• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Onlayn Beynəlxalq Gitara müsabiqəsi yekunlaşıb

Azərbaycanda ilk dəfə uşaq və gənclər arasında keçirilən Onlayn Beynəlxalq Gitara müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 2-5 fevral 2021-ci il tarixlərində baş tutub.   Müsabiqənin əsas məqsədi uşaq və gənclərin klassik və müasir gitara musiqi istiqamətlərinə diqqətinin artırılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması, istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarət olub.   Müsabiqədə iştirak üçün Azərbaycan ilə yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistanı təmsil edən məktəblilər, dərnək üzvləri, musiqiçilər daxil olmaqla 9-17 yaş aralığnda 4 nominasiya üzrə 100 uşaq və gənc qeydiyyatdan keçib.   Müsabiqənin beynəlxalq münsiflər heyətində tanınmış gitara ifaçıları Fuat Cəfərov (Azərbaycan), Araz Hümbətli (Azərbaycan), Kopteev Aleksey (Rusiya), Afanasyev Aleksander (Rusiya), Aleksandr Golenastov (Belarusiya), Ruslan Ostapenko (Kazaxıstan) və Vitaliy Litvinov (Türkmənistan) təmsil olunublar.   Müsabiqənin final mərhələsi sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar. Beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim olunan ifalar üzrə 100 iştirakçıdan 19 nəfəri seçilərək klassik gitara, xalq musiqisi (flamenko, istənilən milli janr), elektrik gitara (rok, bluz), caz, fyüjn nominasiyalarının I, II, III və həvəsləndirici yerləri üzrə onlayn qiymətləndirilməsi aparılıb və qaliblər müəyyənləşdirilib. Qaliblər diplom, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.

“Gəncliyin BİR həftəsi” adlı layihə keçirilib

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşkilatçılığı ilə 2 Fevral –Gənclər Günü münasibətilə keçirilən “Gəncliyin BİR həftəsi” adlı layihədə 250-dən çox tələbə-könüllü iştirak edib.   “Gəncliyin BİR həftəsi” “Bir” tələbə-könüllü proqramının 6 (Yaşa, yaşat, öyrən, öyrət, kəşf et, zövq al) fəaliyyət istiqamətinə uyğun təşkil olunub. Layihə çərçivəsində birinci gün (Öyrən) onlayn şəkildə "Jest dili" təlimi, ikinci gün (Yaşat) qanköçürülməsinə ehtiyac duyan insanlar üçün Mərkəzi Qan Bankında qanvermə aksiyası, üçüncü gün torpaqlarımızın işğaldan azad olunmasında canından keçən şəhidlərin əziz xatirələrinin anılması, şəhid ailələrini ziyarət, dördüncü günü (Öyrət) Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenant və hərbi həkimi Namiq Sətfəddinlinin iştirakı ilə görüş baş tutub. Həmçinin, “Gəncliyin BİR həftəsi”ndə gənclərin dünyagörüşünün artırılması məqsədilə “Code-Tusi” intellektual kvest oyunu (Zövq al) və “Şahmat turniri” (Kəşf et), son gün isə tələbə-könüllülər üçün Gənclər Gününə həsr olunan musiqi saatları (Yaşa) keçirilib.   Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 25 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 650-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.  

Akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib

Fevralın 4-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiyadan keçmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına müvafiq şəhadətnamələr təqdim edilib.   Belə ki, Agentliyin təşkilatçılığı ilə təhsil naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq, hər iki ali təhsil müəssisəsinin qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirilmənin nəticəsinə əsaslanaraq, Yekun Hesabatlar hazırlanıb və bu hesabatlar təhsil nazirinin sədrliyi ilə keçirilən Akkreditasiya Şurasının iclasında müzakirə edilib.  Akkreditasiya Şurasının 14 dekabr 2020-ci il tarixli müvafiq qərarı ilə sözügedən ali təhsil müəssisələri  növbəti 5 il müddətinə akkreditasiya olunub.    Qeyd edək ki, akkreditasiya ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi və onun fəaliyyətinin növbəti müddətə uzadılması məqsədləri daşıyır.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsində İctimai Şura üzvləri ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.   Görüşdə  Təhsil nazirinin müşaviri  Elnur Nəsibov, İctimai Şuranın sədri Şahlar Əsgərov və İctimai Şuranın üzvləri iştirak ediblər.   Görüşdə fevralın 1-dən başlayaraq ümumi təhsilin məktəbəhazırlıq qrupları və ibtidai təhsil üzrə tədris prosesinin bərpası ilə bağlı təhsil müəssisələrində görülən işlərdən söhbət açılıb, distant təhsilin təşkili sahəsində əldə olunan təcrübə və qarşıda duran vəzifələr müzakirə olunub.    BŞTİ-nin müdiri Mehriban Vəliyeva mövcud şəraitdə tədris prosesinin təşkili,  2021-ci ildə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verib. Təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərinə toxunan M.Vəliyeva təhsil sahəsində mühüm dəyişikliklərin olacağına inamını ifadə edib.   Təhsil nazirinin müşaviri Elnur Nəsibov Təhsil naziri adından görüş iştirakçılarını salamlayıb. İçtimai Şuranın fəaliyyətinin səmərəli təşkilindən söz açıb. E.Nəsibov Təhsil Nazirliyinin ictimai açıqlığa xüsusi önəm verdiyini, təhsil proseslərində ictimaiyyətin yaxından iştirakını dəstəklədiyini bildirib.   Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri təhsilin cəmiyyətdəki rolu, məktəb və müəllimin nüfuzu, təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması, pedaqoji təhsildəki yeniliklərin müəllimlərə operativ ötürülməsi üçün məqsədyönlü təlimlərin təşkili, yeni yanaşmalarla təcrübənin sintezi, məktəb direktorları və müəllimlərin fəallığının artırılması, müasir qiymətləndirmə mexanizmlərinin tətbiqi, monitorinqlərin hədəflərinin dəqiq müəyyənləşdirilməsi və digər müvafiq məsələlər üzrə təklif və tövsiyələrini səsləndiriblər. Müzakirələrdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində əyani və distant tədris uğurla davam edir

