• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəbə hazırlaşan uşaqlar fotoobyektivdə

“44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsinə start verilib

Təhsil Nazirliyinin dəstəyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında "44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsinə start verilib.    Müsabiqə təsviri sənət, şeir və esse nominasiyalar üzrə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda və 3 mərhələdə onlayn platformada keçirilir.   Müsabiqənin aşağıdakı mərhələlər üzrə keçirilməsi nəzərdə tutulur:   I mərhələ - 4-20 oktyabr 2021-ci il. Müsabiqəyə qatılmaq istəyən iştirakçılar Təsviri sənət nominasiyası üzrə əl işlərinin fotoşəklini incesenet.art@list.ru şeir nominasiyası üzrə videogörüntüləri biz.birinci@gmail.com esse nominasiyası üzrə işləri ugim.esse@mail.ru elektron poçt ünvanlarına göndərməlidir.   II mərhələ - 20 oktyabr-4 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən qiymətləndirilmənin aparılması və qaliblərin müəyyənləşdirilməsi. Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.   Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 597 13 42 və +994 50 497 97 55 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

“SABAH Magistratura” və ikili diplom proqramlarına qəbul olunan tələbələrlə görüş keçirilib

Oktyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Təhsil İnstitutu (ARTİ) tərəfindən ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” proqramı və ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında icra edilən ikili diplom proqramına 2021-2022-ci tədris ili üzrə qəbul olunan tələbələrlə görüş keçirilib.   Görüşdə təhsil naziri Emin Əmrullayev, ADPU-nun rektoru Cəfər Cəfərov və digər qonaqlar iştirak ediblər.   Tədbirdə giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov tədbir iştirakçılarına rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, yeniliklər və proqramlar haqqında ətraflı məlumat verib.    Təhsil naziri Emin Əmrullayev görüşün məqsədinin beynəlxalq ikili diplom proqramı və “SABAH Magistratura” proqramından gözləntilərin müzakirəsi olduğunu bildirib. Yeni tədris ilinin ötən illərdən fərqli olduğunu vurğulayan Emin Əmrullayev deyib ki, qeyd olunan ikili diplom və “SABAH Magistratura” proqramı, o cümlədən “SABAH qrupları” layihəsinin Azərbaycan təhsilində özünəməxsus yeri var və bu proqramlar sürətli şəkildə kadr hazırlığı, hər bir təhsilalana keyfiyyətli təhsil vermək məqsədi daşıyır.    Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirmədə iştirak etmiş şəxslərin nəzərinə!

Vətəndaşlara xidmət səviyyəsinin artırılması məqsədi ilə əvvəlki illərdə keçirilmiş müəllimlərin işə qəbulu üzrə test və diaqnostik qiymətləndirmə imtahanlarında iştirak etmiş şəxslərə portal.edu.az vasitəsi ilə imtahan nəticələri ilə bağlı məlumat əldə etmək imkanı yaradılıb. Belə ki, əvvəlki illərdə imtahanlarda iştirak etmiş şəxslər qeyd olunan sayt vasitəsi ilə imtahan nəticələri barədə elektron arayış əldə edə bilərlər. Bunun üçün onlar portal.edu.az saytında qeydiyyatdan keçdikdən sonra "Arayış əldə etmək üçün müraciət" bölməsinə daxil olmalı və müvafiq seçimlər etdikdən sonra müraciətlərini tamamlamalıdırlar. Proqram təminatı vasitəsi ilə bir neçə saniyədə təqdim olunan elektron arayışda imtahan iştirakçısının məlumatları, imtahanda iştirak ili, imtahan nəticəsi (ixtisas üzrə topladığı bal göstərilməklə) qeyd olunur.   Hər hansı bir səbəbdən ötən illərdəki imtahan nəticələrini əldə etmək istəyən şəxslər qeyd olunan formada müraciət edərək asanlıqla nəticələri barədə ətraflı məlumat əldə edə bilərlər.

"Zəfər ilinin müəllimi" layihəsinə start verilir

Təhsil Nazirliyi "Zəfər ilinin müəllimi" adlı layihəyə start verir. Layihə bu ilin sonunadək davam edəcək.    Sözügedən layihə çərçivəsində Təhsil Nazirliyinin internet resurslarında 44 günlük Vətən müharibəsində döyüşən, o cümlədən şəhid olan müəllimlərimiz haqqında posterlərin, yazı, müsahibə, videosüjetlərin hazırlanaraq #ZəfərİlininMüəllimi həştəqi altında yayımı nəzərdə tutulur.    Bundan əlavə, hər kəs layihəyə uyğun olaraq sosial şəbəkələrdə #ZəfərİlininMüəllimi həştəqi altında müvafiq paylaşımlar edə bilər.    Qeyd edək ki, layihənin məqsədi Vətən müharibəsi iştirakçısı olmuş müəllimlərin geniş ictimaiyyətə tanıdılmasıdır.

“2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi

Prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Təhsil Nazirliyi “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi elan edir.   Müsabiqədə iştirak üçün müraciət sənədləri 5 - 18 oktyabr 2021-ci il tarixlərində elektron formada musabige@edu.gov.az ünvanına göndərilməlidir.    Layihələrin qəbulu üçün son müddət 18 oktyabr 2021-ci il saat 21:00 müəyyənləşdirilib.   Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.   “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin elanı

“Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

Peşə təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə Təhsil Nazirliyi “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi elan edir. Müsabiqədə iştirak üçün müraciət sənədləri 5 - 18 oktyabr 2021-ci il tarixlərində elektron formada musabige@edu.gov.az ünvanına göndərilməlidir. Layihələrin qəbulu üçün son müddət 18 oktyabr 2021-ci il saat 21:00 müəyyənləşdirilib. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.   “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı

“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

Ali və orta ixtisas təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən təşəbbüslərin dəstəklənməsi məqsədilə Təhsil Nazirliyi “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda qrant müsabiqəsi elan edir.   Müsabiqədə iştirak üçün müraciət sənədləri 5 - 18 oktyabr 2021-ci il tarixlərində elektron formada musabige@edu.gov.az ünvanına göndərilməlidir.   Layihələrin qəbulu üçün son müddət 18 oktyabr 2021-ci il saat 21:00 müəyyənləşdirilib.   Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.     “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı  

Bərdə Peşə Liseyinin açılışı olub

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə Peşə Liseyinin açılışında iştirak edib. Ölkə başçısı Bərdə Peşə Liseyində yaradılmış şəraitlə yaxından tanış olub.     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məlumat verilib ki, peşə liseyində aparılan yenidənqurma işləri nəticəsində beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunmuş 4 mərtəbəli tədris binası, hər biri 192 yerlik olan 2 yataqxana, 3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikintisi həyata keçirilib.    Bildirilib ki, 2021-2022-ci tədris ilindən başlayaraq ilk dəfə olaraq yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparan 6 peşə təhsil müəssisəsindən biri də Bərdə Peşə Liseyidir. Ümumilikdə 4 regionda həyata keçirilən sözügedən təhsil səviyyəsinə qəbul Bərdə Peşə Liseyində nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə), binaların tikintisi və istismarı, sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı, sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı, baytarlıq və heyvandarlıq işi, həmçinin mühasibat uçotu ixtisasları üzrə aparılıb. Yeni tədris ilindən başlayaraq tədris yenilənmiş kurikulumlar əsasında həyata keçirilir. Tələbələrin liseydə ödənişsiz əsaslarla təhsil alaraq dövlət təqaüdü almaq imkanları var.                Heyvandarlıq, bitkiçilik, aqroservis və avtomobil təmiri istiqaməti üzrə ixtisaslaşan Bərdə Peşə Liseyinə yeni tədris ilindən etibarən elan olunan 600 yer üzrə  533 nəfər tələbənin qəbulu həyata keçirilib. 2021-2022-ci tədris ilində 1150 yerlik liseydə avtomobil təmiri çilingəri, geniş-profilli traktorçu maşinist, heyvandarlıq mütəxəssisi, bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi və kompüter operatoru ixtisaslarının tədrisi aparılmaqdadır.    Qeyd edək ki, ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Yeni istifadəyə verilən Bərdə Peşə Liseyi də bu istiqamətdə həyata keçirilən layihələrdən biridir.

SABAH qruplarına professor-müəllim heyətinin seçimi yekunlaşıb

11 ali təhsil müəssisəsini əhatə edən SABAH qruplarına, eləcə də SABAH qrupları layihəsi modeli çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) xüsusi pilot qrupuna 2021-2022-ci tədris ili üçün professor-müəllim heyətinin seçimi başa çatıb. Müəllim seçimi mərkəzləşdirilmiş qaydada iki mərhələdən (təqdim olunmuş sənədlər əsasında ilkin qiymətləndirmə və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilib.   Müsabiqədə iştirak üçün 117 vakant fənn üzrə 899 müraciət daxil olub. Müraciət edənlərdən 380 nəfəri müsahibə mərhələsinə keçib.   13 və 15 iyul tarixlərində keçirilən müsahibə zamanı 6 ixtisas istiqaməti (humanitar-sosial, təhsil və dil, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, idman) üzrə komissiyalar təşkil olunub. SABAH qruplarına yeni tədris ili üçün müəllim seçimi müsabiqəsindən 108 yeni müəllim seçilib və müvafiq ali təhsil müəssisələrində tədrisə başlayıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı