• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı Avropa Liseyinin şagirdləri Moskvada məktəblilər arasında keçirilən XII Beynəlxalq rus dili olimpiadasında iştirak ediblər.

A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunun təşkilatçılığı ilə keçirilən olimpiadaya liseyin X sinif şagirdləri Nəzrin Kazımzadə, Nərmin Aydarova, Nərmin Bayramova və Fidan Mirzəyeva qatılıblar.
Azərbaycan məktəbliləri rus dili və dövlətşünaslıq fənlərindən imtahan veriblər. Həmçinin, rus dilindən inşa yazısı və “Melodeklamasiya” və “Gənc natiq” müsabiqələrində iştirak ediblər.
Olimpiadanın bədii hissəsində liseyin şagirdləri qonaqlara ölkəmizin milli rəqslərini nümayiş etdiriblər. Olimpiadanın təntənəli bağlanış mərasimində Nərmin Aydarova və Fidan Mirzəyeva diplomla, nümayəndə heyətinin rəhbəri, liseyin müəllimi Xumar Əhmədbəyli təşəkkürnamə ilə təltif olunublar.


10 il əvvəl