Fevral ayının əvvəlində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində II-IV sinif şagirdlərinin əyani üsulla tədrisinə start verilib. V-IX sinif şagirdlərinin tədrisi isə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, hələki distant formada davam edir. Hazırda layihə çərçivəsində II-IV siniflər üzrə 30 minə yaxın şagird əyani, V-IX siniflər üzrə isə 89 mindən çox şagird distant formada informatika fənnini yeni formatda öyrənir.   Layihə üzrə əyani və distant dərslərlə yanaşı, həm  Azərbaycan, həm də rus bölmələri üçün teledərslərin yayımı da davam etdirilir. Teledərsləri canlı olaraq “Mədəniyyət” telekanalında və istənilən vaxt layihənin rəsmi “YouTube” kanalında, rəsmi “Facebook” səhifəsində və videodərslər portalında (https://video.edu.az/) izləmək mümkündür. Bu günə qədər layihə çərçivəsində 280-dən çox teledərs efirə gedib.   Qeyd edək ki, sözügedən layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki rayon və şəhərləri üzrə 222 məktəbi, II-IX siniflər üzrə 120 mindən çox şagirdi əhatə edir. Layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir.

Dr. Özgür Bolatla təhsildə yeni çağırışlardan danışılacaq

5 fevral saat 19:00-da "Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Budəfəki buraxılışın qonağı tanınmış alim, təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat olacaq. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqram çərçivəsində baş tutacaq görüşü qeyd edilən vaxtda Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.   Görüşdə Dr. Özgür Bolatın verdiyi seminarların əsas mövzuları olan effektiv öyrənmə mühiti, öyrənən və öyrədənlərin motivasiyası, istedadın inkişafı, təhsil liderliyi, xoşbəxt və uğurlu fərd yetişdirməyin təcrübəsi müzakirə ediləcək, eləcə də gələcəyin məktəb modellərindən danışılacaq.   Dr. Özgür Bolat Kembric (doktorantura), Harvard (magistratura), Boğaziçi (bakalavr) universitetlərinin təhsil fakültələrindən kafedra birincisi olaraq məzun olub. O, həmçinin MIT Sloan İdarəetmə məktəbində (MIT Sloan School of Management) liderlik ixtisası üzrə doktorantura dərsləri alıb və orada tədqiqatlar aparıb. Müəllifi olduğu “Məni mükafatla cəzalandırma” adlı kitabı təxminən 500 min ədəd satılıb. Valideynlər məktəbinin (Anne-Baba okulu) yaradıcısıdır. Dr. Özgür Bolat ilə rəhbəri və icraçısı olduğu “Lider müəllimlər”,“Özünə inam” və "Google" ilə “Rəqəmsal valideynlik” kimi layihələr, "İstedadı İdarəetmə Testi",  "Parentwiser" mobil tətbiqi haqqında da  danışılacaq.   Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan və Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az  ) tanış ola bilərsiniz.  

Eşitmədə çətinliyi olanlar üçün teledərslər

Fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında efirə gedən “Dərs vaxtı” proqramı çərçivəsində eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılacaq.   Prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunublar. Məqsəd çətinliklərə baxmayaraq, bütün uşaqların öyrənməsini təmin etməkdir.   Səs, daktil, mimika və jestlər əsasında hazırlanmış dərsləri qaçırmayın.  

“Sabahın alimləri” X respublika müsabiqəsi keçiriləcək

10-17 fevral 2021-ci il tarixlərində “Sabahın alimləri” X respublika müsabiqəsi keçiriləcək. Pandemiya şəraiti ilə əlaqədar müsabiqənin onlayn şəkildə təşkili planlaşdırılır.   Müsabiqəyə 123 layihə üzrə 208 şagird buraxılıb. Layihələrdən 37-si fərdi və 86-sı kollektiv işlənmiş layihədir. Müsabiqə 8 kateqoriya üzrə keçirilir. Respublikanın şəhər və rayonlarından IX-X sinif şagirdləri riyaziyyat üzrə 14, fizika və astronomiya üzrə 16, kimya üzrə 8, biologiya üzrə 16, tibb və sağlamlıq üzrə 12, ekologiya və ətraf mühitin idarəolunması üzrə 20, kompüter elmləri üzrə 10, mühəndislik üzrə 17 layihə ilə müsabiqədə iştirak edəcəklər.   Qeyd edək ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” respublika müsabiqəsi keçirilməyə başlanılıb. Müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.

Gəgiranın müasir məktəbi

Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbi üçün yeni tədris binası inşa olunub.   Məktəb kollektivinin istifadəsinə verilən tədris binası 264 şagird yerlikdir.   Məktəbdə idman, akt zalları, 10 sinif otağı, 3 laboratoriya otağı, 2 əmək otağı, 1 informatika, 1 hərbi hazırlıq və 1 məktəbəqədər hazırlıq kabineti yerləşir.   Gəgiran kənd tam orta məktəbinin əvvəlki və indiki görüntülərini diqqətinizə çatdırırıq.

Peşə təhsili üzrə teledərslərin 5 fevral cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 5 fevral tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.   Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı