• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində “eTwinning Plus” layihəsi üzrə seminar keçiriləcək

11-13 oktyabr tarixlərində “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında ikitərəfli seminarın keçirilməsi nəzərdə tutulub.    “Media savadlılığı və dezinformasiya” mövzusunda təşkil olunacaq seminarın məqsədi hər iki ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin, “Avropa eTwinning” ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir.   Seminar çərçivəsində Türkiyədən 36 məktəb müəllimi,  36 nəfər yerli müəllim üçün media savadlılığı, dezinformasiyanın qarşısının alınması, rəqəmsal bacarıqlar, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olunacaq. Təlimlər yerli və türk  mütəxəssislər tərəfindən aparılacaq. Tədbirdə Türkiyə Milli Təhsil Nazirliyi rəsmilərinin də iştirakı gözlənilir.   Qeyd edək ki, ölkəmiz 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində ölkəmizdən indiyədək 927 məktəbdən 3224 müəllimin iştirakı ilə 3432 təhsil layihələri həyata keçirilib, bir çox yüksək beynəlxalq nailiyyətlər əldə edilib və Avropa ölkələri ilə eyni səviyyədə rəqabət aparılıb.   

“Bakı şəhəri açıq çempionatı”nın ilk mərhələsi başlayır

VI-IX siniflər arasında “Bakı şəhəri açıq çempionatı”nın ilk mərhələsinə start verilir.   Belə ki, sözügedən siniflər üzrə Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı Şəhər-Bakı” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” oyunu üzrə iki mərhələdən ibarət yarış təşkil ediləcək.   Birinci seçim mərhələsində iştirak etmək üçün respublika üzrə bütün məktəblərdən 200 komanda qeydiyyatdan keçib. Bu mərhələ 9 oktyabr tarixində onlayn formatda təşkil ediləcək və ən yaxşı nəticə göstərən 8 Bakı və 9 regional komanda oktyabrın 20-də Bakıda canlı keçiriləcək final mərhələsinə qatılacaq.     Qeyd edək ki, “Ağıllı Şəhər-Bakı” layihəsi artıq bir ildən çoxdur ki Təhsil Nazirliyi ilə əməkdaşlıq edərək, məktəblilər üçün Azərbaycan və rus dillərində həftəlik intellektual oyunlar keçirir. Bu müddət ərzində müxtəlif yaş kateqoriyalar üzrə respublika çempionatı və kuboku keçirilib.

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin II mərhələsi davam edir

Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilib. Bu mərhələyə test imtahanı nəticəsi 30 bal və daha çox olan namizədlər dəvət olunub.   Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.   Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir.   İndiyədək keçirilən müsahibələrdə 29 namizəd iştirak edib, onlardan 6-sı uğur qazanıb.   Qeyd edək ki, namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.   Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzulayır!

Gürcüstana 17 848 dərslik və metodik vəsait göndərilib

Oktyabrın 7-də Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2021-2022-ci tədris ili üçün 21 adda 17 848 nüsxə dərslik və metodik vəsait göndərilib.   Sözügedən dərs vəsaitləri Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil və Elm Nazirliyinə təhvil verilib.   Qeyd edək ki, “Ana dili və ədəbiyyat” dərsliklərinin mübadiləsi 20 dekabr 2011-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclası və 29 sentyabr 2021-ci il tarixində Bakıda keçirilmiş Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında qəbul olunmuş Protokola əsasən həyata keçirilir.   Son 5 ildə Təhsil Nazirliyi tərəfindən 95 710 ədəd dərslik və metodik vəsait Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə  göndərilib.

Orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmədə uğur qazananların nəzərinə!

Oktyabrın 7-dən ümumi orta ixtisas təhsili və tam orta təhsil bazası üzrə əlavə yerləşdirmədə uğur qazanan abituriyentlərin təhsil müəssisələrinə elektron qeydiyyatına start verilir.   Müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur.   Qeyd edək ki, qeydiyyat prosesi 12 oktyabr saat 23:59 tarixinədək davam edəcək və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

850 icma əsaslı qrupda əyani tədris davam edir

2021-2022-ci tədris ilində ölkənin 55 şəhər və rayonunda 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Bu qruplarda tədris pandemiya şəraitinə uyğun təyin olunmuş qaydalar çərçivəsində tamamilə əyani şəkildə təşkil olunub.   Ənənəvi olaraq, yeni tərbiyəçi-müəllimlər tədris ili başlamazdan əvvəl Bakıda keçirilən təlimlərdə iştirak ediblər. Bu təlimlərdə tərbiyəçi-müəllimlər valideynlərlə iş, öyrənmə mühitinin qurulması, məktəbəqədər yaşlı uşaqların sosial psixoloji adaptasiyası, sinfin idarə olunması və qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdiriblər.   Qeyd edək ki, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi barədə ətraflı məlumatı layihənin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: www.icmalayihesi.edu.az

Rusiyada təqaüdlü təhsil imkanı əldə et!

Rusiya Federasiyası (RF) tərəfindən 2022-2023-cü tədris ili üzrə RF federal büdcə hesabına elan edilən təhsil təqaüd proqramına müraciətlərin qəbulu davam edir.   Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq.   Təqaüd proqramına müraciət üçün son tarix 1 noyabr 2021-ci il nəzərdə tutulub.   Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

“SABAH qrupları” layihəsi Nobel festivalının tərəfdaşıdır

26-29 oktyabr tarixlərində Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsinin tərəfdaşlığı ilə “Gələcək artıq bu gündür” adlı III Orta Asiya Nobel Festivalı (Central Asia Nobel Fest) keçiriləcək. Dünya elm ulduzları və ixtiraçılarının çıxışları Qazaxıstan, Özbəkistan və Azərbaycan studiyalarından bütün dünyaya yayımlanacaq.   "Gələcək artıq bu gündür" onlayn elmi simpoziumunun əsas mövzusu dörd əsas istiqamətə həsr olunub: Yaşıl reallıq; Təhsil və gələcəyin peşələri; İnnovasiyalar əsri; İnsanlar üçün iqtisadiyyat. Bu dəfə festivalda dünya tarixçisi və çox satılan "Sapiens: İnsanlığın Qısa Tarixi" kitabının müəllifi Yuval Noah Harari, “Apple Siri” nin yaradıcısı və “Renault Group”un baş mühəndisi Luk Djuliya, nüfuzlu ekoloq və BMT-nin səfiri Ceyn Qudl, İsrailin startaplar üzrə aparıcı mütəxəssisi Conatan Medved, kriptovalyutalar üzrə dünyaca məşhur mütəxəssis Qarik Xilleman və digərləri çıxış edəcək. Onlarla birlikdə dünyanın ən nüfuzlu universitetlərindən- London İqtisad Məktəbi, MIT, Kaliforniya Universiteti, London Imperial Kolleci, Vaşinqton Universitetindən olan professorlar, həmçinin iri beynəlxalq korporasiyaların (Microsoft, Google, SAP, Chevron, Coca-Cola və digərləri) liderləri və aparıcı mütəxəssisləri festivalda iştirak edəcəklər.   Çıxışları izləmək üçün qeydiyyat linki: https://nobel-fest.inpolicy.net

