• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Akkreditasiya olunmuş ali təhsil müəssisələrinin monitorinqi həyata keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin akkreditasiya olunmuş 5 filialının monitorinqi həyata keçirilib. Monitorinqin  həyata keçirilməsində məqsəd akkreditasiya qiymətləndirilməsi zamanı Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icra vəziyyətinin məsafədən qiymətləndirilməsi olub. Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq monitorinq məsafədən və akkreditasiya sonrası filiallar tərəfindən təqdim edilən tədbirlər planlarının əsasında aparılıb.   Monitorinq zamanı tövsiyələrin icrasından məsul struktur bölmə rəhbərləri , eləcə də filialların direktorları ilə müsahibələr təşkil olunub. Müsahibələrin nəticəsi və eyni zamanda filialların təqdim etdiyi təsdiqləyici sənədlərin əsasında Akkreditasiya Kommissiyalarının yekun hesabatlarında verilmiş tövsiyələrin icra vəziyyəti qiymətləndirilib.   Qeyd edək ki,  Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən, təhsil müəssisələri akkreditasiya sonrası Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrası ilə bağlı fəaliyyət planı hazırlayaraq təsdiq üçün Agentliyə təqdim edir. Agentlik isə həmin fəaliyyət planının icrasına nəzarət edərək illik hesabatları təhlil edir.

Təhsil naziri Türkiyəyə səfəri çərçivəsində növbəti görüşlər keçirib

Təhsil naziri Emin Əmrullayevin Türkiyəyə səfəri davam edir.    Səfər çərçivəsində fevralın 23-də Təhsil Nazirliyinin nümayəndə heyəti ilk öncə Çankaya Peşə və Texniki Liseyini ziyarət edib, müəssisədəki tədris prosesi ilə yaxından tanış olub.    Daha sonra təhsil naziri Emin Əmrullayev və Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdulla Eren arasında görüş keçirilib. Görüşün sonunda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında Niyyət Məktubu imzalanıb. Sənəd Azərbaycan Respublikası vətəndaşlarına Türkiyə Respublikasında doktorantura səviyyəsində təhsil almağa və tədqiqat aparmağa əlavə imkanlar yaradacaq.   Günün ikinci yarısında nümayəndə heyəti Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Bilkənd Universitetində olub. Ziyarət zamanı iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşməsinin vacibliyi vurğulanıb, tələbə-müəllim heyətinin mübadiləsi imkanları müzakirə olunub.   Fevralın 23-də təhsil naziri həmçinin Ali Təhsil Şurasını ziyarət edib. Ziyarət çərçivəsində Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti, ali təhsil sahəsində qurumlararası əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Direktorların işə qəbulu üzrə test imtahanı mərhələsi başlayır

Cari ilin 6-7 mart tarixlərində respublika üzrə Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək.   Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 3300-dən çox namizədin iştirakı nəzərdə tutulub.   İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq.   Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.   Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 623 vakant yer çıxarılıb. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.   Namizədlər aşağıdakı linklərə daxil olaraq test imtahanı proqramı və izahlı test tapşırığı nümunələri ilə tanış ola bilərlər: https://edu.gov.az/upload/file/xeber/2020/10/test_imtahan_proqrami.pdf https://edu.gov.az/uploads/news/02/test-numuneleri.pdf

Məktəblərdə “COVİD-19”-la bağlı vəziyyətə dair məlumat

 Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 1-21 fevral tarixlərində ölkə ərazisində 4427 məktəb, 71 764 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120 000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub.   1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi),  virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib. Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri  Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

Növbəti onlayn sınaq imtahanı keçiriləcək

Fevralın 25-də direktor vəzifəsinə işə qəbul üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək.   İmtahanda fevral ayının 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər. Qeyd edək ki, əvvəlki sınaq imtahanında 1955 namizəd iştirak edib. Həmin namizədlər şəxsi səhifələrindən “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq “İmtahanlar” bölməsindən doğru və səhv cavablandırdığı suallarla tanış ola bilərlər.  

Peşə təhsili üzrə teledərslərin 23 fevral cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 23 fevral tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.   Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

“Qarabağ abidələri” adlı respublika onlayn rəsm və əl işləri müsabiqəsinə start verilib

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsinə start verilib.   22 fevral - 22 aprel tarixlərində onlayn platformada təşkil olunan müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə doğma vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.   Müsabiqə 3 yaş qrupu (8-10, 11-14,15-17), “Rəsm” və “Əl işləri (maketlər)” nominasiyaları üzrə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Müsabiqəyə rəsm, tətbiqi sənət və əl işləri sahələri üzrə müəllimlər də dəvət olunur.   Müsabiqə 3 mərhələdə keçilir:    I mərhələ - 22 fevral - 31 mart 2021-ci il. Bu mərhələdə təhsil müəssisələrinin təşkilat komitələri tərəfindən hər yaş qurupu üzrə seçilmiş iştirakçıların, eləcə də müsabiqəyə qatılan müəllimlərin rəsm və əl işlərinin fotosu qarabagh.abideleri2021@gmail.com elektron ünvanına göndərilməlidir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, 1 iştirakçı 1 nominasiya üzrə iştirak edə bilər.   II mərhələ - 1 - 10 aprel 2021-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə qaliblər müəyyənləşdirilir.   III mərhələ - 22 aprel 2021-ci il. Yekun mərhələdə hər yaş qrupu üzrə bir iştirakçı və bir müəllim Qran-pri mükafatı ilə, qaliblər diplom və sertifikatlarla təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.   Müsabiqə ilə bağlı sual yarandığı halda +994124215466 və +994124214191 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz. 

Koreyada təqaüd proqramı üzrə sənəd qəbulu başa çatır

Koreya Respublikası tərəfindən 2021-2022-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib. Bakalavriat, magistratura və doktorantura, eyni zamanda tədqiqat üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak etmək istəyənlər sənədlərini 5 mart 2021-ci il tarixinədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.   Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfəri davam edir

Təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfəri davam etməkdədir.   Səfər çərçivəsində fevralın 22-də təhsil naziri Ankara şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbi ziyarət edib, müəssisədə yaradılan şəraitlə tanış olub.   Günün ikinci yarısında təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk arasında görüş keçirilib. Görüş zamanı ümumi və peşə təhsili sahəsində qarşılıqlı əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Tərəflər arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un əhəmiyyəti xüsusi şəkildə vurğulanıb.    Görüşün sonunda hər iki nazir mətbuat üçün açıqlamalar verib.   Fevralın 22-də nümayəndə heyəti həmçinin Ankara Universitetində olub. Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüş zamanı təhsil naziri Emin Əmrullayev pandemiya dövründə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Tibb Universitetinin tələbələri üçün Ankara Universiteti tərəfindən bir sıra ixtisaslar üzrə məsafədən təhsilin təşkilinə görə rektor Necdet Ünüvara təşəkkürünü bildirib.   Nümayəndə heyəti universitetdə Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş tədbirdə də iştirak edib. Tədbir zamanı təhsil naziri Emin Əmrullayev,  Ankara Universitetinin rektoru Necdet Ünüvar, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Xəzər İbrahim çıxış ediblər. Tədbirdə həmçinin Ankara Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Cavid Abdullazadə “Xocalıya akademik baxış” mövzusunda təqdimatla çıxış edib.   Günün sonunda Təhsil Nazirliyinin nümayəndə heyəti Milli Təhsil Nazirliyinə bağlı Ölçmə və Dəyərləndirmə Mərkəzini ziyarət edib və pandemiya dövründə təhsilin təşkilinə dair Türkiyə təcrübəsi ilə yerində tanış olmaq imkanını qazanıb.

Media nümayəndələri üçün onlayn təlim

Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təhsildən yazan jurnalistlər üçün onlayn silsilə təlimlərə start verilir.   “2007-2015-ci il Dövlət Proqramı” məzunlarının iştirakı ilə 24 fevral 2021-ci il tarixində media üçün onlayn təlim keçiriləcək.    Təlim "Sosial media marketinqi nədir?”, “SMM kanalları və onların özəllikləri”, “PR və təhsil sahəsində SMM-in rolu” mövzularını əhatə edir.    Təlim saat 11:00-dan 13:00-dək nəzərdə tutulur.    İştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün son tarix 23 fevral saat 20:00-dır.   Qeydiyyat üçün link: https://form.jotform.com/210242852278454

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı