• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan təhsilin rəqəmsal transformasiyası üzrə platformada iştirak edir

“Microsoft” korporasiyasının formalaşdırdığı, YUNESKO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin Rəqəmsal Transformasiyası üzrə Dünyanın Lider Ölkələri” koalisiyasının görüşü keçirilib.
 

Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi”ndən irəli gələn fəaliyyətlər sırasında nazirliyin qeyd olunan platformada iştirakı nəzərdə tutulub.
 

Onlayn formatda keçirilmiş görüşdə rəqəmsal texnologiyalardan istifadə etməklə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin hamı üçün əlçatanlılığın təmin edilməsi və bu sahədə reallaşdırılan pilot layihələr barədə təqdimatlar edilib və ölkələr arasında müzakirələr aparılıb.
 

Görüşdə iştirak edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Azərbaycanda pandemiya dövründə tətbiq olunmuş “Virtual məktəb” platforması haqqında məlumat verib və post-pandemiya dövründə aktiv istifadəçi sayı 1 milyonu keçən onlayn mühitin yeni istifadə imkanlarını müzakirə edib.
 

Görüş zamanı gələcək üçün lazım olan iş və bacarıqların transformasiyası, gələcək tələbələrin formalaşdırılması və məsafədən tədrisdə müəllimlərin yeni rolu, təhsil sistemində bərabərliyin təmin edilməsi üzrə hökumətlər tərəfindən istifadə olunan data və analitik alətlər əsas müzakirə mövzuları olub. Bununla yanaşı, tədbirdə süni intellekt, kompüter elmlərinin tədrisində yeni yanaşmalar, müəllimlərin peşəkar inkişaf proqramları, təhsilin idarəolunmasında informasiya sistemləri üzrə pilot layihələrin təqdim olunduğu sessiyalar keçirilib.

 


3 il əvvəl