• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirmədə iştirak etmiş şəxslərin nəzərinə!

Vətəndaşlara xidmət səviyyəsinin artırılması məqsədi ilə əvvəlki illərdə keçirilmiş müəllimlərin işə qəbulu üzrə test və diaqnostik qiymətləndirmə imtahanlarında iştirak etmiş şəxslərə portal.edu.az vasitəsi ilə imtahan nəticələri ilə bağlı məlumat əldə etmək imkanı yaradılıb. Belə ki, əvvəlki illərdə imtahanlarda iştirak etmiş şəxslər qeyd olunan sayt vasitəsi ilə imtahan nəticələri barədə elektron arayış əldə edə bilərlər. Bunun üçün onlar portal.edu.az saytında qeydiyyatdan keçdikdən sonra "Arayış əldə etmək üçün müraciət" bölməsinə daxil olmalı və müvafiq seçimlər etdikdən sonra müraciətlərini tamamlamalıdırlar. Proqram təminatı vasitəsi ilə bir neçə saniyədə təqdim olunan elektron arayışda imtahan iştirakçısının məlumatları, imtahanda iştirak ili, imtahan nəticəsi (ixtisas üzrə topladığı bal göstərilməklə) qeyd olunur.

 

Hər hansı bir səbəbdən ötən illərdəki imtahan nəticələrini əldə etmək istəyən şəxslər qeyd olunan formada müraciət edərək asanlıqla nəticələri barədə ətraflı məlumat əldə edə bilərlər.


2 il əvvəl