• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.


Təltifetmə mərasimində Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun rəhbər heyəti, Agentliklə qarşılıqlı əməkdaşlıq edən bir sıra müəssisə rəhbərləri və sahibkarlar, o cümlədən imtahan prosesinə cəlb olunan ekspertlər və ərizəçilər iştirak edib.


Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. 


Giriş nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yeni təhsil sistemində peşə təhsilinin inkişaf etdirilməsini prioritet istiqamət kimi müəyyən etməsini xüsusi vurğulayıb və TKTA-nın qeyri-formal və informal təhsilin qiymətləndirilməsi, tanınması sahəsində cari il ərzində gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. 


Tədbirdə həmçinin Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli də çıxış edərək formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini, gələcəkdə də bu sahə istiqamətində hər iki qurumun qarşılıqlı fəaliyyət göstərəcəklərini  qeyd edib. 


Daha sonra qeyri-formal və informal təhsilin tanıdılması məqsədilə hazırlanmış xüsusi videoçarx tədbir iştirakçılarına təqdim edilib.


Mərasimdə “Plastik boru qaynaqçısı”, ”Qənnadçı-şirniyyatçı” və “Mobil telefonların təmiri ustası” ixtisasları üzrə 11 ərizəçiyə diplom, 13 nəfər ərizəçiyə isə müxtəlif modullar üzrə sertifikatlar təqdim edilib. 


Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması istiqamətində TKTA ilə əməkdaşlıq edən müəssisə rəhbərləri və sahibkarlara təşəkkürnamələr təqdim olunub, tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.


3 il əvvəl