• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Meşələri qoruyaq” devizi altında gənc meşəçilər arasında keçirdiyi IV Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Təhsil Nazirliyi və ali təhsil müəssisələri nümayəndələrinin, eləcə də ekspertlərin iştirak etdiyi tədbirdə qeyd olunub ki, müsabiqənin məqsədi uşaq və gənclərin meşəsalma sahəsində biliklərini artırmaqla onlarda ekoloji dünyagörüşün, ətraf mühitə qayğıkeş münasibətin formalaşmasına stimul vermək, eyni zamanda meşələrin qorunması, bərpası, davamlı istifadəsi sahəsində uşaq və gənclərə xüsusi bacarıq və vərdişlərin öyrədilməsindən ibarətdir. Mərasimdə məlumat verilib ki, ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri, Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzlərinin “Gənc meşəçi” dəstələri üzvlərinin iştirak etdiyi müsabiqə 3 nominasiya üzrə keçirilib. Müsabiqənin yekun mərhələsinə 70 ekoloji layihə təqdim olunub. Layihələrdə məktəblilər tərəfindən meşələrin əhəmiyyəti, fauna və florası, nadir bitki və heyvan növlərinin, təbiət abidələrinin qorunması, meşənin ekoloji vəziyyətinə antropogen təsirin öyrənilməsinə dair ekoloji tədqiqatların nəticələri, ekoloji problemlərin həlli yolları əks etdirilib. Müsabiqənin respublika mərhələsində İsmayıllı, Qax, Şamaxı, Balakən, Şəki, Quba, Qusar, Goranboy, Lənkəran, Cəlilabad, Lənkəran, Tovuz məktəblilərinin layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək I, II, III və həvəsləndirici yerlərə layiq görülüb. Qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub. 

Noyabrın 17-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Ankara Şəhər Təhsil Şöbəsinin müdiri cənab Kamil Aydoğanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir qonaqlara iki ölkə arasındakı mövcud təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib, bu əməkdaşlığı yüksək qiymətləndirərək əldə olunan nailiyyətlərdən danışıb. Misir Mərdanov ölkəmizin mövcud təhsil sistemi, orta təhsilin strukturu və vəziyyətindən söz açıb, eləcə də qonaqların lazımi məlumata malik olması üçün onların orta təhsil müəssisələrinə baş çəkməsinin vacibliyini açıqlayıb. Nazir həmçinin iki ölkənin universitetləri arasındakı mövcud əlaqələrdən, qarşılıqlı tələbə mübadiləsindən danışaraq bu əməkdaşlığın orta məktəblər üzrə də aparılmasının məqsədəuyğunluğunu qeyd edib. Eyni zamanda “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsini irəli sürən Misir Mərdanov həmin məktəblər arasında müəllim mübadiləsinin təşkilinin bu sahədə müsbət dəyişikliyin əldə olunmasına şərait yaradacağını bildirib. Sonra nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Ankara Şəhər Təhsil Şöbəsinin birgə iş aparması, eləcə də ortaq tarix, ədəbiyyat, yaxud coğrafiya dərsliyinin hazırlanması, müvafiq proqramların yaxınlaşdırılması təklifi ilə çıxış edib. Səmimi qəbul və dəvət üçün Misir Mərdanova təşəkkürünü bildirən cənab Kamil Aydoğan nazirin fikirləri ilə həmrəy olduğunu diqqətə çatdırıb. O öz ölkəsində ibtidai və əsas təhsil sahəsi, peşə məktəblərinin rolu və onların bugünkü vəziyyəti haqqında ətraflı məlumat verib. Misir Mərdanov öz növbəsində qonaqların ölkəmizin bir neçə peşə təhsili müəssisəsinin rəhbərliyi ilə görüşməsinin əhəmiyyətini qeyd edərək, bununla bağlı nazirliyin müvafiq şöbə müdirinə konkret tapşırıqlar verib. Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da iştirak ediblər.

Bakı Avropa Liseyinin VI sinif şagirdi Hüseyn Hacıyev informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Məktəbli uşaqların mükafatlandırılması proqramı çərçivəsində mükafata layiq görülüb.

2013-cü ildə “Microsoft Azerbaijan” şirkətinin təşkil etdiyi müsahibədən uğurla keçən H.Hacıyev “BakuTel-2013” 19-cu Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində “Ən gənc və fəal Windows eksperti” sertifikatına layiq görülüb. O, Bakı Avropa Liseyinin «ICT Masters Organization» təşkilatının “Advanced Master” səviyyəsini qazanmağa nail olub. H.Hacıyev 2014-cü ildə Bakı Avropa Liseyinin 5 ölkənin iştirakı ilə keçirdiyi YUNESKO-nun LFF layihəsi çərçivəsində «Digital Learning Weeks in Baku European Lyceum» adlı vebinarda iştirak üçün sertifikat alıb. Eləcə də YUNESKO-nun Qloballab layihəsində fəal iştirak edərək bir neçə layihə üzrə qalib olub. “Qunduz 2014” Məktəblilər üçün İnformatika və Kompüter Bilikləri üzrə Beynəlxalq Müsabiqədə yüksək nəticə göstərib və diplomla təltif edilib. Bal sistemi ilə şagirdlərin qiymətləndirilməsi üzrə liseyin müəllimləri üçün tətbiqi proqram hazırlayan H.Hacıyev, eyni zamanda "Təhsildə proqramlaşdırmanın rolu" mövzusunda elmi layihə üzərində işləyir. O, təsviri incəsənət, musiqi və rəqs ilə də böyük həvəslə məşğul olur. Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mükafatı azərbaycanlı məktəbliyə cari ilin avqust ayında təqdim olunacaqdır.

İyunun 10-da “SABAH-ın könüllüsü” proqramı çərçivəsində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin festivalı keçirilib.

 “SABAHFest” adlı tədbir “SABAH-ın könüllüsü”nün “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə təşkil olunub. Tədbirdə Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri çıxış edib, SABAH qruplarında təhsil alan tələbələrin “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək olaraq həyata keçirdiyi fəaliyyət haqqında məlumat verilib. Musiqili-interaktiv üslubda keçirilən festivalda tanınmış müğənnilərlə yanaşı, SABAH qruplarında təhsil alan tələbələrin canlı performansları da izlənilib. Festivalda tələbələr maraqlı viktorinalarda iştirak etməklə Avropa Oyunlarının idman yarışlarına bilet əldə etmək imkanı qazanıblar.  Tədbirdə həmçinin, “SABAHın könüllüsü”nün Avropa Oyunlarına dəstək olaraq keçirdiyi “SABAH Live” və “SABAH Foto” müsabiqələrinin qalibləri də mükafatlandırılıb. Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

Azərbaycan Respublikası təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı təhsil müəssisələrinin siyahısına Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin adı əlavə olunub və 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamət üzrə tədris planları təsdiq edilib.

Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır. Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcəkdir. Nazirliyin əmrində həmçinin, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulub. Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub. Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir. Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib. Təmayülləşmə dünyanın bir çox ölkələrində tətbiq edilir. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nailiyyət əldə edən Sinqapur, Cənubi Koreya, Niderland, Polşa, Estoniya və bir sıra başqa ölkələrdə təmayülləşmə şagird nailiyyətlərinə müsbət təsir edən başlıca amillər sırasındadır. Məsələn, Sinqapurda şagirdlərin müxtəlif təmayüllərə bölünməsi VI sinifdən sonra aparılır və şagirdlərə müxtəlif istiqamətlərdə tədris proqramlarını seçmək imkanı verilir. Niderlandda təmayülləşmə 70-ci illərdən başlayaraq intensiv şəkildə tətbiq edilir. Böyük Britaniyada təmayülləşmə nəticəsində təhsilalanlara yuxarı siniflərdə az sayda fənn tədris olunur. Ölkəmizdə təmayülləşmənin tətbiqindən gözləntilər aşağıdakılardır: tədris prosesinin təşkilində şagirdlərin meyil və maraqları nəzərə alınacaq; şagirdlər keçdikləri fənlərdən daha dərin biliklərə yiyələnəcək; şagirdlərin öyrənmə motivasiyası artacaq; ali təhsil pilləsi üçün ixtisas istiqamətini müəyyənləşdirmiş şagirdlər daha yüksək hazırlıq səviyyəsini nümayiş etdirəcək; şagirdlərin əlavə müəllim hazırlığına ehtiyacı azalacaq. Bütün bunlar nəticədə təhsildə keyfiyyətin artmasına və yüksək ixtisaslı insan kapitalının formalaşmasına xidmət edəcəkdir.

Bakı Avropa Liseyinin şagirdləri Moskvada məktəblilər arasında keçirilən XII Beynəlxalq rus dili olimpiadasında iştirak ediblər.

A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunun təşkilatçılığı ilə keçirilən olimpiadaya liseyin X sinif şagirdləri Nəzrin Kazımzadə, Nərmin Aydarova, Nərmin Bayramova və Fidan Mirzəyeva qatılıblar. Azərbaycan məktəbliləri rus dili və dövlətşünaslıq fənlərindən imtahan veriblər. Həmçinin, rus dilindən inşa yazısı və “Melodeklamasiya” və “Gənc natiq” müsabiqələrində iştirak ediblər. Olimpiadanın bədii hissəsində liseyin şagirdləri qonaqlara ölkəmizin milli rəqslərini nümayiş etdiriblər. Olimpiadanın təntənəli bağlanış mərasimində Nərmin Aydarova və Fidan Mirzəyeva diplomla, nümayəndə heyətinin rəhbəri, liseyin müəllimi Xumar Əhmədbəyli təşəkkürnamə ilə təltif olunublar.

İyunun 10-da Təhsil Nazirliyində ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr üzrə prorektor və əcnəbi tələbələrlə iş üzrə dekanlarının iştirakı ilə işçi görüş keçirilib.

Görüşün məqsədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təqdimatı və mümkün sualların müzakirəsindən ibarət olub. Görüş zamanı yeni qaydalarla bağlı məsul şəxslərə izahat verilib, suallar cavablandırılıb və əcnəbi tələbələrin Azərbaycanda təhsil imkanlarının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Təhsil nazirinin “Orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə” əmrinin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq rayon və şəhərlərə koordinator qismində təyin edilmiş əməkdaşları oktyabrın 20-26-da Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonları istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəbləri və peşə liseylərində olmuşlar.

Koordinatorlar buraxılış siniflərində oxuyan 80 minə qədər şagird, onların valideyni, müəllim və imtahan nəzarətçisi kimi iştirak edəcək müəllimlərlə görüşmüş, imtahan prosesində onların vəzifələri haqqında treninqlər keçirmişlər. Treninqlərdə 2008-2009-cu tədris ilində mərkəzləşdirilmiş qaydada yoxlama imtahanlarının qərargah Bakı, Gəncə, Quba, Şəki və Lənkəran şəhərləri olmaqla, 5 bölgə üzrə keçiriləcəyi barədə məlumat verilmiş, şagird, valideyn, müəllim və nəzarətçilərin çoxsaylı sualları cavablandırılmış, keçən tədris ilinin imtahanları zamanı fərqlənən və nöqsanlara yol vermiş bina rəhbərləri və nəzarətçilər haqqında məlumatlar diqqətə çatdırılmışdır. Eyni zamanda rayon (şəhər) təhsil şöbələri ilə birlikdə 2008-2009-cu dərs ili üçün yeni imtahan mərkəzləri müəyyənləşdirilmiş, test bankı, şagirdlər və nəzarətçilər üçün yaddaş, həmçinin imtahanda psixoloji gərginliyin aradan qaldırılmasını təmin etmək məqsədi ilə hazırlanmış sənədlərin yerlərə çatdırılması təmin olunmuşdur. 2008-2009-cu tədris ilində tətbiq ediləcək yeniliklər, o cümlədən, hər sinif otağında imtahan verəcək 18 nəfər şagirdin hər birinin ayrı-ayrı variantlar üzrə imtahan verməsi, imtahan sualların sayının azaldılması, test kitabçası və cavab kartında sualların ardıcıl nömrələnməsi, şagird nəticələrinin yekun qiymətləndirilməsi, yəni attestata yazılacaq qiymətin X və XI siniflər üzrə illik və XI sinif yoxlama və buraxılış imtahanlarındakı qiymətlər əsasında çıxarılması barədə məlumatlar treninq iştirakçılarının nəzərinə çatdırılmışdır. Təhsil Nazirliyinin bölgələrə ezam etdiyi koordinatorlar yerlərdə cari tədris ilindən ümumtəhsil məktəblərinin I siniflərində tətbiq olunan kurrikulumlarla bağlı işin gedişi ilə yaxından maraqlanmış, rayon (şəhər) təhsil şöbələrində müvafiq yığıncaqlar keçirmiş, məktəblərin birinci siniflərində dərslərin gedişində iştirak etmiş və müvafiq tövsiyələr vermişlər. Koordinatorlar yerli təhsili idarəetmə orqanlarının nümayəndələri ilə birlikdə bütün ümumtəhsil məktəblərində olmuş, onların vəziyyəti barədə ətraflı məlumatları Təhsil Nazirliyinə təqdim etmişlər. Bu treninqlərin davamı olaraq, noyabr ayından Nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları tərəfindən Bakı, Sumqayıt şəhərlərinin, Abşeron və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI sinif şagirdləri, onların valideynləri və fənn müəllimləri ilə təlimati yığıncaqlar keçirilməsinə başlanılmışdır. Artıq Bakı şəhərinin Əzizbəyov rayonunda bu təlimatı işin aparılması prosesi başa çatdırılmışdır. Dekabr ayının sonunadək qalan rayonların təlimatlandırılması tamamlanacaqdır. 2009-cu ilin yanvar ayından imtahan prosesinə hazırlıq məqsədi daşıyan təlimati yığıncaqların təkrar keçirilməsi nəzərdə tutulur. Keçirilmiş treninqlər şagirdlər, onların valideynləri və müəllimlər tərəfindən müsbət qarşılanmış, irəli sürülən təkliflər müzakirə olunmuş və gələcəkdə nəzərə alınması məqsədəuyğun hesab edilmişdir.

Ökəmizin ali məktəb və kolleclərinin 17859 tələbə könüllülərindən 5612 nəfəri “Bakı 2015” 1-ci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində, 12247 nəfər əməliyyat könüllüləri isə Avropa Oyunları ilə bağlı digər tədbirlərdə iştirak edəcək.

Ali məktəb və kollec tələbələrinin 1-ci Avropa Oyunlarına dəstək məqsədilə könüllü fəaliyyətə cəlb olunması Azərbaycanda könüllülük hərəkatının genişlənməsinə xidmət edir. 2015-ci ilin martından fəaliyyətə başlamış “SABAH-ın könüllüsü” proqramı tələbələrin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və biliklərin praktikada tətbiqi, eləcə də idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. Ötən gün “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə “SABAHFest” adlı festival keçirilib. Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuş “SABAHFest” adlı festival musiqili-interaktiv üslubda keçirilib. Festivalda Avropa Oyunlarının ulduz səfirləri – tanınmış teleaparıcı Murad Dadaşov və əməkdar artist Tünzalə Ağayeva ilə yanaşı, SABAH qruplarında təhsil alan tələbələrin canlı performansları da izlənilib. Tədbirdə tələbələr maraqlı viktorinalarda iştirak etməklə Avropa Oyunlarının idman yarışlarına biletlər qazanıblar. “SABAH-ın könüllüsü”nün Avropa Oyunlarına dəstək olaraq keçirdiyi “SABAH Live” və “SABAH Foto” müsabiqələrinin qalibləri Ramal Vəliyev və Humay Cavadzadəyə diplom və hədiyyələr təqdim olunub. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

“Bakı 2015” I Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə səfər edən Sloveniya, Rumıniya və Xorvatiya gimnastları Təhsil Nazirliyinin Bakı Gimnastika Məktəbində məşq keçirlər.

.Məktəbin idman zallarında ümumi sayı 50 nəfərə çatan əcnəbi atletlərin oyunlara hazırlaşması üçün bütün şərait yaradılıb. İdmançılar burada aerobika, bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə hazırlıqlarını yoxlayırlar. Qeyd edək ki, Bakı Gimnastika Məktəbinin öz yetirmələri də “Bakı 2015” I Avropa Oyunlarına qatılacaq. Məktəbin yetirmələrindən 3-ü akrobatika gimnastikası, 1-i idman gimnastikası, 1-i isə bədii gimnastika üzrə ölkəmizi təmsil edəcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı