• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“SABAH Magistratura” və ikili diplom proqramlarına qəbul olunan tələbələrlə görüş keçirilib

Oktyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Təhsil İnstitutu (ARTİ) tərəfindən ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” proqramı və ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında icra edilən ikili diplom proqramına 2021-2022-ci tədris ili üzrə qəbul olunan tələbələrlə görüş keçirilib.

 

Görüşdə təhsil naziri Emin Əmrullayev, ADPU-nun rektoru Cəfər Cəfərov və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov tədbir iştirakçılarına rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, yeniliklər və proqramlar haqqında ətraflı məlumat verib. 

 

Təhsil naziri Emin Əmrullayev görüşün məqsədinin beynəlxalq ikili diplom proqramı və “SABAH Magistratura” proqramından gözləntilərin müzakirəsi olduğunu bildirib. Yeni tədris ilinin ötən illərdən fərqli olduğunu vurğulayan Emin Əmrullayev deyib ki, qeyd olunan ikili diplom və “SABAH Magistratura” proqramı, o cümlədən “SABAH qrupları” layihəsinin Azərbaycan təhsilində özünəməxsus yeri var və bu proqramlar sürətli şəkildə kadr hazırlığı, hər bir təhsilalana keyfiyyətli təhsil vermək məqsədi daşıyır. 

 

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.


2 il əvvəl