Azərbaycan Təhsil Şəbəkəsinin imkanları genişləndirilir

Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) hazırda 4299 təhsil müəssisəsi qoşulub və ölkə üzrə təhsil müəssisələrinin 92 faizi əhatə olunub. Hazırda 2021-ci ilin sonunadək şəbəkə çərçivəsində ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 təhsil müəssisənin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində işlər aparılır.   2020-ci ilədək ölkə üzrə 277 mindən çox şagirdi və 19 min müəllim heyətini əhatə edən 203 təhsil müəssisəsi artıq sürətli fiber-optik bağlantı ilə şəbəkəyə qoşulub.   Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində yaradılan imkanlar   Dayanıqlı intranet (lokal şəbəkə infrastrukturu) xidməti. ATŞ-nin ən böyük üstünlüklərindən biri də təkcə internetə çıxışın deyil, eləcə də müəssisədaxili və müəssisələrarası lokal şəbəkələrin – intranetin təmin edilməsindən ibarətdir. Bu isə o deməkdir ki, təhsil müəssisələrində internet trafik istifadə etmədən Təhsil Nazirliyinin Məlumat Mərkəzində yerləşən Azərbaycan dilli elektron təhsil resurslarından faydalanmaq, şəbəkə daxilində məlumatları operativ ötürmək və qəbul etmək mümkündür. ATŞ-nin nəinki təhsil müəssisələrini, təhsil idarələri və şöbələrini də əhatə etdiyi nəzərə alınsa, vahid intranet şəbəkəsinin mövcudluğu ümumilikdə ölkənin təhsil sistemi daxilində sənəd dövriyyəsinin elektronlaşdırılması və audio-vizual rabitənin effektiv təşkili baxımından da xüsusi əhəmiyyətə malikdir.     Veb-süzgəcləmə xidməti. ATŞ-ni səciyyələndirən başlıca xüsusiyyətlərdən biri də onun məhz təhsilalanların ehtiyacları üçün münasib olan internetə - təhlükəsiz internetə çıxış təmin etməsidir. Belə ki, ATŞ-nə qoşulmuş bütün təhsil müəssisələrində internet şəbəkəsindən istifadə olunarkən uşaq psixologiyasına mənfi təsir göstərə bilən istənilən zərərli, qeyri-etik və yolverilməz onlayn məzmun ATŞ-nin müvafiq proqram təminatı tərəfindən avtomatik qaydada bloklanır və məktəblərdə təhsil alan şagirdlər internetdən istifadə zamanı bu cür məlumatlarla bir qayda olaraq üzləşmirlər. ATŞ-nin internet-süzgəcləmə xidməti hazırda onlayn axtarış sistemlərində müxtəlif dillərdə 60-dək kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və şagirdlərin arzuolunmaz veb-məzmunlardan maksimal müdafiəsini təmin etməyə imkan verir. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir.   Texniki dəstək xidməti. Layihə çərçivəsində respublikanın şəhər və rayonlarında yerləşən təhsil müəssisələrində şəbəkə və İKT avadanlıqlarına texniki dəstək xidmətləri göstərilir.   GEANT şəbəkəsinə çıxış. ATŞ milli təhsil sistemi üçün nəinki texniki və texnoloji, eləcə də elmi-intellektual müstəvidə geniş imkanlar təmin edir. Şəbəkənin potensialı  bu gün orta ümumtəhsil müəssisələri ilə yanaşı respublikanın ali təhsil müəssisələri üçün də innovativ elmi-tədqiqat imkanları yaradır. Belə ki, ölkə üzrə ali təhsil verən bütün universitetlər Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq şəbəkənin resursları üzərindən “GEANT” beynəlxalq akademik şəbəkəsinə çıxış əldə edə və bu şəbəkənin elmi araşdırma potensialından yararlana bilirlər. GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır.   Video konfrans və IP telefoniya xidməti. ATŞ çərçivəsində intranet üzərindən müəssisədaxili və müəssisələrarası sürətli rabitə – video konfrans və İP telefoniya xidmətləri təqdim edilir.  IP telefon rabitəsində məlumat rəqəmsal kanallar üzərindən ötürüldüyündən, telefon danışığının keyfiyyəti bir qayda olaraq daha yüksək olur. Video konfrans vasitəsi ilə isə əməkdaşlar bir biri ilə keyfiyyətli və kəsintisiz videobağlantı yarada və canlı müzakirələr apara bilirlər.   Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən  təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. İcrasına 2008-ci ildə başlanılıb.

Sentyabrda 239 nəfərin diplomu tanınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi sentyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, sentyabr ayı üzrə 310 müraciətçinin 239-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.   Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 30, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 19, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 12, digər səbəblər üzrə 10 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.   Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 101, Rusiyadan 80, Ukraynadan 61, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 42 müraciətin olduğu müşahidə olunur.   Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 28, tibb üzrə 22, biznesin idarə edilməsi üzrə 18, menecment üzrə 11 nəfər müraciətçi qeydə alınıb.   Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib.    Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az keçidinə daxil ola bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı