• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Türkiyə Maarif Fondunun rəhbəri ilə görüşüb

Fevralın 4-də təhsil naziri Emin Əmrullayev Türkiyə Maarif Fondunun rəhbəri Birol Akgün ilə görüşüb.   Görüş zamanı Azərbaycan Respublikasının Təhsil Nazirliyi  ilə Türkiyə Maarif Fondu arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur

Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq aşağıda qeyd edilmiş qaydada davam etdiriləcək.     2021-ci il 8 fevral tarixindən: Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla; Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla; Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.   2021-ci il 15 fevral tarixindən: Məktəbəqədər təhsil müəssisələrində; Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə,  ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla; Xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla; Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

"Bizi birləşdirən sənət" adlı onlayn görüş keçirilib

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Bizi birləşdirən sənət" adlı onlayn görüş keçirilib.   Görüşün məqsədi regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti ilə sıx əlaqə saxlamaq, onlarla işgüzar münasibətlər qurmaq, tədris ili ərzində "açıq dərs" və "ustad dərs"ləri təşkil etməkdən ibarət olub.   Görüşdə Gəncə, Sumqayıt, Abşeron, Şəki, Qəbələ, Qax, Zaqatala, Balakən, Laçın, Ağdam, Tərtər, Şamaxı, Qazax, Xaçmaz, Astara, Siyəzən, Şirvan, Ucar, Göyçay, Hacıqabul, Xızı, İmişli, Ağcabədi uşaq-gənclər inkişaf mərkəzlərinin təsviri sənət və əl işləri dərnəyinin rəhbərləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji kollektivi iştirak edib.   Görüşdə mərkəzin müəllimləri öz təcrübələrini iştirakçılarla bölüşüb, istedadlı dərnək üzvlərinin yaradıcılıq işləri nümayiş olunub, həyata keçiriləcək müsabiqələr barədə ətraflı məlumatlar verilib.   Həmçinin görüş zamanı "Qarabağ Azərbaycandır!" beynəlxalq onlayn rəsm müsabiqəsinin nəticələri, qalib rəsm işləri açıqlanıb, "Qarabağ Azərbaycandır!" başlığı altında 2021-ci il üçün stolüstü təqvimə layiq görülən istedadlı gənc rəssamların hazırladıqları rəsm işlərindən ibarət videoçarx nümayiş olunub.   Sonda mərkəzin müəllimləri regionlarda fəaliyyət göstərən müəssisələrin dərnək rəhbərlərini maraqlandıran sualları cavablandırıb.  

Vətən müharibəsi iştirakçısı olan əməkdaşlarla görüşlər keçirilir

 1 fevral tarixindən başlayaraq Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin Vətən müharibəsi iştirakçısı olan əməkdaşları ilə onlayn görüşlər təşkil olunur.   Görüşlərdə həmin məktəblərin pedaqoji heyəti və idmançıları da iştirak edir.   Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun döyüş meydanında qazandığı tarixi qələbədən, xalqımızın birliyi və şücaətindən bəhs edilir, Vətən müharibəsi iştirakçıları keçdikləri şərəfli döyüş yolundan danışır, həmçinin tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılır.   Görüşlərin keçirilməsində məqsəd Vətən müharibəsində qazanılan tarixi qələbə barədə məktəbliləri məlumatlandırmaq, qəhrəmanlarımızı, şəhidləri böyüməkdə olan gənc nəslə yaxından tanıtmaq, məktəblilərə vətənpərvərlik hissini aşılamaqdan ibarətdir.   Qeyd edək ki, 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların sırasında 17 nəfər nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin əməkdaşları olub. Onlardan 2 nəfər, “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəbinin məşqçi-müəllimi Emil Qurbanov və “Təhsil” Respublika İdman Mərkəzinin gözətçisi Ceyhun Adıgözəlli döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Dövlət başçısının müvafiq sərəncamları ilə şəhid olmuş şəxslər ölümündən sonra və ordudan tərxis olmuş bir neçə məşqçi-müəllim müxtəlif medallarla təltif edilib.  

Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 95 faiz təşkil edir.   Məlum olduğu kimi, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. Keçən müddət ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1 müəllimdə koronavirus infeksiyası (COVİD-19) aşkar olunub. 2 şagird və 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.   İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.   Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.   Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir. İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaqdır.

2 fevral üzrə ümumi təhsil müəssisələrində “COVID-19”-la bağlı məlumat

Məktəblilər üçün peşəyönümü sessiyaları həyata keçirilir

"Mənim peşəm" layihəsi çərçivəsində məktəblilər üçün peşəyönümü sessiyaları həyata keçirilir.   Hazırda şagirdlərin sorğusu əsasında formalaşdırılan turizm-xidmət, dizayn, İKT istiqamətləri üzrə məlumatlandırma sessiyaları aparılmaqdadır. Sözügedən layihə çərçivəsində peşəyönümlü məlumatlandırma sessiyalarından əlavə ustad dərsləri, profil üzrə ixtisaslaşma seçimləri, baza məlumatlandırma və biliklərin verilməsi nəzərdə tutulur. Eyni zamanda, bir sıra işəgötürənlərin əmək bazarı və ölkədəki məşğulluq barəsində təqdimat və sual-cavab sessiyalarına qatılması planlaşdırılır.   Sözügedən ixtisaslar üzrə peşəyönümü tədbirləri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmət üzrə üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən 3 ay müddətində (həftədə 1 bir dəfə) təşkil ediləcək.   Qeyd edək ki, "Mənim peşəm" layihəsi  Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant" müsabiqəsinin qalibi olmuş Bakı şəhəri 234 nömrəli tam orta məktəb tərəfindən icra edilir.   

Vətən müharibəsi iştirakçısı olan xaricdə təhsil almış gənclərlə görüş

Təhsil nazirinin müavini Firudin Qurbanov 2 Fevral-Gənclər Günü münasibətilə Vətən müharibəsi iştirakçısı olan dövlət hesabına xaricdə təhsil almış gənclərlə onlayn görüş keçirib.  Firudin Qurbanov görüş iştirakçılarını 2 Fevral - Gənclər Günü və  Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralılarımızın tezliklə sağalmasını arzulayıb. Nazir müavini gənclər gününün təsis edilməsi və onun tarixi haqqında məlumat verib. Torpaqlarımızın işğaldan azad olunmasının xalqın, xüsusilə də gənclərin ölkə Prezidentinin dəmir yumruğu altında vahid bir güc olaraq birləşməsi və Müzəffər Ordumuz sayəsində mümkün olduğunu vurğulayıb. Bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə cəlb edilən, yaralıların müalicəsi üçün tibbi xidmətə könüllü yollananlar sırasında dövlət hesabına (dövlət proqramları və hökumətlərarası təqaüd proqramları) xaricdə təhsil almış şəxslər də olub. Firudin Qurbanov bunun qürurverici hal olduğunu qeyd edib.  Görüşdə Vətən müharibəsi iştirakçısı olan dövlət hesabına xaricdə təhsil almış gənclər keçdikləri döyüş yolundan danışıb, bu prosesin iştirakçısı olmaqdan qürur duyduqlarını dilə gətiriblər.   

Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar vebinar keçiriləcək

9 fevral saat 14:00 tarixində “Virtual məktəb”də Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar şagirdlər üçün vebinar keçiriləcək.   V-XI sinif şagirdləri üçün nəzərdə tutulan vebinarın məqsədi onları qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.   Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, “Kaspersky”, “Microsoft” və “Azercell” şirkətlərinin iştirakı ilə təşkil olunacaq vebinarda mövzu ətrafında məruzələr dinləniləcək, müzakirələr aparılacaq və şagirdlər tərəfindən verilən suallar cavablandırılacaq.   Vebinarda iştirak etmək istəyən şagirdlər qeyd olunan tarixdə müvafiq keçiddən istifadə edə bilərlər.

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət, görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans keçirilib.   "Microsoft Teams" platforması üzərindən onlayn keçirilən tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin, idman liseylərinin direktorları iştirak edib.   Videokonfransı giriş sözü ilə açan nazir müavini Firudin Qurbanov 44 günlük Vətən müharibəsində əldə olunan qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, döyüşlərdə iştirak edən təhsil işçilərinin şücaətlərindən danışıb. Görüşdə Vətən uğrunda canından keçən təhsil işçilərinin xatirəsi yad edilib.   Nazir müavini COVID-19 pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən atılan addımların əhəmiyyətini vurğulayaraq verilmiş tapşırıqların icra vəziyyəti, pandemiya dövründə tədrisin davamlılığını təmin etmək məqsədilə nazirlik tərəfindən görülən işlər barədə danışıb. Firudin Qurbanov pandemiya dövründə tədrisin davamlılığının təmin edilməsi, məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olunması, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Nazir müavini bu müddət ərzində əlamətdar və tarixi günlərlə bağlı Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən 100-ə yaxın müsabiqə, sərgi, virtual-ekskursiya, düşərgə, "dəyirmi masa", o cümlədən, onlayn platformada 9 respublika və beynəlxalq onlayn rəsm müsabiqəsi, 2 respublika videoçarx müsabiqəsi, 12 yaradıcılıq müsabiqəsi, 1 inşa-yazı müsabiqəsi, 1 beynəlxalq festival-müsabiqəsi, 1 ekoloji forum, 2 beynəlxalq, 3 yerli olmaqla 5 şahmat turnirinin keçirildiyini qeyd edib və sözügedən tədbirlərə 15 mindən artıq şagirdin qatıldığını vurğulayıb .   Firudin Qurbanov tədbir iştirakçılarına şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, təlim-tərbiyə prosesinin təşkili, nizam-intizam və təhlükəsizlik qaydalarına riayət edilməsi, kadr təminatının yaxşılaşdırılmasına dair tövsiyə və tapşırıqlarını verib.   Görüşdə məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı