• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Daha iki ali təhsil müəssisəsinə akkreditasiya şəhadətnamələri təqdim edilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Bakı Slavyan Universiteti və Bakı Xoreoqrafiya Akademiyasında akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Proses təhsil naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq baş tutub. 

 

Akkreditasiya qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış ekspertlərdən ibarət Komissiya tərəfindən aparılıb. Qiymətləndirilmə nəticəsində hazırlanan Yekun Hesabatlar əsasında hər iki ali təhsil müəssisəsinin növbəti 5  il müddətinə akkreditasiya olunmasına dair

Təhsil Nazirliyi Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib. Müvafiq qərara əsasən, Agentlikdə hər iki ali təhsil müəssisəsinə akkreditasiya şəhadətnamələri təqdim edilib.

 

Qeyd edək  ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” yeni redaksiyada təsdiq olunub. Həmin qaydalar tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq,  Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.


3 il əvvəl