• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktorluğa işə qəbul üzrə imtahanlar keçirilir

Cari ilin 19 mart tarixində Bakı şəhəri daxil olmaqla, 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun olaraq təşkil ediləcək.

 

6 mart tarixində keçirilmiş sonuncu seansda imtahana qeydiyyatdan keçərək iştirak edə bilməyən, həmçinin 7 mart tarixi üzrə seanslara çağırılmış şəxslər imtahanlarda iştirak edə bilərlər. İmtahan qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunur.

 

Namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları mütləqdir. İmtahan başlamamışdan yarım saat əvvəl imtahana qeydiyyat başa çatacaq. Namizədlər imtahan keçiriləcək binaya daxil olarkən tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər. Namizədlərdən şəxsi səhifələrində yerləşdirilən təlimatla tanış olmaları xahiş olunur.

 

Qeyd edək ki, dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

 

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!


3 il əvvəl