• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Plastik boru qaynaqçısı” ixtisası üzrə imtahan elan edilir

 Təhsildə Keyfiyyət Təminatı Agentliyi  Azərbaycan Respublikasının vətəndaşları üçün qeyri-formal və informal üsullarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi, tanınması və peşə ixtisasını təsdiq edən sənədin verilməsi məqsədi ilə “Plastik boru qaynaqçısı” ixtisası üzrə imtahan elan edir.

 

 Belə ki, artıq özünütəhsil yolu ilə biliklərə yiyələnmiş (informal təhsil) və müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş (qeyri-formal təhsil) vətəndaşlara təhsil haqqında sənəd əldə etmək imkanı yaradılıb. Bunun üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək imtahanlarda iştirak etməyiniz kifayətdir.

 

 Müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.


3 il əvvəl