• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xaricdə təhsil almış bir qrup məzun Ağdama yollanıb

İyulun 31-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və “Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub. 

 

Səfərdə 71 nəfər Dövlət Proqramı və HTP məzunu iştirak edib. Sözügedən məzunlar dünyanın 17 ölkəsinin (ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Belçika, Çexiya, Çin, İsveç, İsveçrə, İtaliya, Kanada, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rusiya, Türkiyə) 60-a yaxın nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas və təhsil səviyyələri üzrə təhsil alıb. Onlar hazırda Azərbaycanda müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə rəhbər və aparıcı mövqelərdə çalışırlar. 

 

Səfər çərçivəsində Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət təşkil edilib. Məzunlar tərəfindən Ağdam Dövlət Dram Teatrı qarşısında milli folklor nümunələrindən “Sarı gəlin”, “Heyratı Azərbaycan” eyni zamanda “Rast fraqmenti Niyazi”, “Vivaldi-summer” ifa olunub. Bununla yanaşı, səfər zamanı Ağdamın Baş Planı ilə tanışlıq olub.  

 

Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı məzunlara təqdim edilib.

 

Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbəsi Gülşən Baxşəliyeva tərəfindən çəkilmiş və 44 günlük müharibənin xüsusi elementlərini özündə ehtiva edən incəsənət əsəri yerli və əcnəbi vətəndaşların baxışı üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim olunub.

 

Məzunların işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri, 44 günlük Vətən müharibəsindəki zəfərlə bağlı təəssüratları dinlənilib. 

 

Sonda xatirə şəkili çəkdirilib.

 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı dövlət hesabına xaricdə təhsil almış gənclər tibb sahəsində müharibədən zərər çəkmiş hərbiçilərimizə səhiyyə xidmətinin göstərilməsində, həmçinin sosial media hesablarında, ictimai və diplomatik platformalarda ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırılmasında öz töhfələrini veriblər. 
 

 


3 il əvvəl