• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Avqustun 4-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.   Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər  Cəfərov, tanınmış ictimaiyyət və KİV  nümayəndələrinin iştirakı ilə baş tutan mediatur zamanı ibtidai sinif müəllimliyi üzrə təşkil edilmiş təkrar imtahanın gedişatı yaxından izlənilib, bu proseslə bağlı fikir mübadiləsi aparılıb.   Bildirilib ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib. Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür. Test imtahanlarının sonuncu günündə ibtidai sinif müəllimliyi üzrə təkrar imtahan vermək istəyən 1036 namizəd iştirak edir.    Məlumat verilib ki, avqustun 3-dən Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilib. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.  Sonda mediatur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, imtahan verən namizədlərin təəssüratları öyrənilib.   

Şagird yerdəyişməsinə start verilir

9 avqust saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır.   Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.   Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.   Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

İmtahanların sonuncu günü

4 avqust müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.   İmtahanların 21-ci günündə ibtidai sinif müəllimliyi üzrə namizədlər üçün əlavə imtahan keçirilir. İmtahanlarda 1036 namizədin iştirakı nəzərdə tutulub.   Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarına iyulun 5-dən start verilib. Növbəti mərhələdə namizədlər vakansiya seçimində iştirak edəcəklər.   Namizədlərə uğurlar arzulayırıq!

“Peşə təmayüllü siniflərin təşkili” layihəsinin hesabat tədbiri keçirilib

Avqustun 3-də “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin 2019-2020, 2020-2021-ci tədris illəri üzrə yekunlarına dair hesabat tədbiri keçirilib.   Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin idarə heyəti və müəllim-şagird kollektivi iştirak ediblər.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev layihənin əhəmiyyətindən danışıb. İdris İsayev qeyd edib ki, ümumi orta təhsil səviyyəsində təhsilalanların ilkin peşələrlə tanışlığı, şagirdlərə peşə vərdişlərinin aşılanması onlara əmək bazarında asan iş tapmaqları istiqamətində çox faydalı olacaq.   Daha sonra layihənin əhatə dairəsi və növbəti hədəfləri haqqında məlumat verən layihə rəhbəri Xanım Şabanova bildirib ki, 2020-2021-ci tədris ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi paytaxt və bölgələrdə 35 məktəbdə 55 sinif olmaqla 1187 şagirdi əhatə edib. Növbəti tədris ilində isə hədəf layihə çərçivəsində təşkil edilən siniflərin sayının 80 məktəbdə 124 sinfə, şagirdlərin sayının isə minimum 2200-ə çatdırılmasından ibarətdir. Qeyd olunub ki, növbəti tədris ilində mövcud bəzi məktəblərdə paralel siniflərin açılması, həmçinin, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması planlaşdırılır. Xanım Şabanova cari tədris ilindən etibarən peşə təmayüllü siniflərin şagirdlərinə sürücülük modulunun keçirilməsi, 20 məktəbdə STEAM layihəsinin inteqrasiyası və ölkədə ilk dəfə ümumi təhsil səviyyəsində təhsil alan şagirdlərə karyera məsləhətçiliyi xidmətinin baş tutması barədə də tədbir iştirakçılarını məlumatlandırıb.   Tədbir zamanı peşə təmayüllü siniflərin şagirdləri tərəfindən hazırlanmış əl işlərindən ibarət stend də nümayiş edilib.   Daha sonra tədris illəri ərzində layihə çərçivəsində görülən işlər barədə videoçarx izlənilib. Tədbir zamanı layihənin fəaliyyət göstərdiyi bir sıra məktəblərin direktor, müəllim və şagirdləri öz fikirlərini bölüşüblər.

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulu başlayıb

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramının sənəd qəbuluna start verilib.   2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA  Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat 14 avqust saat 23:55-dək davam edəcək. Müraciət üçün sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.   2021-2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur.   Proqramın 3+1 modelinə əsaslanaraq, 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur.   Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsini əhatə edəcək.   Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.   Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır. Belə ki, BMU-İNHA İDP-yə Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən I ixtisas qrupunun abituriyentləri və BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müraciət edə bilər. Əlavə olaraq, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidirlər: yazılı (riyaziyyat və fizika) və şifahi (ingilis dili müsahibəsi). Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etmək lazımdır.   BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 17-də (yazılı) və avqustun 19-da (şifahi) keçiriləcək. İmtahan nəticələri isə avqustun 23-də elan ediləcək.   Ətraflı məlumatı  elandan əldə edə bilərsiniz.

Vakansiya seçiminə start verilir

Avqustun 3-dən Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.    Qeyd olunan fənlər üzrə namizədlər bu gün saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.    Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.   Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb.   “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 avqust 2021-ci il saat 23:59-dək davam edəcək.     Sənəd qəbuluna dair ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir

Avqustun 3-də Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir. Bugünkü təkrar imtahanlarda 3055 namizədin iştirakı gözlənilir.   Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.    İmtahan iştirakçılarına uğurlar arzulayırıq!

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 2 avqust

Məktəblilərimiz 53-cü Beynəlxalq Kimya Olimpiadasında uğurla çıxış ediblər

25 iyul - 2 avqust 2021-ci il tarixlərində onlayn formatda məktəblilərin 53-cü Beynəlxalq Kimya Olimpiadası (IChO) keçirilib. 79 ölkədən 312 məktəblinin qatıldığı olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. Olimpiadada Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar.   Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Xanım Yaqublu, Təhsil nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Məhsəti Piriyeva, Astara rayonu Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Salman Hüseynov və BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin X sinif şagirdi Nəriman Şirinli bürünc medala layiq görülüb.    Məktəblilərimizi təbrik edir və yeni nailiyyətlər arzulayırıq!   

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı