• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ekspert qrupu “Face-the-Case” seminarı üzrə onlayn təlimdə

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tanınma üzrə ekspert qrupu “Face-the-Case” seminarı çərçivəsində  Afrika regionu üzrə ilk təlimlərdə iştirak edib. Onlayn formatda keçirilən təlim tanınma üzrə dünya ölkələrinin məlumat mərkəzi şəbəkələri arasında məlumat mübadiləsini artıqmaq və qarşılıqlı təcrübələri bölüşmək üçün platforma rolunu oynayır.

 

 Təlimin əsas müzakirə mövzusu Afrika ölkələrində əldə edilmiş kvalifikasiyaların tanınmasında yaranan çətinliklər və tanınma prosesi zamanı diqqət yetirilməli məqamlar olub. Əlavə olaraq təqdim olunan sənədlərin legitimliyinin təsdiq edilməsi üçün metodlar müəyyənləşdirilir. Belə ki, Efiyopiya, Kotdivuar, Benin, Somali və Malavidə təhsil almış tələbələrin tanınma üçün təqdim etdikləri diplomların həqiqiliyi, onları təqdim edən ali təhsil müəssisələrinin statusu müzakirə olunub.

 

 Təhsildə Keyfiyyət Təminatı Agentliyinin elektron ərizə sistemində Afrika regionundan kvalifikasiyalarının tanınması üzrə ümumilikdə 233 ərizə qeydə alınıb. Sözügedən təlimlər ekspert qrupunun bu region üzrə daxil olan müraciətlərin ekspertizası zamanı daha da səmərəli fəaliyyətini təmin edəcək.

 

 Qeyd edək ki, ekspert qrupu bu təlimlərlə yanaşı, cari ilin may ayınadək ümumilikdə daha 4 region (Latın Amerikası, Asiya, Yaxın Şərq, Avropa) üzrə keçiriləcək təlimlərdə davamlı iştirak edəcək.


3 il əvvəl