• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

1 fevral üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı məlumat

1 fevral üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı məlumat

Dövlət başçısı bir qrup gəncə Prezident mükafatı verilməsi haqqında sərəncam imzalayıb

2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:   Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2021-ci il Gənclər üçün Prezident mükafatları verilsin: Abbaszadə Orucəli Saleh oğlu Abdulova Nərgiz Cövdət qızı Əhmədov Ramil Bayram oğlu İsmayıllı İsmayıl Cəfər oğlu Qarayev Atəş İbrahim oğlu Qasımov Pərvin Alim oğlu Qasımzadə Zəhra İsa qızı Qənbərov Nəcəf Bilal oğlu Mirzəyeva Səmra Tahir qızı Pərdəşünas Fərid Bayram oğlu.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 fevral 2021-ci il.

Təhsil naziri gənc müəllimlərlə görüşüb

Fevralın 2-də təhsil naziri Emin Əmrullayev gənc müəllimlərlə onlayn formatda görüş keçirib.   2 Fevral – Gənclər Günü münasibətilə təşkil edilən görüşdə ölkəmizin ümumi təhsil müəssisələrində fəaliyyət göstərən bir qrup gənc müəllim iştirak edib.   Təhsil naziri 2 Fevral - Gənclər Gününün tarixinə toxunaraq bildirib ki, əsası ümummilli liderimiz tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazir qeyd edib ki, gənclərimiz 44 günlük Vətən müharibəsində də qəhrəmanlıq və igidlik nümunəsi göstərdi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdi.    Emin Əmrullayev son illər gənclər arasında müəllim peşəsinə marağın artdığını vurğulayaraq gənc müəllimlərin təhsilimizin inkişafındakı rolundan söz açıb və qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır ki, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir.    Nazir sonda gənc müəllimləri 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edib, onların hər birinə Azərbaycanın sabahı, uğurlu gələcəyi naminə fəaliyyətlərində uğurlar arzulayıb.   Daha sonra görüşdə iştirak edən gənc müəllimlər fikirlərini bölüşüb və təhsilin inkişafına verə biləcəkləri töhfədən danışıblar.  

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn respublika birinciliyi

 5-7 fevral 2021-ci il tarixlərində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn respublika birinciliyi keçiriləcək.     “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçiriləcək birincilikdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlılardan ibarət Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin və şahmat klublarının komandaları iştirak edə bilərlər.   Oyunlar www.tornelo.com internet portalı üzərindən İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunacaq.   Yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom, mükafatlar təqdim olunacaq.   Birincilikdə iştirakla bağlı qeydiyyat proseduru, əsasnamə və digər məlumatlar yarışın internet səhifəsində yerləşdirilib: https://www.team.tehsilchess.az/.   Qeyd edək ki, şahmat üzrə onlayn respublika birinciliyinin keçirilməsində məqsəd Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat (rapid) üzrə qalib komandaların müəyyənləşdirilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılmasından ibarətdır.

Müəllimlərin işə qəbulu üzrə növbəti onlayn müsahibələrin tarixi açıqlanıb

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti onlayn müsahibə mərhələsinə 5 fevral tarixindən başlanılacaq. Bu mərhələdə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat artıq göndərilib. Onlayn müsahibə mərhələsinə 2948 nəfər dəvət olunub.    Müsahibələr "Microsoft Teams" platforması üzərindən keçiriləcək.    Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla da tanış olmağı tövsiyə olunur.   Müsahibələrdə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!  

“Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsi

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsinə start verilib.   Təhsil Nazirliyi, Türkiyə Təhsil Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən onlayn şeir müsabiqəsinin əsas məqsədi Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və olanların əziz xatirəsini daim anmaq, qazanılan zəfəri bütün Türk dünyasının qələbəsi olduğunu geniş ictimaiyyətə çatdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək, xüsusi istedada malik olan uşaqları aşkar etməkdən ibarətdir.   "Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsi Azərbaycan və Türkiyədən olan IX-XII sinif şagirdləri arasında təşkil olunur. Hər məktəbli yalnız bir şeirlə müsabiqəyə qatıla bilər. Müsabiqə və nəticələri barədə ətraflı məlumatı baku.meb.gov.tr ünvanından əldə etmək mümkündür.    Müsabiqənin yekununda 50 ən yaxşı şeir seçilərək kitab halında dərc olunacaq. İlk üç yerin qalibləri isə diplom və hədiyyələrlə mükafatlandırılacaq.

“Xəmsə möcüzəsi” beynəlxalq rəsm müsabiqəsi davam edir

Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsi davam edir.   Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri - tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir.   Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 nominasiya – “Bədii qiraət” və “Təsviri-tətbiqi sənət” üzrə keçirilir. Müsabiqədə Azərbaycanda və digər türkdilli dövlətlərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edə bilər.   “Bədii qiraət nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:   - İştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeir təqdim edə bilər; - Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır; -  Videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır; -  İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır; - İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınmalıdır.   “Bədii qiraət” nominasiyası üzrə işlər 11 fevral 2021-ci il tarixinədək nizamiganjavi2021@gmail.com elektron poçt ünvanına və (+994) 050-497-97-55 "Whatsapp" nömrəsinə göndərilməlidir. “Təsviri-tətbiqi sənət” üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır: - İşlərin işlənmə texnikası sərbəstdir; - İşlərin formatına məhdudiyyət qoyulmur; - İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı, təqdim etdiyi işin adı və işlənmə texnikası qeyd olunmalıdır. "Təsviri-tətbiqi sənət” nominasiyası üzrə işlər 11 fevral 2021-ci il tarixədək ugim-1@mk.edu.az elektron poçt ünvanına və (+994)050-367-47-04 "Whatsapp" nömrəsinə göndərilməlidir.  Qeyd edək ki, müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunacaq. Qalib işlər sosial şəbəkələrdə, o cümlədən, digər media qurumlarında geniş işıqlandırılacaq.  

Dr. Özgür Bolat “Yeni çağırışlar”da

Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı tanınmış alim, təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat olacaq. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqram çərçivəsində bu görüş 5 fevral 2021-ci il saat 19:00-da Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.   Görüşdə Dr. Özgür Bolatın verdiyi seminarların əsas mövzuları olan effektiv öyrənmə mühiti, öyrənən və öyrədənlərin motivasiyası, istedadın inkişafı, təhsil liderliyi, xoşbəxt və uğurlu fərd yetişdirməyin təcrübəsi müzakirə ediləcək, eləcə də gələcəyin məktəb modellərindən danışılacaq.   Dr. Özgür Bolat Kembric (doktorantura), Harvard (magistratura), Boğaziçi (bakalavr) universitetlərinin təhsil fakültələrindən kafedra birincisi olaraq məzun olub. O, həmçinin MIT Sloan İdarəetmə məktəbində (MIT Sloan School of Management) liderlik ixtisası üzrə doktorantura dərsləri alıb və orada tədqiqatlar aparıb. Müəllifi olduğu “Məni mükafatla cəzalandırma” adlı kitabı təxminən 500 min ədəd satılıb. Valideynlər məktəbinin (Anne-Baba okulu) yaradıcısıdır. Dr. Özgür Bolat ilə rəhbəri və icraçısı olduğu “Lider müəllimlər”,“Özünə inam” və "Google" ilə “Rəqəmsal valideynlik” kimi layihələr, "İstedadı İdarəetmə Testi",  "Parentwiser" mobil tətbiqi haqqında da  danışılacaq.   Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan və Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az  ) tanış ola bilərsiniz.

Prezident Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.   Dövlətimizin başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Burada, həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb.   www.president.az

1 fevraldan ənənəvi tədris qismən bərpa olunub - video

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı