SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
SABAH qruplarına professor-müəllim heyətinin seçimi yekunlaşıb
11 ali təhsil müəssisəsini əhatə edən SABAH qruplarına, eləcə də SABAH qrupları layihəsi modeli çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) xüsusi pilot qrupuna 2021-2022-ci tədris ili üçün professor-müəllim heyətinin seçimi başa çatıb. Müəllim seçimi mərkəzləşdirilmiş qaydada iki mərhələdən (təqdim olunmuş sənədlər əsasında ilkin qiymətləndirmə və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilib.
Müsabiqədə iştirak üçün 117 vakant fənn üzrə 899 müraciət daxil olub. Müraciət edənlərdən 380 nəfəri müsahibə mərhələsinə keçib.
13 və 15 iyul tarixlərində keçirilən müsahibə zamanı 6 ixtisas istiqaməti (humanitar-sosial, təhsil və dil, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, idman) üzrə komissiyalar təşkil olunub. SABAH qruplarına yeni tədris ili üçün müəllim seçimi müsabiqəsindən 108 yeni müəllim seçilib və müvafiq ali təhsil müəssisələrində tədrisə başlayıb.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl