• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Professor Pasi Sahlberg “Yeni çağırışlar”da öz təcrübələrini bölüşüb

 “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı dünyaca məşhur finlandiyalı professor, təhsil tədqiqatçısı Pasi Sahlberg olub.   Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqramın 20 fevral 2021-ci ildə yayımlanan bölümündə Finlandiya təhsilinin uğur təcrübəsi, təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı, gələcəyin məktəbləri müzakirə edilib.    Proqramın aparıcısı, “T-Network”-un koordinatoru Cəfər Mənsimi əvvəlcə Şuşa Realnı məktəbi haqqında qısa məlumat verib. Cəfər Mənsimi Pasi Sahlbergin təcrübələrinin ölkə başçısı İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sərəncamında qeyd edilən “XXI əsrin tələblərinə uyğun təhsil”i təkmilləşdirmək məqsədinə xüsusi töhfə verəcəyinə inandığını qeyd edib.    Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Pasi Sahlberg belə cavablandırıb: “Müəllim xidmət göstərən peşə sahibi yox, bir söz sahibi olaraq tanınmalıdır. Bunun üçün ulduzun birinci guşəsi müəllimlərin təşkilatlanmasından, bir agentlik formalaşdırmasından ibarət ola bilər. İkinci guşə şagirdlərin tədrisdə aktiv iştirakının təmin edilməsi, onların maraqlarının nəzərə alınması və onlara fərdi yanaşmadan ibarətdir. Nəzərə alınmalıdır ki, şagirdlərin maraq dairəsi fənlərdən daha genişdir. Növbəti guşədə şagird və müəllimlərin firəvanlığı, əhval-ruhiyyəsi nəzərə alınmalıdır. Peşəkarlığın daim inkişafı, müəllimin həmişə şagird olaraq qalması digər guşəni formalaşdırır. Digər önəmli guşə məktəb daxilində əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Öyrənənlər tədris prosesindən zövq almalıdırlar. Bunun üçün tədrisdə oyunlara xüsusi diqqət ayrılmalıdır. Çünki yeni əsrin bacarıqları yaradıcılıq, problemləri həll etmə bacarığı, təndiqidi düşüncə, müzakirə aparmaq, kollektivçilikdir. Bütün bu bacarıqlar oyunlar vasitəsi ilə aşılanır. Bu məqamı nəzərə alsaq 6-cı guşə yaranır. 7-ci guşə sualdır. Nəyə doğru can atırıq? Hədəfimiz nədir? Hədəf daim gözümüzün qarşısında olmalıdır. 8-ci, yəni sonuncu guşə olsa da digərləri qədər əhəmiyyətli olan məsələ şagirdlərin niyə oxuduğunu başa düşməsi və onlarda öyrənmə həvəsinin artırılmasıdır.  Tədris prosesi elə qurulmalıdır ki, öyrənən həm öz daxili aləmini, həm də ətrafındakı dünyanı kəşf etməyə davam etsin”.   Pasi Sahlberg qeyd edib ki, özü bir məktəb qurarsa, o məktəbin digərlərindən fərqi təhsil prosesində kollektivçiliyə xüsusi önəm verilməsi, məktəbin əməkdaşlıq ruhu ilə seçilməsi, məktəbin fəaliyyətində və idarə olunmasında şagirdlərin cəlb edilməsi, tədris zamanı real problemlərin araşdırılması və həlli yollarının tapılması olacaq.   Dünyanın nüfuzlu universitetlərindən çıxış etmək üçün dəvət alan professor Finlandiya təhsili ilə bağlı miflərdən də danışıb və qeyd edib ki, dünyada ən yaxşı təhsil sisteminin Finlandiya olduğunu deyirlər: "Bunun meyarlarını müəyyənləşdirmək çətindir. Ümumiyyətlə, finlilərdən soruşsanız, onlar öz ölkələrinin ən yaxşı təhsil sisteminə malik olduğunu iddia etməyəcəklər. Finlandiyanın təhsil nəticələrini ölkədə havanın çox soyuq olması, bu soyuqda əsas məşğuliyyətin yalnız təhsildən ibarət olması, eləcə də balaca ölkə olması, burada mədəniyyət müxtəlifliyinin olmaması ilə əlaqələndirənlər də yanılırlar. Çünki təhsil nəticələrinin ölkənin miqyası, coğrafi yerləşməsi, mədəni müxtəlifliyi ilə əlaqəsi yoxdur. Axı biz deyə bilmərik ki, miqyası və iqlimi Finlandiya ilə eyni olan ölkələrin təhsil nəticələri də eynidir. Digər bir mif Finlandiyada ev tapşırıqların olmamasıdır. Təbii ki, Finlandiyada da ev tapşırları var. Sadəcə onların təyinatı fərqlidir”.   Professor verilən suallara cavab olaraq Finlandiyanın beynəlxalq qiymətləndirmə proqramlarındakı geriləməsinin səbəblərini də açıqlayıb. Bildirib ki, təhsil sistemləri tənəzzül yaşayır, ümumi bir geriləmə var. Finlandiyanın beynəlxalq qiymətləndirmə proqramlarında geriləməsinin səbəbləri  ilə bağlı 3 təxmin etmək olar. Şagirdlərin məktəbdəki vaxtı və asudə vaxtları arasındakı fərq, onların getdikcə daha az oxuması və texnologiya etibar etmələri, şagirdlərin yuxuya daha az vaxt ayırması.    Finlandiyada müəllim seçimi meyarlarından da danışan Pasi Sahlberg ömür boyu şagird qalacaq tədqiqatçı ruhlu müəllimlərin seçilməyə çalışıldığını xüsusi vurğulayaraq qeyd edib ki, müəllim olmaq istəyən şəxslər ciddi seçimdən keçir. Onlarda ixtisas fənni ilə yanaşı çərçivədən kənar düşünmə, tənqidi düşüncə, tədqiqat və komanda ilə işləmək bacarıqları axtarılır, hümanist və mənəvi-əxlaqi şəxsi keyfiyyətləri xüsusi ilə dəyərləndirilir. Namizədlər nə üçün müəllim olmaq istədiklərini aydın və inandırıcı şəkildə əsaslandırmalıdırlar.   Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanan proqramda izləyicilərin də sualları cavablandırılıb.

Onlayn müsahibələr yekunlaşıb

Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.   Onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2948 namizəd dəvət olunub. "Microsoft Teams" proqramı üzərindən keçirilən müsahibələrdə 2912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.   Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

“Plastik boru qaynaqçısı” ixtisası üzrə imtahan elan edilir

 Təhsildə Keyfiyyət Təminatı Agentliyi  Azərbaycan Respublikasının vətəndaşları üçün qeyri-formal və informal üsullarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi, tanınması və peşə ixtisasını təsdiq edən sənədin verilməsi məqsədi ilə “Plastik boru qaynaqçısı” ixtisası üzrə imtahan elan edir.    Belə ki, artıq özünütəhsil yolu ilə biliklərə yiyələnmiş (informal təhsil) və müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş (qeyri-formal təhsil) vətəndaşlara təhsil haqqında sənəd əldə etmək imkanı yaradılıb. Bunun üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək imtahanlarda iştirak etməyiniz kifayətdir.    Müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə

Təhsil Nazirliyinin SABAH qruplarında 2020-2021-ci tədris ilinin yaz semestri üzrə “Ailə hüququ” fənni vakant elan edilib.    Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.   Qeyd edilən tələblərə cavab verən namizədlər 23 fevral 00:00-dək müraciət formasını doldurmalıdırlar.   Müsabiqə barədə ətraflı məlumatı linkə (http://sabah.edu.az/az/azerbaycan-respublikasi-tehsil-nazirliyinin-sabah-qruplarinda-20202021ci-tedris-ilinin-yaz-semestrinde-aile-huququ-fenni-vakant-elan-olunur) daxil olaraq əldə edə bilərsiniz.

“Xəmsə möcüzəsi” beynəlxalq rəsm müsabiqəsinə yekun vurulub

Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə yekun vurulub.   Müsabiqənin məqsədi Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri - tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarət olub.   “Bədii qiraət” və “Təsviri-tətbiqi sənət” nominasiyaları üzrə 3 yaş qrupunda (6-9, 10-13, 14-17) keçirilən beynəlxalq onlayn yaradıcılıq müsabiqəsinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Portuqaliyadan olan uşaqlar qatılıb. Müsabiqəyə ümumilikdə 1070 rəsm işi daxil olub.   Müsabiqəyə təqdim olunan işlər xalq rəssamı Sakit Məmmədov, əməkdar incəsənət xadimi Rafiq Əzizov və əməkdar artist Ağalar Bayramov tərəfindən qiymətləndirilib.   Müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunub.  

Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol imzalanıb

Təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etmək məqsədilə Türkiyə Respublikasında səfərdədir.   Səfər çərçivəsində fevralın 19-da təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u imzalamışdır. Sözügedən Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.

İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib.   Baş nazir Əli Əsədov və vitse-prezident Fuat Oktay iclasda çıxış ediblər.   Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, təhsil naziri Emin Əmrullayevin, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin, xarici işlər nazirinin müavini Xələf Xələfovun, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədovun və digər rəsmi şəxslərin qatıldığı iclasda qarşılıqlı əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.   Baş nazir Əli Əsədov və vitse-prezident Fuat Oktay Hökumətlərarası Komissiyanın Protokolunu imzalayıblar.   Sonra Türkiyənin vitse-prezidenti və Azərbaycanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.   AZƏRTAC

Cənub regionunda peşə təhsilinin inkişafı üçün yeni perspektivlər yaranır

Təhsil nazirinin müavini İdris İsayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov cənub regionuna səfər edib.   Əvvəlcə Cəlilabad rayonunda inşasına başlanılan Cəlilabad Peşə Təhsil Mərkəzində həyata keçirilən yenidənqurma işləri ilə tanışlıq olub. Həmçinin səfər çərçivəsində regionun kadr hazırlığında xüsusi çəkisi olacaq Mərkəzin tələbə və müəllim kollektivi ilə görüş keçirilib.   Görüş zamanı son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan danışılıb, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində peşə təhsilinin vacibliyi vurğulanıb.   Regiona səfər zamanı Lənkəran Dövlət Universitetinin maddi-texniki bazası ilə də tanışlıq olub. Rəsmilər tədris prosesinin optimal təşkili məqsədilə birgə istifadə imkanlarını müzakirə ediblər. Görüş zamanı toxunulan digər istiqamət yüksək texniki peşə təhsili alacaq tələbələrin növbəti mərhələdə regionda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsillərini davam etdirməkdən ibarət olub.   Səfər regionda fəaliyyət göstərən işəgötürənlərlə görüş ilə yekunlaşıb. İşəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi imkanları və bu yöndə kadr hazırlığının təşkili prosesində birgə fəaliyyət istiqamətləri görüşün əsas müzakirə mövzusu olub.  

Macarıstanda təhsil üçün seçilmiş namizədlərlə müsahibələr yekunlaşıb

Fevralın 19-da Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil almaq üçün seçilmiş namizədlərlə müsahibələr başa çatıb. Müsahibə mərhələsi təqaüd proqramına müraciət edən 900-dən çox ərizəçi sırasından seçilmiş  609 nəfər üçün təşkil olunub.    Müsahibələr “Microsoft Teams” platforması üzərindən onlayn şəkildə müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının (Dövlət Neft Fondu, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat, Energetika nazirliklərinin) nümayəndələri, ADA, ADU, ADNSU, ATU, BANM, UNEC kimi ali təhsil müəssisələrinin həmin sahələr üzrə ekspertləri, eyni zamanda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" məzunları tərəfindən aparılıb.   Qeyd edək ki, təqaüd proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.   Müsahibələrdə iştirak etmiş şəxslərin namizədliklərinin təqdim edilməsi ilə bağlı nəticələr cari ilin mart ayının ilk həftəsi elektron ərizə sistemi üzrə hesablar vasitəsilə bildiriləcək.

Daha iki ali təhsil müəssisəsinə akkreditasiya şəhadətnamələri təqdim edilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Bakı Slavyan Universiteti və Bakı Xoreoqrafiya Akademiyasında akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Proses təhsil naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq baş tutub.    Akkreditasiya qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış ekspertlərdən ibarət Komissiya tərəfindən aparılıb. Qiymətləndirilmə nəticəsində hazırlanan Yekun Hesabatlar əsasında hər iki ali təhsil müəssisəsinin növbəti 5  il müddətinə akkreditasiya olunmasına dair Təhsil Nazirliyi Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib. Müvafiq qərara əsasən, Agentlikdə hər iki ali təhsil müəssisəsinə akkreditasiya şəhadətnamələri təqdim edilib.   Qeyd edək  ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” yeni redaksiyada təsdiq olunub. Həmin qaydalar tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq,  Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı