• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

V qrant müsabiqəsinin nəticələri

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələri açıqlanıb.


Müsabiqəyə “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 230, “Fərdi kateqoriya” üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında “Ümumi təhsil kateqoriya”sı üzrə 47, “Fərdi kateqoriya üzrə” 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb.


“Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində qrant qazanan layihələrin siyahısı ilə aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz.


Fərdi kateqoriya


Ümumi təhsil müəssisəsi kateqoriyası


Müsabiqə nəticələrindən narazı qalan müraciətçilər 16 avqust 2021-ci il saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına ad-soyad, əlaqə nömrəsi,  təqdim etdikləri layihənin adı, kateqoriyası və nominasiyasını göndərərək apellyasiya müraciəti edə bilərlər.


Qeyd edək ki, 2 avqust saat 15:00-da “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələrinə həsr olunmuş vebinar keçiriləcək. Vebinarı Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz. 
 


3 il əvvəl