• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Vakansiya seçimi başlayır

Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.    Qeyd olunan fənlər üzrə namizədlər 3 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.   Qeyd edək ki, cari ildən etibarən ilk dəfə olaraq müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. Onlar şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə biləcəklər.   Bütün müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

Avropa İttifaqının “Horizon Europe” proqramı haqqında təlim keçirilib

Yerli ali təhsil müəssisələri üçün Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Horizon Europe” elmi-tədqiqatlar qrant proqramı barədə onlayn təlim təşkil olunub. Beş təqdimatı ehtiva edən təlimin məqsədi elmi-tədqiqat qrant layihələrinə müraciət, mövcud imkanlar, Marie Skłodowska-Curie Actions (MSCA), COST və Tibb üzrə işçi proqramları barədə yerli ATM-lər və alimlər üçün lazımi informasiyanı təmin etmək və iştirakçılar arasında bu sahədə məlumat mübadiləsi və əməkdaşlığı təşviq etmək idi.  Təlimdə 20-dən çox ali təhsil müəssisəsindən 60-a yaxın nümayəndə iştirak edib.  Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təlimdə nümayiş edilən təqdimatlar   

“Quraşdırma üzrə mütəxəssis” təliminə müraciətlər qəbul edilir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Quraşdırma üzrə mütəxəssis” təliminə müraciətlərin qəbuluna başlanılıb. Təlimdə iştirak üçün orta ixtisas təhsili, peşə təhsili və ya ali təhsil alan tələbələr, eləcə də məzunlar müraciət edə bilərlər. Müraciətlər 25 avqust 2021-ci il tarixinədək bu keçid üzərindən qəbul ediləcək.   Təlim Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Azerconnect” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Seçim üçün TV və internet xidmətlərinin quraşdırılması və çəkilişi, kompüterdən ümumi istifadənin əsasları və əməliyyat sistemləri üzrə təcrübə və ya biliklərin olması üstünlük hesab edilir. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək. Təlimə seçilmiş şəxslər IP TV (internet protokol televiziyası) qutuların, istifadə olunan router və switch kimi qurğuların quraşdırılması, abonentlər üçün şəbəkə kabellərinin çəkilişi, abonentin internet və televiziya xidmətlərinə qoşulması kimi bacarıqlara yiyələnəcəklər. Təlimin nəzəri hissəsini müvəffəqiyyətlə bitirən şəxslər “Azerconnect” MMC-də təcrübə keçmək imkanı əldə edəcəklər.

“Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir

Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir. Müraciət üçün son tarix 15 avqust 2021-ci il nəzərdə tutulub.   Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək: - Ali təhsil; - Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır); - Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı; - "Microsoft Office" proqramları və internet resurslarından istifadə bacarığı; - Təşkilatçılıq bacarığı; - Komanda ilə işləmək bacarığı; - Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı; - Yaş həddi: 27 yaşdan yuxarı   Layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq. Sözügedən layihədə iştirak edərək yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı əldə edə bilərsiniz.   Namizədlər öz CV-lərini mdm@arti.edu.az e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz: https://www.arti.edu.az/.../794-quot-saristali-metodist...   Bundan əlavə, müraciət edərkən aşağıdakı formanı doldurmağınız tələb olunur. https://cutt.ly/ymDZwW6

V qrant müsabiqəsinin nəticələri

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələri açıqlanıb. Müsabiqəyə “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 230, “Fərdi kateqoriya” üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında “Ümumi təhsil kateqoriya”sı üzrə 47, “Fərdi kateqoriya üzrə” 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb. “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində qrant qazanan layihələrin siyahısı ilə aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz. Fərdi kateqoriya Ümumi təhsil müəssisəsi kateqoriyası Müsabiqə nəticələrindən narazı qalan müraciətçilər 16 avqust 2021-ci il saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına ad-soyad, əlaqə nömrəsi,  təqdim etdikləri layihənin adı, kateqoriyası və nominasiyasını göndərərək apellyasiya müraciəti edə bilərlər. Qeyd edək ki, 2 avqust saat 15:00-da “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələrinə həsr olunmuş vebinar keçiriləcək. Vebinarı Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.   

MİQ imtahanlarının 19-cu günü

Avqustun 2-də müəllimlərin işə qəbulu üzrə növbəti test imtahanı keçirilir.    İmtahanların 19-cu günündə tarix fənni üzrə müəllim olmaq istəyən namizədlər iştirak edirlər.    İmtahanlarda 3236 namizədin iştirakı gözlənilir.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib. Təltifetmə mərasimində Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun rəhbər heyəti, Agentliklə qarşılıqlı əməkdaşlıq edən bir sıra müəssisə rəhbərləri və sahibkarlar, o cümlədən imtahan prosesinə cəlb olunan ekspertlər və ərizəçilər iştirak edib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.  Giriş nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yeni təhsil sistemində peşə təhsilinin inkişaf etdirilməsini prioritet istiqamət kimi müəyyən etməsini xüsusi vurğulayıb və TKTA-nın qeyri-formal və informal təhsilin qiymətləndirilməsi, tanınması sahəsində cari il ərzində gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.  Tədbirdə həmçinin Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli də çıxış edərək formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini, gələcəkdə də bu sahə istiqamətində hər iki qurumun qarşılıqlı fəaliyyət göstərəcəklərini  qeyd edib.  Daha sonra qeyri-formal və informal təhsilin tanıdılması məqsədilə hazırlanmış xüsusi videoçarx tədbir iştirakçılarına təqdim edilib. Mərasimdə “Plastik boru qaynaqçısı”, ”Qənnadçı-şirniyyatçı” və “Mobil telefonların təmiri ustası” ixtisasları üzrə 11 ərizəçiyə diplom, 13 nəfər ərizəçiyə isə müxtəlif modullar üzrə sertifikatlar təqdim edilib.  Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması istiqamətində TKTA ilə əməkdaşlıq edən müəssisə rəhbərləri və sahibkarlara təşəkkürnamələr təqdim olunub, tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.

Xaricdə təhsil almış bir qrup məzun Ağdama yollanıb

İyulun 31-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və “Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub.    Səfərdə 71 nəfər Dövlət Proqramı və HTP məzunu iştirak edib. Sözügedən məzunlar dünyanın 17 ölkəsinin (ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Belçika, Çexiya, Çin, İsveç, İsveçrə, İtaliya, Kanada, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rusiya, Türkiyə) 60-a yaxın nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas və təhsil səviyyələri üzrə təhsil alıb. Onlar hazırda Azərbaycanda müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə rəhbər və aparıcı mövqelərdə çalışırlar.    Səfər çərçivəsində Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət təşkil edilib. Məzunlar tərəfindən Ağdam Dövlət Dram Teatrı qarşısında milli folklor nümunələrindən “Sarı gəlin”, “Heyratı Azərbaycan” eyni zamanda “Rast fraqmenti Niyazi”, “Vivaldi-summer” ifa olunub. Bununla yanaşı, səfər zamanı Ağdamın Baş Planı ilə tanışlıq olub.     Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı məzunlara təqdim edilib.   Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbəsi Gülşən Baxşəliyeva tərəfindən çəkilmiş və 44 günlük müharibənin xüsusi elementlərini özündə ehtiva edən incəsənət əsəri yerli və əcnəbi vətəndaşların baxışı üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim olunub.   Məzunların işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri, 44 günlük Vətən müharibəsindəki zəfərlə bağlı təəssüratları dinlənilib.    Sonda xatirə şəkili çəkdirilib.   Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı dövlət hesabına xaricdə təhsil almış gənclər tibb sahəsində müharibədən zərər çəkmiş hərbiçilərimizə səhiyyə xidmətinin göstərilməsində, həmçinin sosial media hesablarında, ictimai və diplomatik platformalarda ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırılmasında öz töhfələrini veriblər.     

Təkrar imtahanların keçiriləcəyi tarix açıqlandı

2021-2022-ci tədris ili üçün müəllimlərin işi qəbulu müsabiqəsi üzrə keçiriləcək təkrar test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.    Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.    Avqustun 3-də Azərbaycan dili və ədəbiyyat, avqustun 4-də isə ibtidai sinif üzrə imtahanların təşkili nəzərdə tutulub.   Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.    İmtahan iştirakçılarına uğurlar arzulayırıq!

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin I yarımil üzrə hesabatı

Təhsildə Keyfiyyət Təminatı Agentliyi cari ilin yanvar ayından iyul ayınadək fəaliyyət istiqamətləri üzrə altı aylıq hesabatı ictimaiyyətə təqdim edib.   Hesabatda I yarımil ərzində təhsil müəssisələrinin akkreditasiyası, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil edilməsi və məktəb inspeksiyası layihəsi üzrə həyata keçirilən tədbirlər və görülən işlər barədə informativ və statistik məlumatlar qeyd olunub.    Hesabatla daha ətraflı tanış olmaq üçün qeyd olunan keçiddən istifadə edə bilərsiniz.   Qeyd edək  ki, Agentlik Azerbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi sahəsində peşəkar və mütəxəssis qurumdur.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı