SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Meşələri qoruyaq” devizi altında gənc meşəçilər arasında keçirdiyi IV Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Təhsil Nazirliyi və ali təhsil müəssisələri nümayəndələrinin, eləcə də ekspertlərin iştirak etdiyi tədbirdə qeyd olunub ki, müsabiqənin məqsədi uşaq və gənclərin meşəsalma sahəsində biliklərini artırmaqla onlarda ekoloji dünyagörüşün, ətraf mühitə qayğıkeş münasibətin formalaşmasına stimul vermək, eyni zamanda meşələrin qorunması, bərpası, davamlı istifadəsi sahəsində uşaq və gənclərə xüsusi bacarıq və vərdişlərin öyrədilməsindən ibarətdir.
Mərasimdə məlumat verilib ki, ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri, Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzlərinin “Gənc meşəçi” dəstələri üzvlərinin iştirak etdiyi müsabiqə 3 nominasiya üzrə keçirilib. Müsabiqənin yekun mərhələsinə 70 ekoloji layihə təqdim olunub. Layihələrdə məktəblilər tərəfindən meşələrin əhəmiyyəti, fauna və florası, nadir bitki və heyvan növlərinin, təbiət abidələrinin qorunması, meşənin ekoloji vəziyyətinə antropogen təsirin öyrənilməsinə dair ekoloji tədqiqatların nəticələri, ekoloji problemlərin həlli yolları əks etdirilib.
Müsabiqənin respublika mərhələsində İsmayıllı, Qax, Şamaxı, Balakən, Şəki, Quba, Qusar, Goranboy, Lənkəran, Cəlilabad, Lənkəran, Tovuz məktəblilərinin layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək I, II, III və həvəsləndirici yerlərə layiq görülüb.
Qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl