• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Macarıstanda təhsil üçün seçilmiş namizədlərlə müsahibələr yekunlaşıb

Fevralın 19-da Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil almaq üçün seçilmiş namizədlərlə müsahibələr başa çatıb. Müsahibə mərhələsi təqaüd proqramına müraciət edən 900-dən çox ərizəçi sırasından seçilmiş  609 nəfər üçün təşkil olunub. 

 

Müsahibələr “Microsoft Teams” platforması üzərindən onlayn şəkildə müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının (Dövlət Neft Fondu, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat, Energetika nazirliklərinin) nümayəndələri, ADA, ADU, ADNSU, ATU, BANM, UNEC kimi ali təhsil müəssisələrinin həmin sahələr üzrə ekspertləri, eyni zamanda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" məzunları tərəfindən aparılıb.

 

Qeyd edək ki, təqaüd proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.

 

Müsahibələrdə iştirak etmiş şəxslərin namizədliklərinin təqdim edilməsi ilə bağlı nəticələr cari ilin mart ayının ilk həftəsi elektron ərizə sistemi üzrə hesablar vasitəsilə bildiriləcək.


3 il əvvəl