• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Vətən müharibəsi iştirakçısı olan əməkdaşlarla görüşlər keçirilir

 1 fevral tarixindən başlayaraq Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin Vətən müharibəsi iştirakçısı olan əməkdaşları ilə onlayn görüşlər təşkil olunur.
 

Görüşlərdə həmin məktəblərin pedaqoji heyəti və idmançıları da iştirak edir.

 

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun döyüş meydanında qazandığı tarixi qələbədən, xalqımızın birliyi və şücaətindən bəhs edilir, Vətən müharibəsi iştirakçıları keçdikləri şərəfli döyüş yolundan danışır, həmçinin tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılır.

 

Görüşlərin keçirilməsində məqsəd Vətən müharibəsində qazanılan tarixi qələbə barədə məktəbliləri məlumatlandırmaq, qəhrəmanlarımızı, şəhidləri böyüməkdə olan gənc nəslə yaxından tanıtmaq, məktəblilərə vətənpərvərlik hissini aşılamaqdan ibarətdir.

 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların sırasında 17 nəfər nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin əməkdaşları olub. Onlardan 2 nəfər, “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəbinin məşqçi-müəllimi Emil Qurbanov və “Təhsil” Respublika İdman Mərkəzinin gözətçisi Ceyhun Adıgözəlli döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Dövlət başçısının müvafiq sərəncamları ilə şəhid olmuş şəxslər ölümündən sonra və ordudan tərxis olmuş bir neçə məşqçi-müəllim müxtəlif medallarla təltif edilib.
 


3 il əvvəl