• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Vərəm və COVID-19 haqqında nələri bilməliyik?” adlı maarifləndirici tədbir keçirilib

“Uşaqlar gələcəyimizdir!” şüarı altında “Vərəm və COVID-19 haqqında nələri bilməliyik?” adlı maarifləndirici tədbir keçirilib.   Tədbir "Sağlamlığa Xidmət" İctimai Birliyi və Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının birgə təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Regional Vərəm Proqramı (TB REP 2.0) və Azərbaycanda Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının dəstəyi ilə baş tutub.   Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, Təhsil Nazirliyinin Fəaliyyət Planında uşaqların sağlamlığı ilə bağlı məsələlər  ən prioritet məsələlərdən biridir. Nazir müşaviri qeyd edib ki, nazirlik tərəfindən bu istiqamətdə bir sıra layihələr həyata keçirilir. Təhsil müəssisələrində infeksion və qeyri-infeksion xəstəliklər barədə mütəmadi maarifləndirmə tədbirləri təşkil edilir. O cümlədən, təhsil müəssisələrində ənənəvi təhsilə keçidlə bağlı hazırda COVID-19 əleyhinə müxtəlif tədbirlər təşkil edilir, gigiyena qaydalarına düzgün əməl etməklə bağlı mütəmadi məlumatlandırma aparılır.   Daha sonra çıxış edən UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri  Edvard Karvardin COVID-19 haqqında məlumatlandırma, pandemiya dövründə uşaqlara dəstək olma, onların bu prosesdən ən az təsirlənməsi ilə bağlı UNICEF tərəfindən həyata keçirilən layihələr barədə danışıb. Edvard Karvardin qeyd edib ki, vərəmlə mübarizə də pandemiya dövründə unudulmamalı və vərəmə yoluxan uşaqların müalicə və qayğıya əlçatanlığı təmin olunmalıdır.   TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva da öz növbəsində COVID-19 virusu ilə mübarizə çərçivəsində dövlət tərəfindən görüən işlər barədə danışıb. Vərəmlə mübarizə istiqamətində pandemiya dövründə yaranmış çətinlikləri vurğulayan Nəzrin Mustafayeva Con Hopkins Universiteti tərəfindən aparılmış "COVID-19 dövründə vərəmlə mübarizədə fasilələrin gələcək dövrlərdki fəsadları barədə modelləşdirmə" haqqında da məlumatı diqqətə çatdırıb.   Stop TB Tərəfdaşlığının icraçı direktoru Lucica Ditiu və Moldovanın Səhiyyə Siyasəti və İslahatlar Mərkəzinin direktoru Stela Bivol, Azərbaycan Valideyn-Müəllim Assosasiyasının icraçı direktoru Şahin Rəcəbov və Azərbaycan üzrə Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı vərəmlə mübarizədə diqqət çəkilməli məsələlərdən birinin pediatrik vərəm olmasını vurğulayıblar. Bildirilib ki, COVID-19 virusu uşaqlara az təsir etsə də, vərəm onlardan yan keçmir və hər il dünyada 1 milyondan çox insan vərəmə yoluxur.    Sonda  Tık-tık xanım və Cırtdanın dialoqu dinlənilib, şagirdlər- Çiçək Hüseynli və Ziya Nəsibli "Vərəm və COVID-19" mövzusunda əhvalat danışıb, Nuray Rəhman isə “Mənə bir nağıl danış, ata” adlı mahnını ifa edib. Vərəmdən dünyasını dəyişmiş Frederik Şopenin xatirəsinə Bakı Musiqi Akademiyasının tələbəsi Zöhrə Ramazanlı tərəfindən “Nokturn” əsəri pianoda ifa olunub.   

Direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanı

Fevralın 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə üçün elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.   Sınaq imtahanında iştirak etmək istəyən şəxslər 19 fevral saat 15:00-dan 18:00-dək www.miq.edu.az/imtahan/login.php linkinə daxil olaraq şəxsiyyəti təsdiq edən sənədin fin kodunu və iş nömrəsini əlavə etdikdən sonra imtahanda iştirak edə bilərlər. Namizədlər həmçinin şəxsi kabinetlərində aktivləşdiriləcək “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq imtahana qatıla bilərlər.   Müsabiqənin test imtahanı mərhələsində olduğu kimi onlayn sınaq imtahanında da namizədlərə 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi üzrə 40, məntiq üzrə 20 test tapşırığı təqdim olunacaq. Hər namizəd sınaq imtahanında 1 dəfə iştirak etmək hüququna malikdir.

"Dərs vaxtı"nda elmin möcüzələri

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" və "ARB Günəş" telekanallarında "Dərs vaxtı" proqramının yayımı davam edir.    Əziz şagirdlər, indi biz "Dərs vaxtı"nda “Elmin möcüzələri”ndən də danışacağıq. Həm danışacağıq, həm də sizinlə birlikdə maraqlı təcrübələr aparacağıq.    "Elmin möcüzələri” adlı teledərslər həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. Sözügedən dərsləri hər həftənin I və IV günləri "Dərs vaxtı"nda izləməyi unutmayın.     Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən (https://www.facebook.com/tehsil.gov.az), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.  

Peşə təhsili üzrə teledərslərin 19 fevral cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 19 fevral tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.   Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

“Məktəb inspektoru” vakansiyasına namizədlərin seçimi davam edir

Fevralın 13-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan məktəb inspektoru vakansiyası üzrə yazılı imtahan keçirilib. 12 fevraladək qeydiyyatdan keçmiş 357 nəfərdən 37-si qadın, 18-i kişi olmaqla 55 namizədin vakansiya tələbləri nəzərə alınaraq seçim turunun I mərhələsində iştirakı təmin edilib.   Seçilmiş namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə keçirilən yazılı imtahan açıq və qapalı suallar olmaqla 1 saat davam edib. Müsabiqə mərhələsinin nəticələrinə əsasən, nəzərdə tutulan keçid balından (18 bal) 40 nəfər aşağı, 15 nəfər isə yuxarı nəticə əldə edib.   Müsabiqənin imtahan mərhələsindən uğurla keçən namizədlər 19-20 fevral tarixlərində müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.   Qeyd edək ki, yeni müraciətlərin son qəbul tarixi 26 fevraldır. Növbəti dəfə müsabiqənin imtahan mərhələsinin 28 fevral tarixində keçiriləcəyi nəzərdə tutulub.

Peşə təhsili pilləsi üzrə əyani tədris qismən bərpa olunub

15 fevral tarixindən etibarən peşə təhsili müəssisələrində praktiki məşğələlər üzrə dərslərin əyani formada təşkilinə başlanılıb.   Hazırda müəyyən ixtisaslar üzrə istehsalat təlimi və təcrübəsi ilə bağlı dərslərin əyani, ümumtəhsil fənləri və ixtisas modulları üzrə nəzəri dərslərin isə distant formada təşkili həyata keçirilir. İKT və turizm sahəsi üzrə müəyyənləşdirilmiş 9 ixtisas üzrə praktiki məşğələlərin (istehsalat təlimi və təcrübəsi) distant formada tədrisi davam etdirilir.    Ümumilikdə, istehsalat təlimi və təcrübəsi ilə bağlı dərsləri əyani formada təşkil edilən ixtisaslar üzrə təhsil alan tələbələrin sayı 18 860 nəfərdir ki, bu da ümumi tələbə sayının 88 faizinə bərabərdir.   İstehsalat təliminin təşkili zamanı təhsil müəssisəsində tələbə sıxlığının qarşısını almaq məqsədilə dərs cədvəllərində müəyyən dəyişikliklər edilib. Tədris planları və dərs cədvəllərinə əsasən, ixtisasdan asılı olaraq istehsalat təlimi dərsləri həftədə 2 dəfə əyani formada təşkil edilir. İstehsalat təcrübəsi dərsləri isə işəgötürən təşkilatlarda xüsusi karantin rejimi üzrə qaydalar və tələblər gözlənilməklə əyani təşkil edilir.   Peşə təhsili müəssisələrində təşkil edilən qısamüddətli kurslarda da əyani tədris bərpa edilib.    Qeyd edək ki, peşə təhsili müəssisələrində tədris prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən təşkil edilir. Əyani dərslərin bərpası ötən dövrdə onlayn dərslər və teledərslər zamanı qazanılmış nəzəri bilik və bacarıqların praktiki məşğələlərdə möhkəmləndirilməsi, həmçinin praktiki bacarıq və səriştələrin əldə edilməsinə imkan yaradacaq.

İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir

ABŞ-ın Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində “Təhsil ixtisası" üzrə 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir.   Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir və bu müddət tam olaraq Azərbaycanda keçirilir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.   Proqrama son müraciət tarixi 20 aprel 2021-ci ildir.    İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür.

“Yeni çağırışlar”da dünyaca məşhur təhsil tədqiqatçısı Pasi Sahlberg qonaq olacaq

20 fevral saat 11:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Bu dəfə verilişin qonağı dünyaca məşhur finlandiyalı professor, təhsil tədqiqatçısı Pasi Sahlberg olacaq. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.   Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqramda Finlandiya təhsilinin uğur təcrübəsi, təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı, gələcəyin məktəblərindən danışılacaq.   Pasi Sahlberg həm də Finladiya təhsil sistemini dünyaya tanıdan professor olaraq məşhurdur. Karyerasına müəllim kimi başlayan Pasi Sahlberg fəaliyyətini Finlandiya Təhsil və Mədəniyyət Nazirliyində baş direktor, Harvard Universitetinin qonaq professoru, Dünya Bankının baş təhsil mütəxəssisi, Avropa Təlim Fondunun aparıcı təhsil mütəxəssisi kimi davam etdirib. Azərbaycan, Türkiyə, Orta Şərq və Rusiya Federasiyası da daxil olmaqla dünyanın bir çox təhsil liderlərinin məsləhətçisi olub. Hazırda Avstraliyanın "New South Wales" Universitetinin təhsil siyasəti üzrə professoru, Şotlandiyanın birinci naziri və Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin beynəlxalq müşaviridir. Harvard, Toronto, Stanford, Columbia, Vanderbilt, King’s College London, Melbourne və digər universitetlərdən çıxış üçün dəvət alan professor təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı kimi mövzulardan danışır. Bir çox nüfuzlu mükafatlar, eləcə də müəllifi olduğu "Fin dərsləri: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələri öyrənə bilər?" (Finnish Lessons: What Can the World Learn from Educational Change in Finland) adlı kitabı ilə dünyanı dəyişdirmə potensialı ideyasına görə "Grawemeyer" mükafatını qazanıb.   Pasi Sahlberg “Uşaqlar oynasın: oyunlar məktəblərimizi xilas edəcək və uşaqları inkişaf etdirəcək” (Let the Children Play: How more play will save our schools and help children thrive) və "Müəllimlərə güvənirik: dünya səviyyəli məktəblər üçün Fin yolu”  (In Teachers We Trust: The Finnish way to world-class schools) kitablarının həmmüəlifidir. 2021-ci ildə “Fin dərsləri 3.0: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələr öyrənə bilər?” (Finnish Lessons 3.0: What Can the World Learn from Educational Change in Finland) adlı yeni kitabı çap edilib.   Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az  ) tanış ola bilərsiniz.

Direktorların işə qəbulu üzrə ilk dəfə onlayn sınaq imtahanı keçiriləcək

Fevralın 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.   Sınaq imtahanında iştirak etmək istəyən şəxslər 19 fevral saat 15:00-dan 18:00-dək www.miq.edu.az/imtahan/login.php linkinə daxil olaraq şəxsiyyəti təsdiq edən sənədin fin kodunu və iş nömrəsini daxil etdikdən sonra imtahanda iştirak edə bilərlər. Namizədlər həmçinin şəxsi kabinetlərində aktivləşdiriləcək “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq imtahana qatıla bilərlər.   Müsabiqənin test imtahanı mərhələsində olduğu kimi onlayn sınaq imtahanında da namizədlərə 90 dəqiqə ərzində əmək və təhsil qanunvericiliyi üzrə 40, məntiq üzrə 20 test tapşırığı təqdim olunacaq. Hər namizəd sınaq imtahanında 1 dəfə iştirak etmək hüququna malikdir.  

V qrant müsabiqəsi barədə onlayn vebinar

18 fevral saat 11:00-da “Təhsildə inkişaf və innovasiyalar üzrə" V qrant müsabiqəsi barədə onlayn vebinar təşkil ediləcək.   Müsabiqə barədə ümumi məlumatlılığın artırılması məqsədilə keçirilən vebinar Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı