• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 9-da ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində iməcilik keçirilib.

İməcilik çərçivəsində təhsil müəssisələri ərazisində, tədris ocaqları daxilində abadlıq, yaşıllıq və təmizlik işləri həyata keçirilib. Qeyd edək ki, müəllim, şagird və texniki işçilərin iştirakı ilə keçirilən iməciliklərdə çəkilmiş selfilər Təhsil Nazirliyinin Facebook səhifəsində yerləşdirilib.

Respublika Texniki Yaradıcılıq Mərkəzində “Bizim rəngarəng dünyamız”adlı tədbir keçirilib.

Respublika Texniki Yaradıcılıq Mərkəzinin “İbtidai yaradıcılıq” şöbəsi tərəfindən təşkil olunmuş tədbirdə mərkəzin dərnək üzvləri bir-birindən rəngarəng şeirlər səsləndirib, mahnı və rəqslər ifa ediblər. Daha sonra uşaqlar arasında asfalt üzərində “Face Paint” müsabiqəsi keçirilib. Sonda qaliblər hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda “Dəniz qulduru” nağıl personajı uşaqları əyləndirib.

Noyabrın 18-də təhsil naziri Misir Mərdanov Belarusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Yermoloyeviç Paskeviçlə görüşüb.

Görüşdə tərəflər Azərbaycanla Belarusiya arasında təhsil əlaqələri, işgüzar əməkdaşlığın qurulması ilə əlaqədar fikir mübadiləsi aparıblar. Misir Mərdanov səfiri səmimi salamlayaraq ölkələrimiz arasında münasibətlərin son illər inkişafı istiqamətində atılan addımlardan danışıb. Təhsil sahəsindəki əlaqələrə böyük önəm verdiyini açıqlayan nazir qonağa hazırda bu istiqamətdə aparılan işlər haqqında məlumat verib. Cənab Paskeviç öz ölkəsinin təhsil sistemi, peşə təhsili müəssisələrinin vəziyyəti, ali məktəblərdə Boloniya prosesinə keçid üzrə iş aparılması barədə ətraflı məlumat verib. Səfir 2009-cu ilin mayında Belarusiyada YUNESKO-nun dəstəyi ilə “Texniki-peşə təhsilinin modernləşdirilməsi və inkişafı” mövzusunda beynəlxalq konfrans keciriləcəyini bildirib, ölkəmizin də bu tədbirdə iştirakının məqsədəuyğunluğunu və dəvət olunduğunu qeyd edib. Görüşdə qarşılıqlı əlaqələrin inkişafı üçün işçi qrup yaradılması, tələbə mübadiləsinin genişləndirilməsi, texniki peşə-təhsili müəssisələrində kadr hazırlığı, eləcə də digər məsələlər müzakirə olunub.

Təhsil Nazirliyinin Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən "Milli rəqs" dərnəyinin konserti keçirilib.

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən "Dostluq çələngi" adlı konsertdə Lalə İbrahimovanın rəhbərlik etdiyi dərnək üzvləri milli "Qaval", "Tello", "Bulaq başı", "Meyvələr", eyni zamanda dünya xalqlarının "Yunan", "Holland", "Tacik", "Özbək", "Qırğız", "İtalyan", “Kukaraça”, “Lambada” rəqslərini ifa ediblər. Uşaqların nümayiş etdirdiyi "Xalqlar dostluğu rəqsi" adlı kompozisiya da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Mərkəzin vokal dərnəyinin ifa etdiyi şən mahnılar, "Çiçəyim" uşaq teatrının çıxışları, balacaların moda nümayişi tədbirə xüsusi rəng qatıb. Konsert "Bayram" rəqsi ilə başa çatıb.

Böyük Britaniyanın London Universitet Kollecində “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.

Təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində təhsil alan Nicat Baxşəliyev tərəfindən təşkil olunub. Tədbirdə həmyerlilərimizlə yanaşı, Böyük Britaniya, Fransa və İtaliyadan olan tələbələr də iştirak ediblər. Təqdimatdan əvvəl Kollecdə Avropa Oyunları ilə bağlı posterlər yerləşdirilib. Təqdimat zamanı iştirakçılara Avropanın ən əlamətdar tədbirlərindən biri olan “Bakı 2015” 1-ci Avropa Oyunları haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçiriləcəyi haqda məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatın gedişində Avropa Oyunlarının keçiriləcəyi idman arenaları haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış videoçarx da iştirakçıların diqqətinə çatdırılıb.

Noyabrın 18-də Təhsil Nazirliyində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri cənab Məhəmməd Bendris Alami ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra nazir ölkəmizdə öz missiyasını uğurlu yerinə yetirən YUNİSEF təşkilatının Təhsil Nazirliyi ilə sıx və səmərəli əməkdaşlıq etməsindən, birgə həyata keçirilən layihələrdən danışıb. Nazir bildirib ki, bu layihələr ümumilikdə 250-dən çox məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisəsini, 30 minədək uşaq və şagirdi, 7 minə qədər valideyni, 3 minədək müəllim və tərbiyəçini, 1000-dək mütəxəssisi əhatə edib. Eyni zamanda 400-dək təlim kursu keçirilib, müxtəlif məzmunlu təlim materialları hazırlanıb. Misir Mərdanov həyata keçirilən layihələrin hər biri haqqında ətraflı məlumat verərək, YUNİSEF-lə əməkdaşlığın perspektivlərindən də söz açıb. Nazir erkən yaş dövründə uşaqların inkişafı sahəsində əməkdaşlığın, ilkin müəllim hazırlığı üzrə nəzərdə tutulan tədbirlərin davam etdirilməsi, ümumi orta təhsil sistemində kurrikulumun tətbiqi, müəllimlərin ixtisasartırma sistemi ilə bağlı yeni mexanizmlərin yaradılması və digər istiqamətdə aparılan işlərin daha da genişləndirilməsinin məqsədəuyğunluğunu qeyd edib. Cənab Məhəmməd Bendris Alami səmimi qəbul, eləcə də YUNİSEF-lə əməkdaşlığın istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verdiyi üçün nazirə təşəkkür edib. Qonaq birgə əlaqələrin inkişafı üzrə səmərəli əməkdaşlığın təşkili, gələcəkdə reallaşdırılması nəzərdə tutulan tədbirlər haqqında danışıb. Eyni zamanda lazımi dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İyunun 3-dən 6-dək Türkiyədə keçirilən beynəlxalq müsabiqədə Təhsil Nazirliyinin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi fərqlənib.

Musiqi Kollecində «Fortepiano» ixtisası üzrə təhsil alan III kurs tələbəsi Eldəniz Ələkbərzadə İzmir şəhərində Mosart adına Musiqi Akademiyasının keçirdiyi Gənc fortepiano ifaçılarının beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb. Gənc ifaçı müsabiqənin qızıl medalı ilə təltif olunub. 

İyunun 9-da Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində otelçilik üzrə kursları başa vuran 205 nəfərə sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “Abşeron Hotel Group” MMC-nin rəhbəri Mark Harald Ehler, həmçinin təhsil müəssisələrinin rəhbərləri və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov peşə təhsilinin inkişafının prioritet sahələrdən biri olduğunu bildirib. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında peşə təhsilinin yüksəlişi və bu sahəyə sahibkarların, işəgötürənlərin cəlb olunmasının nəzərdə tutulduğunu deyən Mikayıl Cabbarov bununla bağlı Təhsil Nazirliyi tərəfindən ardıcıl iş aparıldığını qeyd edib. Nazir yaxın günlərdə ölkəmizdə “Bakı 2015” I Avropa Oyunlarının start götürəcəyini xatırladıb. Bu isə ölkəmizə idmançılarla yanaşı minlərlə qonağın gəlməsinə, eyni zamanda Azərbaycanın turizm zonası kimi nüfuzunun daha artmasına səbəb olacaq. Nəticədə xidmət sektorunda beynəlxalq standartlara cavab verən kadrların hazırlanmasına, mövcud heyətin peşəkarlıq səviyyəsinin artırılmasına ehtiyac yaranıb. “Abşeron Hotel Group” MMC-nin rəhbəri Mark Harald Ehler bildirib ki, Təhsil Nazirliyi ilə əldə edilmiş razılaşmaya əsasən, 5 nömrəli Bakı Peşə Liseyində ekspertlər tərəfindən 430 nəfər şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçirilməsi nəzərdə tutulub. İlkin mərhələdə 220 nəfər təlimlərdə iştirak edib. Tədbirdə qeyd olunub ki, peşə təhsili üzrə ilk dəfə keçirilən bu təlimlərin məqsədi I Avropa Oyunlarının keçirilməsi ərəfəsində Bakıda istifadəyə verilmiş yeni beş ulduzlu “Bulvar Hotel” və “İnturist Hotel” mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır. Təlim keçənlər həm Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş mehmanxanalarda, həm də “Absheron Hotel Group” MMC-nin tərkibinə daxil olan restoranlar şəbəkəsində işlə təmin olunmaq imkanı əldə edəcəklər. Çıxışlardan sonra kursu bitirənlərə sertifikatlar təqdim olunub. 

Bakı şəhərindəki 20 nömrəli məktəb-lisey ölkəmizin ən böyük təhsil müəssisələrindən biridir.

Bu tədris ocağında 111 sinifdə 2830 şagird təhsil alır. Əvvəlki dövrlərdə isə məktəb-liseydə 3200 nəfərədək şagird oxuyub. Məktəbdə çalışan 289 müəllimdən 5-i əməkdar müəllim, 5-i ilin müəllimi, 3-ü elmlər namizədidir. Hazırda paytaxtın digər 2 məktəbində müvəqqəti yerləşdirilmiş 20 nömrəli məktəb-liseydə elektron təhsil müəssisəsi kimi bir sıra innovasiyayönümlü layihələr gerçəkləşdirilib. Bu məktəb-lisey Bakı şəhərinin əhalinin ən sıx məskunlaşdığı ərazisində yerləşdiyinə görə təhsil müəssisəsinin yeni tikilən binasının müasir tələblərə uyğun inşa olunması nəzərdə tutulub. 3000 şagird yerlik layihələndirilmiş və 25000 kvadratmetr sahəsi olacaq yeni məktəbin 2016-2017-cı tədris ili üçün istifadəyə verilməsi planlaşdırılır. Məktəb-liseyin eskiz layihəsi və digər müvafiq sənədləri Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq edilib.   Şəkillərdə 20 nömrəli məktəb-liseyin yeni inşa olunan binasının layihə üzrə görüntüləri əks olunub.

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə reallaşan “Mənim sevimli oyuncağım ekologiyanı öyrənir” adlı fotomüsabiqə qaliblərinin mükafatlandırilması mərasimi keçirilib.

Tədbirdəü mumtəhsil məktəblərinin 7-13 yaşlışagirdləri iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan təbiətinin zənginliyini vəətraf mühitin ekoloji problemlərini uşaqların gözü ilə nümayiş etdirməkdən ibarət olub. Facebook sosial şəbəkəsi vasitəsilə keçirilən müsabiqədə iştirakçılar 4 nominasiya üzrə qiymətləndirilib. Fotolarda əsasən, Azərbaycanın müxtəlif regionlarının rəngarəng təbiəti, insanların ətraf mühitə münasibəti nümayiş etdirilib.  Qaliblərə Təhsil Nazirliyinin diplomları və hədiyyələr təqdim olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı