• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Professor Pasi Sahlberg “Yeni çağırışlar”da öz təcrübələrini bölüşüb

 “Yeni çağırışlar onlayn müzakirə proqramının növbəti qonağı dünyaca məşhur finlandiyalı professor, təhsil tədqiqatçısı Pasi Sahlberg olub.

 

Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqramın 20 fevral 2021-ci ildə yayımlanan bölümündə Finlandiya təhsilinin uğur təcrübəsi, təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı, gələcəyin məktəbləri müzakirə edilib. 

 

Proqramın aparıcısı, “T-Network”-un koordinatoru Cəfər Mənsimi əvvəlcə Şuşa Realnı məktəbi haqqında qısa məlumat verib. Cəfər Mənsimi Pasi Sahlbergin təcrübələrinin ölkə başçısı İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sərəncamında qeyd edilən “XXI əsrin tələblərinə uyğun təhsil”i təkmilləşdirmək məqsədinə xüsusi töhfə verəcəyinə inandığını qeyd edib.

 

 Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Pasi Sahlberg belə cavablandırıb: “Müəllim xidmət göstərən peşə sahibi yox, bir söz sahibi olaraq tanınmalıdır. Bunun üçün ulduzun birinci guşəsi müəllimlərin təşkilatlanmasından, bir agentlik formalaşdırmasından ibarət ola bilər. İkinci guşə şagirdlərin tədrisdə aktiv iştirakının təmin edilməsi, onların maraqlarının nəzərə alınması və onlara fərdi yanaşmadan ibarətdir. Nəzərə alınmalıdır ki, şagirdlərin maraq dairəsi fənlərdən daha genişdir. Növbəti guşədə şagird və müəllimlərin firəvanlığı, əhval-ruhiyyəsi nəzərə alınmalıdır. Peşəkarlığın daim inkişafı, müəllimin həmişə şagird olaraq qalması digər guşəni formalaşdırır. Digər önəmli guşə məktəb daxilində əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Öyrənənlər tədris prosesindən zövq almalıdırlar. Bunun üçün tədrisdə oyunlara xüsusi diqqət ayrılmalıdır. Çünki yeni əsrin bacarıqları yaradıcılıq, problemləri həll etmə bacarığı, təndiqidi düşüncə, müzakirə aparmaq, kollektivçilikdir. Bütün bu bacarıqlar oyunlar vasitəsi ilə aşılanır. Bu məqamı nəzərə alsaq 6-cı guşə yaranır. 7-ci guşə sualdır. Nəyə doğru can atırıq? Hədəfimiz nədir? Hədəf daim gözümüzün qarşısında olmalıdır. 8-ci, yəni sonuncu guşə olsa da digərləri qədər əhəmiyyətli olan məsələ şagirdlərin niyə oxuduğunu başa düşməsi və onlarda öyrənmə həvəsinin artırılmasıdır.  Tədris prosesi elə qurulmalıdır ki, öyrənən həm öz daxili aləmini, həm də ətrafındakı dünyanı kəşf etməyə davam etsin”.

 

Pasi Sahlberg qeyd edib ki, özü bir məktəb qurarsa, o məktəbin digərlərindən fərqi təhsil prosesində kollektivçiliyə xüsusi önəm verilməsi, məktəbin əməkdaşlıq ruhu ilə seçilməsi, məktəbin fəaliyyətində və idarə olunmasında şagirdlərin cəlb edilməsi, tədris zamanı real problemlərin araşdırılması və həlli yollarının tapılması olacaq.

 

Dünyanın nüfuzlu universitetlərindən çıxış etmək üçün dəvət alan professor Finlandiya təhsili ilə bağlı miflərdən də danışıb və qeyd edib ki, dünyada ən yaxşı təhsil sisteminin Finlandiya olduğunu deyirlər: "Bunun meyarlarını müəyyənləşdirmək çətindir. Ümumiyyətlə, finlilərdən soruşsanız, onlar öz ölkələrinin ən yaxşı təhsil sisteminə malik olduğunu iddia etməyəcəklər. Finlandiyanın təhsil nəticələrini ölkədə havanın çox soyuq olması, bu soyuqda əsas məşğuliyyətin yalnız təhsildən ibarət olması, eləcə də balaca ölkə olması, burada mədəniyyət müxtəlifliyinin olmaması ilə əlaqələndirənlər də yanılırlar. Çünki təhsil nəticələrinin ölkənin miqyası, coğrafi yerləşməsi, mədəni müxtəlifliyi ilə əlaqəsi yoxdur. Axı biz deyə bilmərik ki, miqyası və iqlimi Finlandiya ilə eyni olan ölkələrin təhsil nəticələri də eynidir. Digər bir mif Finlandiyada ev tapşırıqların olmamasıdır. Təbii ki, Finlandiyada da ev tapşırları var. Sadəcə onların təyinatı fərqlidir”.

 

Professor verilən suallara cavab olaraq Finlandiyanın beynəlxalq qiymətləndirmə proqramlarındakı geriləməsinin səbəblərini də açıqlayıb. Bildirib ki, təhsil sistemləri tənəzzül yaşayır, ümumi bir geriləmə var. Finlandiyanın beynəlxalq qiymətləndirmə proqramlarında geriləməsinin səbəbləri  ilə bağlı 3 təxmin etmək olar. Şagirdlərin məktəbdəki vaxtı və asudə vaxtları arasındakı fərq, onların getdikcə daha az oxuması və texnologiya etibar etmələri, şagirdlərin yuxuya daha az vaxt ayırması. 

 

Finlandiyada müəllim seçimi meyarlarından da danışan Pasi Sahlberg ömür boyu şagird qalacaq tədqiqatçı ruhlu müəllimlərin seçilməyə çalışıldığını xüsusi vurğulayaraq qeyd edib ki, müəllim olmaq istəyən şəxslər ciddi seçimdən keçir. Onlarda ixtisas fənni ilə yanaşı çərçivədən kənar düşünmə, tənqidi düşüncə, tədqiqat və komanda ilə işləmək bacarıqları axtarılır, hümanist və mənəvi-əxlaqi şəxsi keyfiyyətləri xüsusi ilə dəyərləndirilir. Namizədlər nə üçün müəllim olmaq istədiklərini aydın və inandırıcı şəkildə əsaslandırmalıdırlar.  

Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanan proqramda izləyicilərin də sualları cavablandırılıb.


3 il əvvəl