmərəli əməkdaşlığa görə «British Council» beynəlxalq təşkilatının əməkdaşlarına təşəkkürünü bildirib. Sonda 7 pilot məktəbin 55 ingilis dili müəlliminə təhsil naziri Misir Mərdanov və Julietta Schoenmann tərəfindən sertifikatlar təqdim olunub.

24-27 sentyabr tarixlərində Gürcüstanın Batumi şəhərində “Müəllimlərin ətraf mühit üzrə regional seminarı” keçirilib.

Seminar Norveç Təbiəti Mühafizə Cəmiyyətinin “Enerji və Resurslardan İstifadə üzrə Məktəbli Layihəsi” (SPARE) çərçivəsində baş tutub. Regional seminarda SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova, proqramın tətbiqi layihələr üzrə koordinatoru Mirabbas Məmmədov, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, “Araz” Ekologiya liseyinin direktoru Südabəxanım Mikayılova, 284 saylı məktəbin coğrafiya müəllimi Sevinc Abbasova, 204 saylı məktəbin biologiya müəllimi Almaz Həsrət, “Zəkalar” liseyinin fizika müəllimi Gülçin Baxşıyeva iştirak ediblər. Seminarın ilk günündə SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova ölkəmizdə müvafiq sahədə həyata keçirilən tədbirlərə dair “Pedaqoji innovasiyalar və tətbiqi məsələlərin vəhdəti” mövzusunda təqdimat edib. Seminarın “Pedaqoji innovasiyalar: ən yaxşı nümunələr və təcrübə mübadiləsi” mövzusuna həsr olunmuş sessiyasında azərbaycanlı müəllimlər tərəfindən müxtəlif pedaqoji yanaşmalara əsasən hazırlanmış dərs nümunələri təqdim olunub. Onu da qeyd edək ki, Azərbaycanın 2003-cü ildən qoşulduğu və hazırda ölkəmizin 200-dən artıq məktəbini əhatə edən proqramın əsas məqsədi məktəb ictimaiyyətinə enerjiyə qənaət, resurslardan səmərəli istifadə edilməsinin zəruriliyi kimi əhəmiyyətli məsələləri aşılamaqdır. Proqramda fəal iştirak edən məktəblərdə davamlı energetika, bərpa olunan enerji mənbələri mövzuları tədris edilir, fakültativ məşğələlərdə, dərnəklərdə enerjinin səmərəliyinin artırılması istiqamətində əməli tədbirlər həyata keçirilir.

Aprelin 30-da Azərbaycan Müəllimlər İnstitutunda «Müasir şəraitdə yaşlıların təhsili: problemlər və perspektivlər» mövzusunda respublika elmi konfransı keçirilib.

Plenar iclası Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq müasir şəraitdə təhsilin mühüm məsələlərindən birinə həsr olunmuş elmi konfransın «Yaşlıların təhsili XXI əsrin açarıdır» şüarı altında keçirildiyini bildirib. Mövzu ilə bağlı müəyyən fikirlərini söyləyən rektor çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verib. Təhsil naziri yaşlıların təhsili ilə bağlı respublika elmi konfransının keçirilməsini yüksək qiymətləndirərək bu məsələnin son dərəcə aktual olduğunu və hamı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Nazir qeyd edib ki, yaşlıların təhsili ömür boyu təhsil sisteminin tərkib hissəsi olmaqla vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir. Avropa ölkələrində yaşlıların təhsilinin insanların davamlı məşğulluğunu və fəal vətəndaş mövqeyini təmin edən təhsil sistemi və yaxud da təhsil sisteminin tərkib hissəsi kimi başa düşüldüyünü vurğulayan Misir Mərdanov bildirib ki, son 10 il ərzində yaşlıların təhsili beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Nazir qeyd edib ki, 2002-ci ildən başlayaraq Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu Azərbaycanda yaşlıların təhsili üzrə 30-a yaxın tədbir həyata keçirib. Təhsil naziri daha sonra yaşlıların təhsili və ənənəvi təhsil arasındakı fərqlərdən, yaşlıların təhsili kontingentinə aid olunan sosial-demoqrafik qruplardan söz açaraq deyib ki, müxtəlif ölkələrin bu sahədə təcrübəsinin təhlili cəmiyyət inkişaf etdikcə təhsilə tələbatın artmaqda olduğunu göstərir. Hər bir insanın cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında fəal iştirak etməsi üçün öz peşə, bilik və bacarığını, şəxsi keyfiyyətlərini kəmiyyət və keyfiyyət baxımından daim yeniləşdirməsinin vacibliyini önə çəkən nazir yaşlıların təhsili ilə bağlı bir sıra digər mühüm məsələlərdən, bu istiqamətdə aparılan təhlillərin nəticələrindən, həmçinin əldə olunan nailiyyətlərdən bəhs edib. Nazir çıxışında ixtisasartırma və yenidənhazırlanma təhsilinə də xüsusi toxunub, bununla bağlı Təhsil Nazirliyində görülən işlərdən ətraflı söz açıb. Çıxışının sonunda ölkəmizdə yaşlıların təhsili sisteminin təkmilləşməsi üzrə bir sıra təkliflərini diqqətə çatdıran təhsil naziri Misir Mərdanov konfransın işinə uğurlar arzulayıb. Sonra Azərbaycan Müəllimlər İnstitutunun təhsilin idarəedilməsi kafedrasının müdiri Ramiz Məmmədzadə «Azərbaycanda yaşlıların təhsilinin müasir problemləri», ADPU-nun kompüter mərkəzinin direktoru İlham Əhmədov «Distant pedaqoji təhsilin konseptual və təşkilati problemləri» mövzularında məruzələr ediblər. Təhsil nazirinin müavini İsgəndər İsgəndərov yaşlıların təhsili, distant təhsillə bağlı öz fikir və mülahizələrini söyləyib və iştirakçılara konfransın işində fəal olmağı tövsiyə edib. Plenar iclasdan sonra respublika elmi konfransı öz işini bölmələrdə davam etdirib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Protokola uyğun olaraq 2009-2010-cu tədris ilində də Rusiya ali məktəblərində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavr və mütəxəssis proqramları üzrə 100 yer ayrılıb.

Hər iki ölkənin təhsil nazilrikləri arasında mövcud olan əməkdaşlıq nəticəsində Rusiya tərəfi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini qəbul edərək azərbaycanlı gənclərin təhsil almaları üçün prioritet ixtisaslar üzrə ən nüfuzlu universitetlərin adlarını açıqlayıb. Bu ali məktəblər arasında N.E. Bauman adına Moskva Dövlət Texnologiya Universiteti, Moskva Aviasiya İnstitutu, Dövlət İdarəçilik Akademiyası, Rusiya Dövlət Turizm və Xidmət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, “Stankin” Moskva Dövlət Texnologiya Universiteti, Sankt-Peterburq Dövlət Politexnik Universiteti, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti, Kazan Dövlət Texniki Universiteti, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti və digər universitetləri qeyd etmək olar. Ayrılan kvota çərçivəsində Rusiya ali məktəblərində təhsil ödənişsizdir. Yataqxana və digər xərcələrin ödənilməsi məsələləri isə qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarına aiddir. Tələbənin illik tibbi sığortalanması məcburidir (250 ABŞ dollarından yuxarı). Tələbələr həm Rusiya, həm də Azərbaycan tərəfindən aylıq təqaüdlə təmin olunacaq və ildə bir dəfə yay tətili müddətində onların təyyarə ilə gediş-gəliş xərcləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ödəniləcəkdir. Rusiya ali məktəblərinə qəbul Təhsil Nazirliyinin müvafiq sifarişinə əsasən Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Bu günlərdə TQDK tərəfindən qəbul ilə bağlı müvafiq elan veriləcəkdir.

“Hilfsverk Avstriya Beynəlxalq” təşkilatının dəstəyi ilə Gürcüstanın Tbilisi şəhərinə təlim-təcrübə səfəri təşkil edilib.

“Hilfsverk Avstriya Beynəlxalq” təşkilatının dəstəyi ilə “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsi çərçivəsində 21-24 sentyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərinə təlim-təcrübə səfəri təşkil edilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Gürcüstanın əmək, səhiyyə və sosial işlər nazirinin müavini David Lomidze, Sosial xidmətlər şöbəsinin müdiri cənab Moris Tsamalaşvali, Sosial proqramlar şöbəsinin müdir müavini xanım Eka Saneblidze, Uşaqlar, əlilliyi olan şəxslərə və ahıllara qayğı üzrə idarənin direktoru xanım Tamar Makharaşvili, eyni zamanda Gürcüstanda de-institusionalizasiya sahəsində islahatların həyata keçirilməsi istiqamətində Gürcüstan hökumətinin əsas tərəfdaşı olan “Every Child” təşkilatının ölkə üzrə direktoru Andro Dadiani ilə görüşlər keçirilib. Görüşlər zamanı Gürcüstanın Sosial Xidmətlər Departamenti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi arasında birgə əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdirilib. Müzakirələrdə Azərbaycanın de-institusionalizasiya sahəsində təcrübəsi yüksək qiymətləndirilib, bu təcrübənin öyrənilməsi, dövlət uşaq müəssisələrində qiymətləndirilmənin keçirilməsi üçün sorğuların tərtib edilməsi və dövlət uşaq müəssisələrinin transformasiya olunması məqsədilə Gürcüstanın Sosial Xidmətlər Departamenti əməkdaşlarının Azərbaycana səfərinin təşkil olunması haqda razılığa gəlinib.

Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib.

Azərbaycanla Rusiya Federasiyası arasında təhsil sahəsində mövcud olan əlaqələrdən, səmərəli əməkdaşlıq ənənələrindən bəhs edən təhsil naziri respublikamızda rus dilinin tədrisi barədə fikirlərini bildirib. Ölkəmizin orta məktəblərində oxuyan şagirdlərin 8 faizinin rus dilində təhsil aldığını, ali məktəblərdə isə bu göstəricinin daha yüksək olduğunu nəzərə çatdıran Misir Mərdanov Azərbaycanda Rusiya Federasiyasının iki ali məktəbinin filialının fəaliyyət göstərdiyini qeyd edib. Nazir deyib ki, cari ilin fevral ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəsmi açılış mərasimində şəxsən iştirak etməsi dövlətlərarası münasibətlərimizin yüksək səviyyədə təşəkkül tapmasının və respublikamızda təhsil sahəsinin inkişafına göstərilən həssas münasibətin təzahürüdür. Son illər ərzində Azərbaycanda yeni tikilən və əsaslı təmir edilən tədris ocaqlarının sayının 3000-dən artıq olduğunu vurğulayan nazir bu baxımdan Heydər Əliyev Fondunun səmərəli fəaliyyət göstərdiyini, Azərbaycan təhsilinə layiqli töhfələr verdiyini söyləyib. Orta məktəblərdə rus dilinin tədrisi ilə bağlı məsələlərə toxunan nazir hələ keçmiş sovetlər dövründən bu sahədə bəzi nöqsanların olduğunu, onların aradan qaldırılması üçün müvafiq tədbirlərə ehtiyac duyulduğunu vurğulayıb. Müzakirələr əsnasında qərara alınıb ki, bununla bağlı gələn ayın sonlarında Azərbaycanın təhsil işçilərindən ibarət nümayəndə heyəti Rusiya Federasiyasından olan həmkarları ilə müzakirələr aparmaq üçün Moskvaya səfər etsinlər. Azərbaycanın Rusiya Federasiyası ilə tələbə və magistr mübadiləsi sahəsində də yaxından əməkdaşlıq etdiyini söyləyən Misir Mərdanov 198 rusiyalı gəncin Azərbaycan universitetlərində, 200-dən çox azərbaycanlı tələbənin isə dövlət xətti ilə Rusiya ali məktəblərində təhsil aldığını bildirib. Fəaliyyəti dövründə hər zaman təhsil sahəsinə xüsusi önəm verdiyini qeyd edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan təhsl sisteminin düzgün istiqamətdə inkişafını, tədrisin müxtəlif dillərdə aparılmasına yaradılan sərbəst şəraiti yüksək dəyərləndirib. Səfir bildirib ki, Rusiya tərəfi digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də Azərbaycanla əlaqələrin daha da yaxşılaşdırılması və əməkdaşlığın genişləndirilməsi xəttinə sadiqdir. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib, təhsil sahəsindəki əlaqələrin inkişafından razılıq ifadə olunub.

Sentyabrın 6-da "Trend" İnformasiya Agentliyində 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, "İteca Caspian" şirkətinin və "Təhsil və karyera" sərgisinin nümayəndələri iştirak ediblər. Mətbuat konfransında çıxış üçün ilk söz təhsil naziri Misir Mərdanova verilib. Nazir bildirib ki, 7-9 oktyabr tarixlərində Bakı şəhərində 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi keçiriləcək. Ənənəvi olaraq Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən sərginin təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğuna etibarlı zəmanət baxımından regionun əsas illik forumuna çevrildiyini qeyd edən təhsil naziri builki sərgidə 60-dan çox ödənişli və ödənişsiz fakültələrin, kursların, habelə ən müxtəlif ixtisaslar üzrə proqramları özündə birləşdirən 94 təhsil müəssisəsinin təqdim olunacağını diqqətə çatdırıb. Sərgidə xarici ölkələrin müxtəlif təhsil qurumları, universitetləri və kolleclərinin fəal iştirak edəcəklərini vurğulayan Misir Mərdanov  bu il ilk dəfə olaraq Ankara, İstanbul və İzmirin 15 təhsil müəssisəsini özündə birləşdirən Türk Milli Universitetlər Qrupunun da sərgiyə qoşulacağını bildirib.  Nazir onu da deyib ki, Azərbaycanın təhsil sektoru sərgidə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Diplomatik Akademiya kimi daimi iştirakçılar tərəfindən təqdim olunacaq, adı çəkilən təhsil müəssisələrinin əməkdaşları sərgiyə gələn ziyarətçiləri bakalavr və magistratura təhsili sahəsində yeni imkanlarla tanış edəcəklər. Sonda təhsil naziri Misir Mərdanov KİV nümayəndələrinin suallarını cavablandırıb.

“Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq Cənubi Koreyanın KAİST Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar Universiteti) müxtəlif ixtisaslar üzrə bakalavr pilləsində təhsil almağa göndəriləcək azərbaycanlı tələbələrin seçilməsi məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edib.

Müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsinin I və II kursunda təhsil alan, ali məktəblərə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə isə ən azı 600 bal toplayan 18 yaşı tamam olmuş tələbələr iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün iddiaçılar ərizə-əsaslandırma (2 dildə-Azərbaycan və xarici dildə), doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyindən əldə edilir), 2 ədəd tövsiyə məktubu (iddiaçının təhsil aldığı ali məktəbin professor müəllim heyəti tərəfindən verilir, ərizə formasını http://http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə etmək mümkündür), xüsusi anket forması (http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə etmək olar), ali məktəbə qəbul zamanı topladığı bal haqqında TQDK tərəfindən verilmiş arayış, tələbənin ali məktəbdə təhsil alması barədə arayışın və qiymət kitabçasından çıxarışın surətləri (notarial qaydada təsdiq olunmuş və ingilis dilində tərcüməsi ilə), tərcümeyi-hal (CV, 2 dildə-Azərbaycan və xarici dildə), 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 santımetr ölçüdə) və şəxsiyyət vəsiqəsinin surətini 10 may 2009-cu il tarixinə kimi Təhsil Nazirliyinə təqdim etməlidirlər. Müsabiqədə uğur qazanan tələbələr Koreyanın KAİST Universitetində nanotexnologiya, bio mühəndislik, mexaniki, aerokosmik və sistem mühəndisliyi, mülki və ekoloji mühəndisliyi, sənaye dizaynı, kimya və biomolekulyar mühəndisliyi, materialşünaslıq və mühəndislik, nüvə və kvant mühəndisliyi, elektrik mühəndisliyi, kompüter elmləri, sənaye və sistemlər mühəndisliyi kimi ixtisaslar üzrə təhsil almaq imkanı qazanacaqlar.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin sentyabrında 2083 müraciət daxil olub.

Müraciətlərdən 1887-si telefonla, 196-sı isə elektron poçt vasitəsilə qəbul edilib. Qeyd edək ki, müraciətlər əsasən yeni dərs ilinin başlanması ilə əlaqədar sorğu xarakterlidir. Sorğuların əksəriyyəti məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali məktəblərə qəbul, tələbələrin köçürülməsi, bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, dərs bölgüsü, şagirdlərin pulsuz dərsliklərlə təminatı, məktəbli forması və digər məsələlərlə bağlı olub. Yeni dərs ili ərəfəsində 2 özəl ali təhsil müəssisəsi tələbələrinin köçürülməsi ilə əlaqədar daha çox (600-dən artıq) müraciət qəbul olunub. Belə ki, Moskva Dövlət Açıq Universitetinin Bakı filialının ləğvi və Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) qüvvədə olma müddətinin uzadılmaması barədə Təhsil Nazirliyinin əmrlərinin icrası ilə əlaqədar daxil olan bütün sorğular müvafiq sənədlərə uyğun cavablandırılıb. Digər sorğularda isə gənc müəllimlərin təyinatla işə qə­bulu, Beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, Dövlət Proqramı üzrə xaricdə təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi qaydaları ilə bağlı məsələlərə toxunulub. Daxil olan müraciətlərin hamısı qeydə alınıb, araşdırılıb, “Qaynar xətt” xidmətinin əməkdaşları və Nazirliyin müvafiq struktur bölmələri tərəfindən cavab­lan­dı­rılıb.

Təhsil Nazirliyində Bakı və Sumqayıt şəhərlərində yerləşən və birbaşa Nazirlikdən maliyyələşən təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə birbaşa Təhsil Nazirliyindən maliyyələşən xərclərin 2009-cu il üzrə icrası, 2010-cu ilin 9 ayı üzrə icra vəziyyəti və 2011-ci ilin proqnoz göstəriciləri, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi, ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi vəziyyəti, əmək haqlarının artımı ilə bağlı qarşıda duran vəzifələr, ştat və tarifləşmə cədvəllərinin yenidən hazırlanması, rüblük və illik mühasibat hesabatlarının təqdim edilməsi, "İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli, 150 nömrəli Qərarının icrası ilə bağlı qarşıda duran vəzifələr və bir sıra digər mövzular ətrafında müzakirələr aparılıb. Seminar-müşavirəni giriş sözü ilə açan İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev tədbirin gündəliyi barədə məlumat verdikdən sonra 2009-cu ilin dövlət büdcəsi üzrə təhsil xərclərinin icrası, 2010-cu ilə dövlət büdcəsində nəzərdə tutulan təhsil xərcləri və 2011-ci ilə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri, həmçinin bir sıra göstəricilər barədə müqayisəli rəqəmləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ş.Əliyev bildirib ki, dövlət qayğısının yüksək təzahürü kimi təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə əhəmiyyətli dərəcədə artır. Sonra Şahrza Əliyev seminar-müşavirədə müzakirə edilən mövzuların hər biri barədə məlumat verərək baş mühasiblərin qarşısında duran vəzifələrdən danışıb. Seminar-müşavirədə İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun müdiri Vüqar Əsgərov birbaşa Təhsil Nazirliyindən maliyyələşdirilən xərclərin “2009-cu il üzrə icrası, 2010-cu ilin 9 ayı üzrə icra vəziyyəti və 2011-ci ilə proqnoz göstəriciləri, mövcud problemlər və qarşıda duran vəzifələr”, Mühasibat uçotu və hesabat sektorunun müdiri Fərhad Əliyev “Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi, problemlər və qarşıda duran vəzifələr”, şöbənin baş məsləhətçisi Zahid Nagıyev “Təhsil işçilərinin əmək haqlarının artımı ilə bağlı qarşıda duran vəzifələr, ştat və tarifləşmə cədvəllərinin yenidən hazırlanması ilə bağlı məsələlər”, Mühasibat uçotu və hesabat sektorunun baş məsləhətçisi Akif Hacıyev “Rüblük və illik mühasibat hesabatlarının təqdim edilməsi ilə bağlı bir sıra məsələlər, təlimatlar, izahatlar və tövsiyyələr”,  Plan-maliyyə sektorunun aparıcı məsləhətçisi Ramil Orucov “Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi işlərinin gedişatının vəziyyəti və bu sahədə görüləcək işlər” və həmin sektorun baş məsləhətçisi Kəmalə Vəliyeva isə "İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli, 150 nömrəli Qərarının icrası vəziyyəti və bununla  bağlı qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib, baş mühasibləri maraqlandıran sualları cavablandırıblar. Seminar-müşavirənin sonunda İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev müzakirə olunan mövzular üzrə bir sıra məqamlara aydınlıq gətirib, Təhsil Nazirliyi rəhbərliyinin İqtisadiyyat şöbəsinin qarşısında qoyduğu yeni tələblərdən söz açıb, bununla bağlı tabe təşkilatların baş mühasiblərinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı