• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Vətən müharibəsi iştirakçısı olan xaricdə təhsil almış gənclərlə görüş

Təhsil nazirinin müavini Firudin Qurbanov 2 Fevral-Gənclər Günü münasibətilə Vətən müharibəsi iştirakçısı olan dövlət hesabına xaricdə təhsil almış gənclərlə onlayn görüş keçirib. 


Firudin Qurbanov görüş iştirakçılarını 2 Fevral - Gənclər Günü və  Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralılarımızın tezliklə sağalmasını arzulayıb. Nazir müavini gənclər gününün təsis edilməsi və onun tarixi haqqında məlumat verib. Torpaqlarımızın işğaldan azad olunmasının xalqın, xüsusilə də gənclərin ölkə Prezidentinin dəmir yumruğu altında vahid bir güc olaraq birləşməsi və Müzəffər Ordumuz sayəsində mümkün olduğunu vurğulayıb. Bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə cəlb edilən, yaralıların müalicəsi üçün tibbi xidmətə könüllü yollananlar sırasında dövlət hesabına (dövlət proqramları və hökumətlərarası təqaüd proqramları) xaricdə təhsil almış şəxslər də olub. Firudin Qurbanov bunun qürurverici hal olduğunu qeyd edib. 


Görüşdə Vətən müharibəsi iştirakçısı olan dövlət hesabına xaricdə təhsil almış gənclər keçdikləri döyüş yolundan danışıb, bu prosesin iştirakçısı olmaqdan qürur duyduqlarını dilə gətiriblər. 
 


3 il əvvəl