• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 4-də informasiya-kommunikasiya texnologiyaları savadlılığının artırılması üzrə təlimlərdə iştirak edən ibtidai sinif müəllimləri və inzibati heyət işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov təhsildə İKT-dən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Nazir müavini 2014-2015-ci tədris ilində 50-dən artıq elektron dərsliyin e-resurs.az saytına yerləşdirildiyini bildirib və yeni tədris ilində bu rəqəmin 80-ə çatdırılacağını vurğulayıb.
Tədbirdə informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığının artırılması üzrə keçirilən təlimlər barədə məlumat verilib. Bildirilib ki, ilkin olaraq 3320 nəfər ibtidai sinif müəllimi və inzibati heyət qiymətləndirilmədə iştirak edib. Bunlardan 519 nəfər İKT sahəsində baza biliklərinə malik olduğu üçün təlimlərə cəlb olunmadan birbaşa sertifikata layiq görülüb.
Çıxışlardan sonra qiymətləndirmədən uğurla keçən iştirakçılara sertifikatlar, kompüterlər və “Prometan” lövhələr təqdim olunub.


10 il əvvəl