• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət, görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans keçirilib.
 

"Microsoft Teams" platforması üzərindən onlayn keçirilən tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin, idman liseylərinin direktorları iştirak edib.
 

Videokonfransı giriş sözü ilə açan nazir müavini Firudin Qurbanov 44 günlük Vətən müharibəsində əldə olunan qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, döyüşlərdə iştirak edən təhsil işçilərinin şücaətlərindən danışıb. Görüşdə Vətən uğrunda canından keçən təhsil işçilərinin xatirəsi yad edilib.

 

Nazir müavini COVID-19 pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən atılan addımların əhəmiyyətini vurğulayaraq verilmiş tapşırıqların icra vəziyyəti, pandemiya dövründə tədrisin davamlılığını təmin etmək məqsədilə nazirlik tərəfindən görülən işlər barədə danışıb. Firudin Qurbanov pandemiya dövründə tədrisin davamlılığının təmin edilməsi, məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olunması, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Nazir müavini bu müddət ərzində əlamətdar və tarixi günlərlə bağlı Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən 100-ə yaxın müsabiqə, sərgi, virtual-ekskursiya, düşərgə, "dəyirmi masa", o cümlədən, onlayn platformada 9 respublika və beynəlxalq onlayn rəsm müsabiqəsi, 2 respublika videoçarx müsabiqəsi, 12 yaradıcılıq müsabiqəsi, 1 inşa-yazı müsabiqəsi, 1 beynəlxalq festival-müsabiqəsi, 1 ekoloji forum, 2 beynəlxalq, 3 yerli olmaqla 5 şahmat turnirinin keçirildiyini qeyd edib və sözügedən tədbirlərə 15 mindən artıq şagirdin qatıldığını vurğulayıb .
 

Firudin Qurbanov tədbir iştirakçılarına şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, təlim-tərbiyə prosesinin təşkili, nizam-intizam və təhlükəsizlik qaydalarına riayət edilməsi, kadr təminatının yaxşılaşdırılmasına dair tövsiyə və tapşırıqlarını verib.
 

Görüşdə məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib.
 


3 il əvvəl