• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəblilər üçün peşəyönümü sessiyaları həyata keçirilir

"Mənim peşəm" layihəsi çərçivəsində məktəblilər üçün peşəyönümü sessiyaları həyata keçirilir.

 

Hazırda şagirdlərin sorğusu əsasında formalaşdırılan turizm-xidmət, dizayn, İKT istiqamətləri üzrə məlumatlandırma sessiyaları aparılmaqdadır. Sözügedən layihə çərçivəsində peşəyönümlü məlumatlandırma sessiyalarından əlavə ustad dərsləri, profil üzrə ixtisaslaşma seçimləri, baza məlumatlandırma və biliklərin verilməsi nəzərdə tutulur. Eyni zamanda, bir sıra işəgötürənlərin əmək bazarı və ölkədəki məşğulluq barəsində təqdimat və sual-cavab sessiyalarına qatılması planlaşdırılır.

 

Sözügedən ixtisaslar üzrə peşəyönümü tədbirləri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmət üzrə üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən 3 ay müddətində (həftədə 1 bir dəfə) təşkil ediləcək.

 

Qeyd edək ki, "Mənim peşəm" layihəsi  Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant" müsabiqəsinin qalibi olmuş Bakı şəhəri 234 nömrəli tam orta məktəb tərəfindən icra edilir. 
 


3 il əvvəl