• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İctimaiyyətlə əlaqələrə məsul şəxslər üçün təlim

Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli təhsili idarəetmə qurumlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim keçiriləcək.   Təlimin təşkilində məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair  iş keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.   Təlim rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi  internet saytının və sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsi, media ilə əlaqə, böhran vəziyyətlərində kommunikasiya, daxil olan sorğuların operativ cavablandırılması kimi mövzuları əhatə edir.   Qeyd edək ki, bu istiqamətdə təlimlərin mütəmadi təşkili nəzərdə tutulur.

“Dərs vaxtı” telelayihəsinin bir ili

Ümumtəhsil məktəblərinin şagirdləri üçün koronavirus (COVID -19) pandemiyası ilə əlaqədar ötən ilin 11 mart tarixindən “Dərs vaxtı” telelayihəsinə start verilib. Bu layihə çərçivəsində indiyədək ümumilikdə 7600-dən çox dərs yayımlanıb, gün ərzində 36-38, bir ay ərzində isə 800-dək teledərs yayımlanır.   Təhsil Nazirliyinin təşkilatçılığı ilə hazırlanan teledərslər artıq bir ildir ki, həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanır. Teledərslər həm Azərbaycan, həm də rus bölmələri üzrə bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. İbtidai siniflərdə “Azərbaycan dili”, “Rus dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, “Musiqi”, “İnformatika-rəqəmsal bacarıqlar”, V-XI siniflərdə isə “Azərbaycan dili”, “Rus dili”, “Riyaziyyat”, “Xarici dil”, “Azərbaycan tarixi”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” və “İnformatika-rəqəmsal bacarıqlar” fənləri üzrə videodərslər təqdim edilir.   Həmçinin “Dərs vaxtı” çərçivəsində məktəbəhazırlıq dərsləri, məktəbdənkənar fəaliyyət, bir sıra peşə ixtisasları, müxtəlif fənlər üzrə inteqrativ dərslər, “Virtual məktəb”də müəllimlərə dəstək, “Qüvvət elmdədir (Nizami Gəncəvi - 880)” və “Elmin möcüzələri” kimi telelayihələr, xüsusi təhsil və STEAM dərsləri də yayımlanmaqdadır.   Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən (https://www.facebook.com/tehsil.gov.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

“Qarabağın musiqi tarixi – aşıq sənəti” müsabiqəsinə yekun vurulub

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı gənc aşıqların onlayn respublika müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Aşıqlar Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunub. “COVİD-19” pandemiyası ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgər sənətinin təbliği, Qarabağ aşıq sənətinin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bu sahənin ölkəmizin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarət olub.  Tədbirin rəsmi açılış mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Azərbaycan Aşıqlar Birliyinin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və  əməkdar incəsənət xadimi, YUNESKO-nun qeyri-maddi irsinin eksperti Sənubər Bağırova çıxış ediblər. Müsabiqənin münsiflər heyətində Azərbaycan  Dövlət  Mədəniyyət  İncəsənət  Universitetinin dosenti Əhliman Rəhimov, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin dosenti Fəzail Orucov, əməkdar artist, Azərbaycan Dövlət Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, Şuşa Humanitar Kollecinin müəllimi Məharət Şərifli təmsil olunub. Müsabiqə qalibləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin diplom və dəyərli hədiyyələri ilə mükafatlandırılıb, digər iştirakçılara isə sertifikatlar təqdim olunub. Qeyd edək ki, müsabiqə 4 yaş qrupu (9-11, 12-14, 15-17, 18-20) və 3 nominasiya – “Qarabağa aid müxtəlif xarakterli aşıq havaları”, “Gözəlləmə”, “Müxəmməs” üzrə 2 mərhələdə təşkil edilib və ümumilikdə 200 nəfər iştirak edib. Müsabiqə çərçivəsində aşıq sənəti üzrə peşəkar müəllimlər tərəfindən Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş onlayn ustad dərsləri təşkil edilib. Canlı yayımlanan ustad dərslərinin videoçarxlarına geniş auditoriya tərəfindən 66 000 izləmə sayı qeydə alınıb.   

“Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək

Ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir. Müsabiqə “Heydər Əliyev və Qarabağ” başlığı altında müəyyən olunmuş mövzular əsasında təşkil ediləcək. Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə video formatda təşkil ediləcək. “Ən yaxşı təqdimat” müsabiqəsinin ilk mərhələsi 2021-ci ilin mart ayında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçiriləcək.  

Macarıstanda təhsil

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil almaq üçün müsahibə mərhələsindən toplanılan bala və hər bir ixtisas istiqaməti üzrə qarşı tərəfin ayırdığı kvotaya uyğun olaraq ilkin mərhələdə 200 nəfər əsas, 40 nəfər isə ehtiyat olaraq qarşı tərəfə təqdim edilib. Müsbət məqam ondan ibarətdir ki, namizədliyi təqdim edilən şəxslərin böyük əksəriyyəti bakalavrdan sonrakı təhsil səviyyəsi, o cümlədən 163-ü magistratura, 26-sı isə doktorantura, 11-i bakalavriat səviyyəsi üzrə olub. Aşağıdakı 4 ixtisas istiqaməti üzrə rəqabət yuxarı olsa da, “kənd təsərrüfatı və su idarəetməsi”, “turizm” və yeni əlavə edilən “səhiyyə elmləri” ixtisas istiqamətləri üzrə rəqabətlilik aşağı olub:   - “iqtisadiyyat, biznes və idarəetmə” kvotası üzrə 300 nəfər 50 yer üçün (1/6); - “mühəndislik, informasiya texnologiyaları, texnologiyalar”ı kvotası üzrə 214 nəfər 75 yer üçün (1/2.8); - doktoranturada “istənilən maraq dairəsi” kvotası üzrə 46 nəfər 25 yer üçün (1/1.8); - “beynəlxalq münasibətlər” kvotası üzrə 19 nəfər 5 yer üçün (1/3.8).   Əvvəlki illərlə müqayisədə 2021-2022-ci tədris ili üçün ərizəçilərin sayının çox olması, bu ölkədə təhsilə marağın artması, eyni zamanda nazirliyə olan çoxsaylı müraciətlər nəzərə alınaraq, ehtiyat namizədlərin kvotasının 80 nəfərə çatdırılması qarşı tərəflə razılaşdırılıb. Məlumat üçün bildiririk ki, ərizəçilərin yüksək akademik göstəriciləri yalnız onların müsahibə mərhələsinə buraxılışı üçün meyar hesab edilir.   Növbəti mərhələdə Macarıstan tərəfi iddiaçıların namizədliklərinin dəyərləndirilməsi məqsədilə müsahibə, sənədlərin qiymətləndirilməsi nəticəsində yekun qərarını bildirəcək.   Bununla yanaşı, 2021-2022-ci tədris ili üçün Macarıstan təqaüd proqramına müraciət edən və namizədliyi növbəti mərhələ üçün qarşı tərəfə təqdim edilməyən şəxslərin Nazirliyin təqdim etdiyi digər təqaüd proqramlarında iştirakı tövsiyə edilir. Müvafiq təqaüd proqramlarının siyahısı keçiddən əldə edilə bilər.   Əlavə olaraq bildiririk ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.   Vətəndaşlara bir daha bildirmək istərdik ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd təqaüd proqramına seçim zamanı heç bir rol oynamır. Eyni zamanda belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 - 1) məlumat versinlər.

Koreyalı mütəxəssislərin iştirakı ilə təlimlər

Azərbaycan və Koreya Hökumətləri arasında həyata keçirilən “Müəllimlərin Potensialının Artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin Yaradılması” texniki yardım layihəsi çərçivəsində təhsil işçiləri üçün təlimlər təşkil olunur.   Təlim proqramında iştirak üçün koreyalı mütəxəssislər tərəfindən Azərbaycanın müxtəlif bölgələrindən təhsil işçiləri üçün müsahibələr keçirilib və nəticədə 35 nəfər təlimlərdə iştirak hüququ qazanıb. Təlim proqramının məqsədi effektiv onlayn təhsilin təmin edilməsi üçün elektron məzmunun yaradılması istiqamətində Koreya təcrübəsindən faydalanmaqdır.   İştirakçılar təlimdə onlayn təhsil üçün tədris strategiyası və  təlim proqramlarının yazılması, hekayə lövhəsinin hazırlanması və dizaynı, video dərslərin çəkilişi və montaj olunması kimi nəzəri və praktik biliklərə yiyələnirlər. Təlim proqramını uğurla bitirən və beynəlxalq sertifikat əldə edən təhsil işçiləri təlimdə qazanılan biliklər əsasında elektron məzmunların yaradılmasında iştirak edəcəklər. Daha sonra hazırlanmış elektron məzmunların video çəkilişi məqsədilə studiyanın qurulması nəzərdə tutulur.   Qeyd edək ki, sözügedən təlimlər Təhsil İnstitutu və  Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin birgə dəstəyi ilə həyata keçirilir.

SABAH tələbələrindən yüksək nəticə

2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul imtahanında iştirak etmiş SABAH qrupları tələbələrinin 96,53 faizi keçid balını toplayıb. Tələbələrdən 1 nəfəri məntiq komponenti (50/50), 3 nəfəri isə ingilis dili komponenti üzrə maksimal bal (25/25) toplayıb.   Ümumilikdə Azərbaycanda magistratura səviyyəsinə qəbul imtahanında cari ildə məzun olacaq 766 nəfər SABAH tələbəsindən 432 nəfəri iştirak edib, onlardan 417 nəfəri keçid balını toplayıb.

Təhsil naziri İraqın ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb

Martın 10-da təhsil naziri Emin Əmrullayev İraq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori ilə görüşüb.   Görüş zamanı Azərbaycan Respublikası ilə İraq Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Məktəblərdə “COVİD-19”-la bağlı vəziyyətə dair məlumat

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 22 fevral - 10 mart tarixlərində ölkə ərazisində 4416 məktəb, 89223 sinifdə qismən ənənəvi tədris təşkil edilib.   22 fevral - 10 mart tarixlərində distant təhsilə keçirilmiş siniflərin sayı 302 (ümumi siniflərin 0.34 faizi), distant təhsilə keçirilmiş məktəblərin sayı 13-dür (ümumi məktəblərin 0.29 faizi). Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası,  Bakı şəhəri Müşfiqabad qəsəbəsi 274 və 320 nömrəli, Gəncə şəhəri 37 nömrəli və V.Əliyev adına 12 nömrəli,  Mingəçevir şəhəri  N.Nərimanov adına 1 nömrəli, Ağdam rayonu 19 nömrəli  və Əfətli kənd,  Şəki rayon Baş Zəyzid kənd və 9 nömrəli, Kəlbəcər rayon 1 nömrəli, Qazax rayonu İ. Şıxlı adına Kosalar kənd  və  Şəmkir rayon Dəllər-Cəyir kənd tam orta məktəbləridir.     Daha öncə distant təhsilə keçirilmiş Bakı şəhəri 82 nömrəli və 106 nömrəli tam orta məktəblərində tədris ənənəvi formada davam etdirilir.

Təhsil naziri Qətər Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb

Martın 10-da təhsil naziri Emin Əmrullayev Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.   Görüş zamanı Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, universitetlərarası əməkdaşlığın təşviq edilməsinin vacibliyi vurğulanıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı