• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 30 iyul

"Zəfər” düşərgəsinin bağlanış mərasimi keçirilib

İyulun 30-da Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba STEAM Mərkəzində keçirilən “Zəfər” düşərgəsinin bağlanış mərasimi baş tutub.   Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    Çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiyasının (AGMA) rəhbəri Rüfət Əsədzadə və  "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova iştirakçıların düşərgə çərçivəsində faydalı biliklərə yiyələndiklərini vurğulayıblar və onlara uğurlar arzulayıblar.    Daha sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.    Mərasimdə Bakı Dövlət Sirkinin bədii heyəti uşaqlar üçün əyləncəli proqramla çıxış ediblər.    Mərasim konsert proqramı ilə davam etdirilib.    Qeyd edək ki, iyulun 25-dən start verilən “Zəfər” düşərgəsinə 74 şəhid övladı qatılıb. İştirakçılar bu müddət ərzində STEAM Mərkəzində faydalı və müasir biliklərə yiyələnərək əyləncəli vaxt keçiriblər. 

Təhsil naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

İyulun 30-da təhsil naziri Emin Əmrullayev Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüşdə Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, həmçinin mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

“ZƏFƏR” düşərgəsi

Quba STEAM Mərkəzində ŞƏHİD övladları üçün təşkil edilən “ZƏFƏR” düşərgəsində bir gün   İyulun 25-dən ölkəmizdə fərqli və maraqlı layihəyə start verilib. Vətən müharibəsində qazanılan zəfərdə payı olan şəhidlərin yadigar qoyduğu övladları üçün Qubada maraqlı, rəngarəng, əyləncəli yay tətili təşkil edilib. 71 şəhid balası üçün düşərgə salınıb, adına da “Zəfər” düşərgəsi deyiblər.   Müxtəlif yaş qrupunda olan 71 uşaq 8-9 və 10 nəfərlik qruplarda birləşib. Düşərgə 2 alt qrupa bölünüb. Birinci və ikinci alt düşərgələrin hər birində 4 kiçik qrup fəaliyyət göstərir.  Hər qrupda rəhbər və onun köməkçiləri uşaqlarla iş qurur.   STEAM dərsləri   Proqramın əsas hissəsi STEAM təlimləri üzərində qurulub. Uşaqlar 3D dizaynı tərtib edir, layihələrini 3D printerlərdə çap edir, kiçik mühəndislər olaraq layihələr işləyib hazırlayırlar. Mikrobitdə kodlaşdırma və alqoritmlər üzərindən əmrlər verir, onu praktiki olaraq reallaşdırırlar.   Fəaliyyətlərdə öyrənmə istiqaməti   Hər gün 8 əsas mövzu üzrə hər biri 90 dəqiqəlik təlimlər keçirilir.  3D dizayn, mikrobit, kodlaşdırma, həmçinin kapoero, dağçılıq, aykido, xilasedicilik, ilk tibbi yardım, kinoloq və çölçülük üzrə təlimlərə qatılan uşaqlar həyati bilik və bacarıqları əldə edirlər. Edərək öyrənmək prinsipi ilə qurulan bu təlimlərə məktəblilər böyük maraq göstərirlər.   Düşərgədə axşam əyləncəsi   Hər gün Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşlarının iştirakı ilə uşaqların axşam proqramı hazırlanır. Rəqs, musiqi, şən və hazırcavablar klubu qurulur, axşam əyləncəsi başlayır.   “İşimizi sorğu əsasında qurduq”   Uşaqların buradakı günü xüsusi təhlilə əsaslanaraq planlaşdırılıb. Düşərgə rəhbəri Hüseyn Hüseynovun sözlərinə görə, düşərgə fəaliyyətə başlamadan öncə sorğu keçirilib: “İşimizi həmin sorğu əsasında qurduq. Düşərgə başa çatdıqdan sonra yenidən sorğu keçirəcək, nəticələri təhlil ediləcək”.   Hüseyn Hüseynov düşərgədə fəaliyyət göstərən hər əməkdaşın xüsusi seçildiyini, proqramların təhlil və araşdırmalara əsaslanaraq hazırlandığını vurğulayıb: “Düşərgənin fəaliyyətini planlaşdırmaq üçün ikigünlük hazırlıq görüşü keçirdik. Görüşün nəticəsindən asılı olaraq, uşaqların vaxtının səmərəli təşkil edilməsi, düşərgənin düzgün idarə olunmasını təmin etmək məqsədi ilə simulyativ seminar keçirildi. 7 gün ərzində uşaqlarla işləyəcək 32 nəfərdən ibarət təlimçi heyət yaradıldı. Təlimçilər bir ay əvvəldən müəyyən edilib, onların proqram və metodları razılaşdırılmışdı”.   49 nəfər işçi heyət - düşərgə rəhbəri, alt-düşərgə rəhbərləri, qrup rəhbərləri, proqram rəhbəri, könüllülər, psixoloqlar, çəkiliş qrupu, polis, həkim və əlavə olaraq 31 nəfər təlimçi uşaqların günlərinin maraqlı keçməsi üçün əlindən gələni edib: “Təyin edilən hər proqramda intellektual, psixoloji, fiziki, emosional məqamlar nəzərə alınıb, maraqlı əyləncəli öyrədici proqram hazırlanmasına çalışılıb”.    Hüseyn Hüseynov deyib ki, şəhid övladları çox həssas qrup olduğundan onlarla işə xüsusi önəm verirlər: “Onların dəstəyə ehtiyacı yaranır. Düşərgədə dincələn 71 uşaqla 2 psixoloq qrupu işləyir. Psixoloqlar həm fərdi söhbətlər aparır, həm də qrup görüşləri keçirir”.   “Nəticə ürəyimizcədir”   Beləliklə, aralarında beynəlxalq səviyyəli təlimçilərin də olduğu heyət uşaqların sevgisini qazanıb. Uşaqların sevimli təlimçilərindən biri Ebru sənəti üzrə təlimçi, Mübariz İbrahimov adına liseyin baş müəllimi Ruslan Həsənov olub. Təlimçi uşaqların Ebru sənətinə xüsusilə maraq göstərdyini deyir. Bu sənətə qarşı uşaqlarda maraq yaratmaq elə də çətin olmayıb: “Düşərgə iştirakçılarına Ebru sənətinin vətənlərindən birinin də məhz bizim ölkəmiz olduğunu dedim. Tarixi mənbələrdə bu barədə kifayət qədər məlumat verilib. Qədim sənətlərimizdən biri olması faktı uşaqların diqqətini daha çox cəlb etdi”.   Beləcə, Ruslan müəllimin bələdçiliyi ilə uşaqlar təxəyyülündə canlandırdığı dünyanı rənglərdən uğurla istifadə edərək su üzünə çıxardıblar. Əldə etdikləri nəticədən özləri də heyrətləniblər: “Bunu uşaqlar özləri də gözləmirdilər. Hətta işləyə biləcəklərinə şübhə ilə yanaşırdılar. Ancaq sonradan sənətə də, öz bacarıqlarına da münasibətləri dəyişdi. Ebru sənətinin texnologiyasını belə uşaqlara oyunlar və başqa yollarla öyrədə bildik. Uşaqlar Ebru suyunun kitrədən necə hazırlanması, rənglərin öd ilə emal olunması, fırçaların texnologiyasına qədər hər şeylə maraqlandılar.Təlim nəticəsində bu sənətə aid bir çox məlumat öyrəndilər, çox gözəl işlər ortaya çıxartdılar və həmin işlər şagirdlərimizə hədiyyə edildi”.   Ruslan müəllim deyir burada olmaq nəinki uşaqlar, elə təlimçilər üçün də maraqlı təcrübə olub: “Ebru sənəti üzrə təlim keçməyə dəvət alanda çox qürurlandım və həvəslə bu dəvətə müsbət cavab verdim. Təlimlər uşaqlarda yaradıcı qabiliyyətlərinin, incəsənətin ayrı-ayrı sahələri üzrə bacarıqlarının üzə çıxarılmasına xidmət edir. Əldə etdiyimiz nəticə ürəyimizcədir”.   “Uşaqların vaxtı çox maraqlı keçir”       Səlmi Vəliyeva 8 şagirddən ibarət qrupun rəhbəridir: “İlk gün bir az darıxdılar, adaptasiya oluna bilmədilər. Ayrı-ayrı ailədə böyüyən uşaqlar üçün ailəsindən uzaqda keçirdiyi ilk gün asan olmadı. İkinci gündən isə artıq hər şey qaydasına düşdü. Çox maraqlı fəaliyyətlərimiz var. Fəaliyyətlərdən əlavə maraqlı praktiki məşğələlər, əyləncəli oyunlar keçirir, uşaqların vaxtının səmərəli keçməsini təmin edirik. Müşahidələrimə görə, uşaqların vaxtı burada çox maraqlı keçir. Əminəm ki, düşərgədən ayrıldıqdan sonra da biri-biriləri üçün darıxacaq, buradakı günləri həyatlarının ən maraqlı günləri olaraq ömürlük xatırlayacaqlar”.   Qubaya ekskursiya   Uşaqlar günlərini, sadəcə düşərgədə keçirməyiblər. Onlar düşərgənin yerləşdiyi Quba rayonunun görməli yerlərinə də baş çəkiblər. Uşaqların günlərinin biri-birindən fərqlənməsi, rəngarəngliyinin təmin edilməsi məqsədilə Quba rayonu ərazisində yerləşən tarixi yerlərə ekskursiyalar təşkil edilib. Məsələn, Quba rayon Tarix Diyarşünaslıq Muzeyinə gedib, “Soyqırım” memorial kompleksini ziyarət edib, şəhər gəzintilərində olublar.   Düşərgənin qonaqları   Düşərgənin hər gün qonağı olur. Müxtəlif sahələrin nüfuzlu, tanınan nümayəndələri düşərgəyə baş çəkir, uşaqlarla görüşür. Müğənni Tünzalə Ağayeva, Vətən müharibəsi iştirakçısı, topçu Vüsal Məmmədovla görüş uşaqlar üçün çox maraqlı olub. Təhsil naziri Emin Əmrullayev də düşərgənin ən çox gözlənən, gəlişi maraqla qarşılanan qonaqlarından idi. Təhsil naziri düşərgədə uşaqların birgünlük fəaliyyəti ilə tanışlıqdan sonra onlarla yaxından ünsiyyətdə olub.   Düşərgədə olan hər qonaq uşaqların düşərgə xatirələrini zənginləşdirməklə yanaşı, həm də yeni mühitə adaptasiyalarını sürətləndirib. Hər görüş uşaqların xatirəsində iz qoyub.   Onlar bu istirahətdən razı qalıb   Quba STEAM Mərkəzində salınan düşərgə artıq yekunlaşmaq üzrədir. Uşaqlar Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilən düşərgədən razı qalıbmı? Gedəndən sonra buradakı günlərini necə xatırlayacaqlar?   “Burada imkan vermirlər ki, ürəyimiz sıxılsın”   “Zəfər” düşərgəsinin iştirakçısı Süleyman Musayev şəhid polkovnik-leytenant Sədi Musayevin oğludur. O, düşərgədəki günlərindən belə danışır: “Düşərgədə günə himnimizi oxuyaraq başlayırıq. Qubada çox gözəl hava var. Səhər duranda təmiz havanı içimizə çəkir, bu havadan zövq alırıq. Qrup rəhbərlərimiz bizim çox əyləncəli, rəngarəng vaxt keçirməyimiz üçün əllərindən gələni edirlər. Burada imkan vermirlər ki, bizim ürəyimiz sıxılsın”.   Burda olduğu müddətdə Süleymanın dostlarının da sayı artıb: “Düşərgədə mənimlə birgə dincələn 70 nəfərin hər biri ilə yaxşı münasibət qurdum. Aralarında dostlaşdıqlarım da çoxdur. Düşünürəm ki, onlarla dostluğum biz böyüyəndən sonra da davam edəcək”.   Böyüyəndən sonrakı dönəm üçün, sadəcə dostluq münasibətləri yox, başqa qərarlar da verib. Belə ki, o, Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi xilasedici təlimlərinə qatılıb və gələcəkdə xilasedici olmağa qərar verib.   “Hər maraqlı məlumat mənim üçün qiymətlidir”     Aysun Ağazadə şəhid mayor Ramil Ağayevin qızıdır. “Zəfər” düşərgəsində maraqlı və əyləncəli günlər keçirdiyini deyir: “Ebru, kapoera, ilk tibbi yardım və s. fəaliyyətlərinə qatıldıq, milli rəqsləri öyrəndik. STEAM-da 3D rəsmləri hazırladıq, ekskursiyaya getdik. Ekskursiya zamanı Qubanın tarixi ilə bağlı mənim üçün çox maraqlı olan məlumatlar əldə etdim. Bütün bunları öyrənmək maraqlı oldu. Hər maraqlı məlumat mənim üçün qiymətlidir”.   Aysun da burada qurduğu dostluq münasibətlərindən çox razıdır: “Burada qazandığım və mənim üçün dəyərli olan dostlarım var ki, onlarla gələcəkdə də əlaqələrmi davam etdirməyi düşünürəm”. "Azərbaycan müəllimi" qəzeti

Birincilərin birincisi

Uğur qazanan gənclərimizi tanıyaq     Başa vurduğumuz tədris ili müəyyən çətinliklərinə baxmayaraq ölkəmizin təhsil sistemində bir sıra uğurlarla yadda qaldı. Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqların aşkara çıxarılması, bilik və bacarıqlarının stimullaşdırılması, onlarda elmi tədqiqatçılıq səriştələri və yaradıcılığın inkişaf etdirilməsi istiqamətində  məqsədyönlü tədbirlərin təşkili nəticəsində şagirdlərimiz bir sıra beynəlxalq əhəmiyyətli  olimpiadalarda uğurlar qazanaraq  öz layiqli töhfələrini  veriblər.  Cari tədris ili  həm də Respublika fənn olimpiadalarının qalibləri olan 8 istedadlı gənc - “Birincilərin birincisi”  adına layiq görülən şagirdlərimiz üçün də yaddaqalan olub. Öz uğurları ilə diqqətçəkən gənclərimizi oxuculara təqdim edirik.   “Uğurun sirri daim optimist olmaq və çalışmaqdır”     Ranal  Qurbanov, Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbin şagirdi: - 2  may 2004-ci ildə  Lənkəran şəhərində anadan olub. 2010-cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 1-ci sinfinə gedib. Daha sonra təhsilini  Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə davam etdirib  və həmin məktəbi bitirib. 2019-cı ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə  3-cü yerə və bürünc medala layiq  görülüb.   2020-ci ildə  31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş, 2021-ci ildə isə 32-ci Beynəlxalq Biologiya Olimpiadasında  qızıl medallara sahib olub. 2021-ci ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə I yerə layiq görülüb və qızıl medal qazanıb. “ Birincilərin birincisi” adını qazandığı  üçün Fəxri fərmanla təltif olunub.    Ranal Qurbanov 2021-ci ildə FLEX təqaüd proqramında iştirak edib və ABŞ-da təhsilini davam etməyə dəvət alıb. 2021-ci  ilin may ayında SAT proqramı üzrə imtahan verərək 1600 baldan 1530 bal yığıb. Arzusu həkim olmaqdır. Kitabları və mütaliəni çox sevir. Həmyaşıdlarına tövsiyəsi zamanlarını düzgün planlamaları, faydalı keçirmələri, fəal həyat tərzi sürmələridir. Onun üçün uğurun sirri daim optimist olmaq və çalışmaqdır. “KAIST Universitetində təhsil almağı planlaşdırıram”     Xanım Yaqublu, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi: -  Respublika fənn olimpiadalarında 4 dəfə iştirak edib, 3 dəfə qızıl medal qazanıb. İştirak etdiyi 7 Beynəlxalq olimpiadada  5 gümüş, 2 bürünc medala layiq görülüb.     - Respublika fənn olimpiadaları final mərhələsi beynəlxalq olimpiada formatında keçirilən və hər mərhələsində getdikcə daha maraqlı və çətin olan  müsabiqədir. Bu müsabiqənin Beynəlxalq olimpiada nailiyyətlərimi qazanmağımda böyük rolu olduğunu deyə bilərəm. Final mərhələdə açıq sualların yoxlanılmasında və qaliblərin seçilməsində xüsusi diqqət göstərdikləri, dördüncü dəfə bu olimpiadada iştirakıma şərait yaratdıqları üçün münsiflər heyətində təmsil olunan bütün müəllimlərə təşəkkür etmək istərdim. Cənubi Koreyanın KAIST Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil almağı planlaşdırıram. “Qalib hissini yaşamaq çox qürurvericidir”     Yunis Əliyev, Mingəçevir şəhər Ruslan Muradov adına Texniki-humanitar liseyin şagirdi: - 2004-cü il iyulun 6-da  Mingəçevir şəhərində anadan olub. 2010-cu ildə Mingəçevir şəhər Ruslan Muradov adına Texniki-humanitar liseyin 1-ci sinfinə daxil olub. Bu il həmin məktəbi əla qiymətlərlə  bitirib.   - 2019-cu ildən başlayaraq Respublika fənn olimpiadalarında iştirak edirəm. 2 dəfə fənn olimpiadalarının finalçısı  olmuşam. Bu il isə tarix fənni üzrə respublikada  ən yüksək nəticəni əldə edərək “Birincilərin birincisi” adına layiq görülmüşəm. Təəssüratlarıma gəldikdə isə, həqiqətən, qalib hissini yaşamaq çox qürurvericidir. Məncə, bu uğuru əldə etmək üçün çox çalışmaq, əzmkar,  ən əsası inadkar olmaq lazımdır. Hədəfim yüksək balla istədiyim ixtisasa daxil olmaqdır. Üzərimdə əməyi olan bütün müəllimlərimə təşəkkür edirəm. “Ailəmə, müəllimlərimə minnətdaram”     Nazim Çələbiyev, İ.Hacıyev adına”Tərəqqi” texniki-humanitar liseyin şagirdi: - 6 fevral 2004-cü ildə Mingəçevir şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri 159 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2021-ci ildə  İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi qızıl nişanla bitirib. “Fövqəladə hadisə şagirdlərin gözü ilə”  mövzusunda keçirilən inşa-yazı müsabiqəsində 1-ci yerə layiq görülüb.  2021-ci il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanında 285.3 bal toplayıb. Builki Respublika fənn olimpiadalarında  Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yeri tutaraq  “Birincilərin birincisi” nominasiyasını qazanıb.   -  Düşünürəm ki, ənənəvi olaraq hər il keçirilən Respublika fənn olimpiadaları şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirməsinə şərait, öz biliklərini artırmağa stimul yaradır. Mən təhsilə verilən dəyəri, diqqəti, qayğını  gördükcə daha da həvəslənirəm. Təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz təşəkkürümü bildirirəm.   Məqsədim öz peşəsinə dərindən yiyələnmiş bir hüquqşünas olmaqdır. Qazandığım uğurlara görə ailəmə, müəllimlərimə minnətdaram. “İkinci dəfə “Birincilərin birincisi”  oldum”     Əziz Hüseynov, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin şagirdi: - 2004-cü il oktyabrın 12-də Gəncə şəhərində anadan olub. İlk təhsilinə 2010-cu ildə Gəncə şəhəri M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə başlayıb. 2016-cı,  2017-ci və 2018-ci illərdə  informatika üzrə Respublika fənn olimpiadalarında iştirak edib və qızıl medal qazanıb. ABŞ-da keçirilən “Genius Olympiad”da robototexnika üzrə qızıl medala layiq görülüb. 2019-cu ildə Sloveniyada keçirilən Avropa yeniyetmələrin informatika olimpiadasından respublikamıza ilk gümüş medal gətirib.  Həmin ilin noyabrında Bolqarıstanda keçirilən informatika olimpiadasında  gümüş, 2020-ci ilin yanvarında Qazaxıstanda keçirilən Beynəlxalq Jautikov Olimpiadasında bürünc medallara layiq görülüb. 2020-ci ildə  informatika  üzrə Respublika fənn olimpiadalarında  yenidən qızıl medal qazanaraq “Birincilərin birincisi” olub. Elə həmin ildə də Beynəlxalq İnformatika Olimpiadasında (İOİ) son 9 ildə, uzun aradan sonra ölkəmizə bürünc medal qazandırıb.    Ə.Hüseynov 2021-ci ildə Sinqapurda onlayn keçirilən Beynəlxalq İnformatika Olimpiadasında iştirak edərək bürünc  medal qazanıb və adıçəkilən olimpiadada iki dəfə medal qazanan ilk azərbaycanlı olub.    -  Builki fənn olimpiadası məsələlərin çətinliyinə görə çox gərgin keçdi, mümkün 500 baldan 399 bal toplayaraq qızıl medal qazandım və ikinci dəfə “Birincilərin birincisi” nominasiyasının qalibi oldum. Qalibləri təhsil naziri Emin Əmrullayev təbrik və təltif etdi. Onu da deyim ki, bu nailiyyətlərim ilə Cənubi Koreyanın KAIST Universitetinə tam təqaüd ilə qəbul olmuşam. “Gələcək hədəfim peşəkar mütəxəssis olmaqdır”   Murad Xəlilli, Bakı şəhər 244 nömrəli tam orta məktəbin şagirdi: - 23 may 2004-cü ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Əsəd Ələskərov adına 244 nömrəli tam orta məktəbi qızıl nişanla başa vurub. “Əlaçı”, “Xəmsə” intellektual oyunların qalibi olub.   - Şübhəsiz ki, təhsilim dövründə uğurlarım arasında mənim üçün xüsusi əhəmiyyətə malik olanlardan biri Respublika fənn olimpiadaları olub. Uşaqlıqdan coğrafiyaya olan xüsusi marağım sayəsində təhsil aldığım müddətdə fənn biliklərimi daha da təkmilləşdirə bildim. X sinifdə coğrafiya fənni üzrə olimpiadaya qatıldım və bürünc medal qazandım. Bu il daha çox çalışaraq qızıl medal qazanmağa nail oldum, həmçinin “Birincilərin birincisi” nominasiyasına layiq görüldüm. Məktəbimin, valideynlərimin, fənni dərindən öyrənməyimə kömək olan müəllimim Xəyalə xanımın,  BŞTİ-nin təşkil etdiyi “İstedad qazandır” layihəsi çərçivəsində dəstəyini əsirgəməyən Eldəniz müəllimin ümidlərini doğrultduğum üçün çox sevindim. Bu 2 il ərzində iştirakçılara xüsusi şəraitin yaradılmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Builki müəyyən çətinliklərə baxmayaraq olimpiadanın bütün mərhələlərinin qüsursuz keçdiyini deyə bilərəm.   Gələcək hədəfim müvafiq sahələr üzrə peşəkar mütəxəssis olmaqdır. Burada əldə etdiyim təcrübələrin hədəfimə çatmaqda müəyyən rol oynayacağına inanıram. “Olimpiada əla təşkil olunmuşdu”     Ayhan Süleymanzadə, Türkiyə Dəyanət Vəqfi Baki Türk liseyinin şagirdi: - 14 iyul 2004-cü ildə Bakıda anadan olub. Paytaxtdakı 82 nömrəli tam orta məktəbə gedib. Daha sonra orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində davam etdirib. Ayhan bir sıra  beynəlxalq olimpiadalarda iştirak edib, uğurlar qazanıb. Sonuncu dəfə 17-24 iyul 2021-ci il tarixlərində Litvada keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medala layiq görülüb.   -  VIII sinifdən başlayaraq Respublika fənn olimpiadalarında iştirak edirəm. Son 4 il ərzində fənn olimpiadalarında  2 qızıl, 1 gümüş,1 bürünc medal qazanmışam. Builki olimpiadada qızıl medalla yanaşı “Birincilərin birincisi”  nominasiyasının qalibi olmuşam. Əvvəlki illərdə olduğu kimi, bu il də olimpiada əla təşkil olunmuşdu, münsiflər heyəti çox ədalətli idi. Hədəflərimə gəlincə, ali təhsilimi Cənubi  Koreyanın KAIST Universitetində davam etdirəcəyəm. 14 medallı istedad     Toğrul Abbasov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi: - 2005-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Bir sıra nüfuzlu beynəlxalq olimpidalarda ölkəmizi uğurla təmsil edib.   - Respublika fənn olimpiadalarına hazırlıqla VII  sinifdən məşğul olmağa başlamışam. Yerli olimpiadalarda 2 qızıl, 1 gümüş medal qazanmışam. Beynəlxalq olimpiadalarda 3 qızıl, 3 gümüş, 4 bürünc medala layiq görülmüşəm. Cari ilin 14-24 iyul tarixlərində isə  62-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında bütünc medal qazandım. Təhsil Nazirliyi tərəfindən Respublika fənn olimpiadalarının təşkil olunması istedadlı, bacarıqlı şagirdlərin aşkar olunmasında mühüm rol oynayır. Hədəfim gələcəkdə ən prestijli universitetlərin birində təhsilimi davam etdirməkdir.   "Azərbaycan müəllimi" qəzeti

Tarix və coğrafiyadan imtahan keçirilir

İyulun 30-da müəllimlərin işə qəbulu imtahanları davam edir.    Bu gün müsabiqənin test imtahanı mərhələsində tarix və coğrafiya fənləri üzrə müəllim olmaq istəyən namizədlər iştirak edirlər.  İmtahanlarda 3063 namizədin iştirakı gözlənilir.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 29 iyul

Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin qızı Ləman 'Zəfər' düşərgəsində oynadığı rəqsi atasına həsr etdi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günləri keçirilir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günlərinə start verilib. “Açıq qapı” günlərinin 28-30 iyul tarixlərində təşkili nəzərdə tutulub.    Tədbir çərçivəsində iştirakçılar Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olur, master klasslarda iştirak edir, aşpaz, qənnadçı-şirniyyatçı, dülgər, qaynaqçı, tikişçi, xalçaçı və digər ixtisaslar üzrə kadr hazırlığı şəraiti ilə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər. “Açıq qapı” günləri çərçivəsində Mərkəzə infoturlar təşkil olunur, emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi və tədbirin xüsusi qonaqları ilə tanışlıq və işəgötürən təşkilatların mütəxəssisləri tərəfindən təqdimatlar həyata keçirilir.   Tədbir iştirakçılarına peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin mühüm bir addım olduğu, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilməkdədir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları tərəfindən infoturlarda iştirak edən ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinə peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında məsləhət və tövsiyələr verilir və uğur hekayələri paylaşılır. Qeyd edək ki, tədbir mövcud karantin qaydalarına əməl olunmaqla təşkil olunur.   

Uşaqlar üçün açıq havada məşğələ, ekskursiya və ustad dərsləri davam edir

Təhsil Nazirliyinin dəstəyi, NARGIS Nəşriyyat Evi və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 5-14 yaş arası uşaqlar üçün “Make the Earth Smile” (“Yer kürəsində təbəssüm yaradın”) adlı açıq dərslər, interaktiv görüşlər, açıq havada məşğələ, ekskursiyalar və ustad dərsləri proqramının təşkilinə başlanılıb.   Proqram çərçivəsində uşaqlara tullantıların düzgün atılması, təkrar emal edilə bilməyən materialların zərərləri və tullantılardan sənət əsərləri yaratmaq barədə məlumat verilir. Proqram 23 iyul - 27 avqust tarixlərində  cümə günləri saat 17.00-19.00-da NARGIS jurnalının Dənizkənarı Milli Parkdakı sərgisində keçirilir.   Tədbirin proqramına mütəxəssislərlə görüşlər, israf problemi barədə uşaq qrupları ilə müzakirə, komanda debatları, həmçinin, açıq havada komanda interaktiv oyunları, NARGIS jurnalının sərgisinə ziyarət, heykəltəraş və rəssamların əsərlərinin müzakirəsi, "Əşyaların ikinci həyatı" oyun-ev tapşırığı və “Yaradıcı Mən" dizaynerlə master-klass daxildir.   Sərgidə təqdim olunan 15 instalyasiya arasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə NARGIS Nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsinin qalibi Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin Portreti" paneli də yer alır.    Məktəblilərin bu cür sərgilərdə iştirakı onlarda təbiəti qoruma şüurunun formalaşdırılması və ekoloji tərbiyənin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı