SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 10-da “SABAH-ın könüllüsü” proqramı çərçivəsində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin festivalı keçirilib.
“SABAHFest” adlı tədbir “SABAH-ın könüllüsü”nün “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə təşkil olunub.
Tədbirdə Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri çıxış edib, SABAH qruplarında təhsil alan tələbələrin “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək olaraq həyata keçirdiyi fəaliyyət haqqında məlumat verilib. Musiqili-interaktiv üslubda keçirilən festivalda tanınmış müğənnilərlə yanaşı, SABAH qruplarında təhsil alan tələbələrin canlı performansları da izlənilib. Festivalda tələbələr maraqlı viktorinalarda iştirak etməklə Avropa Oyunlarının idman yarışlarına bilet əldə etmək imkanı qazanıblar.
Tədbirdə həmçinin, “SABAHın könüllüsü”nün Avropa Oyunlarına dəstək olaraq keçirdiyi “SABAH Live” və “SABAH Foto” müsabiqələrinin qalibləri də mükafatlandırılıb.
Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl