• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Quraşdırma üzrə mütəxəssis” təliminə müraciətlər qəbul edilir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Quraşdırma üzrə mütəxəssis” təliminə müraciətlərin qəbuluna başlanılıb. Təlimdə iştirak üçün orta ixtisas təhsili, peşə təhsili və ya ali təhsil alan tələbələr, eləcə də məzunlar müraciət edə bilərlər. Müraciətlər 25 avqust 2021-ci il tarixinədək bu keçid üzərindən qəbul ediləcək.

 

Təlim Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Azerconnect” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Seçim üçün TV və internet xidmətlərinin quraşdırılması və çəkilişi, kompüterdən ümumi istifadənin əsasları və əməliyyat sistemləri üzrə təcrübə və ya biliklərin olması üstünlük hesab edilir. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək. Təlimə seçilmiş şəxslər IP TV (internet protokol televiziyası) qutuların, istifadə olunan router və switch kimi qurğuların quraşdırılması, abonentlər üçün şəbəkə kabellərinin çəkilişi, abonentin internet və televiziya xidmətlərinə qoşulması kimi bacarıqlara yiyələnəcəklər. Təlimin nəzəri hissəsini müvəffəqiyyətlə bitirən şəxslər “Azerconnect” MMC-də təcrübə keçmək imkanı əldə edəcəklər.


3 il əvvəl